Microsoft Word ?d?b -11 mmv-capa doc


R.Rza. Qızılgül olmayaydı – 2



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə47/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

 128
Mövzu: R.Rza. Qızılgül olmayaydı – 2 saat
 
İkinci saat: Təhlil üzrə iş
 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif 
ədəbi növdə olan əsərlərin 
emosional-obrazlı qavranılması, 
təhlili və qiymətləndirilməsi 
məqsədilə istifadə edir. 
İfadəli oxudan poemanı emosional-
obrazlı qavramaq, təhlil etmək və 
qiymətləndirmək məqsədilə istifadə 
edir. 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik 
dəyərləri ilə əlaqəli səciyyələndirir, 
müqayisələr aparır. 
Poemadakı obrazları xarakter və əməl-
ləri, yaşadıqları dövrün sosial-siyasi 
şəraiti və əxlaqi-etik dəyərləri ilə 
əlaqəli səciyyələndirir, müqayisələr 
aparır. 
1.2.4. Bədii nümunələrin mövzusu-
na, ideyasına, başlıca probleminə, 
konfliktinə dövrün ictimai-siyasi, 
mənəvi dəyərləri kontekstindən 
çıxış etməklə münasibət bildirir və 
qiymətləndirir. 
Poemanın mövzusuna, ideyasına, 
başlıca probleminə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kontekstindən 
çıxış etməklə münasibət bildirir və 
qiymətləndirir. 
 
Dərsin gedişi 
 Ev  tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, təqdi-
matların dinlənilməsi və müzakirə edilməsi  əsasında müəyyənləşdirilə 
bilər.  Əsərdən müstəqil oxunmuş parçanın məzmununun necə qav-
ranıldığı müsahibə ilə  aşkara çıxarılır.  Şagirdlərin tərtib etdikləri 
suallar və onlara hazırladıqları ilkin cavablar yığcam müzakirə edilir. 
Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına müraciət edilməsi 
məqsədəuyğundur.
  
 Motivasiya, problemin qoyuluşu.  Bu mərhələdə  təşkil edilən işi 
fərqli formada qurmaq olar. Suallardan istifadə etməyə üstünlük verən 
müəllim  şagirdlərin diqqətini poemada müəllif obrazına cəlb edir. 
Müxtəlif epizodlarda Müşfiq obrazına, fakt və hadisələrə münasibətini 
açıq ifadə edən müəllif obrazını anlamaq şagird üçün ciddi çətinlik 
törətmir. Müsahibənin sonunda tədqiqat sualı müəyyənləşdirilir.  
 Tədqiqat sualı:  Bu poemanı yazmaqda müəllifin başlıca niyyəti nə 
olmuşdur? 
 Fərziyyələr dinlənilir və qeyd edilir. 
 Tədqiqatın aparılmasına dərslikdəki materialın oxusu ilə 
başlanılır. Dərslikdə  təklif edilmiş qaydanın  əsas götürülməsi  şagird-
lərin fəallığının təmin edilməsi, müstəqil düşüncələrinin inkişafı ba-
xımından faydalıdır. Təklif olunan tapşırıq cütlük şəklinə işə üstünlük 
verir. Hər bir cütlük aşağıdakı qaydaya əməl etməklə  mətn üzərində 
işləyir. Cütlərdən biri mətni (birinci mətnkənarı sualın cavabını) 


 129
başqalarına mane olmadan ucadan oxuyur, cütlərdən ikincisi onu 
dinləyir. Mətnin oxusu başa çatdıqdan sonra hər iki şagird oxunmuş 
parça ilə bağlı bir neçə açar söz, yaxud termin müəyyənləşdirib qeyd 
edir. İkinci şagird (oxunu dinləyən) açar sözlərdən, yaxud terminlərdən 
istifadə etməklə bir neçə sual hazırlayır. Birinci şagird (mətni oxuyan) 
suallara cavab verir. O, suallara cavab üzərində düşünərkən mətnə 
nəzər sala bilər. İkinci şagird cavabla razılaşarsa, onu qeyd edir.  
Növbəti – ikinci mətnkənarı sualın cavabı oxunarkən  şagirdlər 
rollarını  dəyişir və yuxarıdakı qaydaya uyğun fəaliyyətlərini davam 
etdirirlər. Digər mətnkənarı sualların cavabları da bu qayda ilə oxunur. 
Oxu prosesini müşahidə edən müəllim  şagirdlərin tərtib etdikləri 
sualların məzmunca dolğun olmasına da səy göstərir. Bunun üçün o, 
şagirdlərin diqqətini  əsərin mövzusuna, dövrün ictimai-siyasi və 
mənəvi dəyərləri ilə bağlı müəllif mövqeyinə, müəllif obrazına, Müşfiq 
obrazı və ona müəllifin münasibətinə istiqamətləndirir. 
Kiçik qruplarda birləşən cütlər tərtib etdikləri suallar və hazırladıq-
ları cavablarla bağlı  məlumat mübadiləsi aparırlar. Bunun ardınca 
əsərin mövzusu, ideyası, obrazları, bədii xüsusiyyətləri diqqət 
mərkəzində saxlanılmaqla geniş  müzakirə  təşkil edilir. Müəllimin 
istiqamətləndirici sualları  nəticənin çıxarılmasına, ümumiləşdirmə-
nin aparılmasına əhəmiyyətli təsir edir. Bu mərhələdə şagirdlərdə belə 
bir qənaət möhkəmlənir ki, R.Rzanın başlıca niyyəti  əsərdə M.Müşfiq 
obrazının timsalında repressiya qurbanı olmuş minlərlə  sənətkarın, 
ziyalının günahsız olduğunu, bu dəhşətli hadisəyə seyrçi qalanların 
çıxılmaz vəziyyətini əks etdirmək olmuşdur.  
Bu məzmunda aparılan iş əsərin ifadəli oxusunun səmərəli təşkilinə 
də imkan verir. Müəyyənləşdirilmiş parça üzərində  işləyən  şagirdlərə, 
ilk növbədə, ifaçılıq vəzifəsini qeyd etmək,  şərti işarələri tətbiq etmək 
tövsiyə olunur. İfaların dinlənilməsi və müzakirəsi çox vaxt 
aparmamalıdır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
 
  


 130
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Mehdi Hüseynin “Çinar” 
hekayəsi üzrə aparıla bilər. 
  
ÇİNAR 
(ixtisarla) 
Arada söz gəzirdi ki, bizim küçəmizdəki çinarları kökündən qoparıb, 
yerində söyüd ağacları  əkəcəklər. Başqalarını deyə bilmərəm, amma mən 
bunu eşidəndə qulaqlarıma inanmadım. Düşündüm ki, yüz illərdən bəri 
şəһərimizə gözəllik verən xan çinarı yerindən tərpətməyə  һeç kimin əli 
gəlməz. Buna inanmaq mümkün deyildi. Lakin mən arada gəzən  şayiənin 
tez-gec  һəqiqətə çevrildiyini az görməmişdim. Anam mənim nə üçün 
qəmgin olduğumu soruşdu. Mən əvvəlcə onun qanını qaraltmaq istəmədim. 
“Heç, yorğunam,” – dedim. 
 O  mənim üzümə  şübһəli-şübһəli baxdı: “Yox, qızım, dərdini məndən 
gizlətmə,” – dedi.  
Mən eşitdiyim təzə  xəbəri ona söyləyəndə arvadın gözləri doldu. Bir 
xeyli sükut eləyib dinmədi. Atamın ölüm xəbəri gələndə  də beləcə 
һərəkətsiz ayaq üstündə quruyub qalmışdı. Nə dinib-danışır, nə  də  ağlaya 
bilirdi. Sonradan-sonraya nə isə daxili bir qüvvətlə iradəsini  ələ alıb 
soruşdu: 
– Axı niyə, qızım? Çinar kimin yerini dar eləyir?  
Nə bilim, ana? – dedim. – Guya һamısı qocalıb, daһa işə yaramır...  
Anam gözünün yaşını sildi, yəqin ki, naһaq kövrəldiyini duyub, sərt bir 
görkəm aldı: 
 – Yox, – dedi. – Düşmən də bu çinarlara qıymaz.  Əgər qocalmaq 
ayıbdısa, onda gərək məni də diri-diri tabuta qoyub aparalar.  
O gündən sonra anamın qaşqabağı açılmırdı. Durub-oturub deyirdi ki, 
mən bu gün-sabaһlığam. Bir һalda ki çinar olmayacaq, daһa ondan sonra bu 
ev nəyə gərəkdir?  
Günlər sürətlə  gəlib-keçirdi. Yenə çinarlar barədə  şayiələr gəzməyə 
başladı. Doğrusu, bu dəfə fikrim alt-üst oldu. Elə bil içimdən bir səs mənə 
deyirdi: “Niyə dayanmısan? Get şəһər sovetinə, dürüst bir xəbər bil, əgər 
deyilənlər doğrudursa, etiraz elə, şəһərdə görüləsi ayrı iş yoxdurmu?” Şəһər 
sovetinin təzə  sədri Asəf Kərimovu pisləmək üçün əlimdə  һeç bir əsasım 
yoxdur. O, iş başına gələli xeyli təzə bina tikdirib, küçələri abadlaşdırıb. 
Ancaq mən o vaxt һeç başa düşə bilmirdim ki, bu çinarlardan nə istəyirdi? 
Mən kitablarımı qoltuğuma vurub, düz onun idarəsinə getdim. Dedilər ki
kabinetdə oturmaqla arası yoxdur, yəqin һaradasa işə nəzarət yetirir. Nişan 
verdikləri yerə getdim. Şəһər bağının köhnə  һasarlarını sökdürüb təzəsini 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə