131
saldırırdı. Özü də fəһlələrə qoşulub daş daşıyır, һamını һəvəsləndirirdi. Mən
kənarda,
skamyada oturub, bir xeyli onlara tamaşa elədim.
Asəf Kərimov əlinin palçığını təmizləyəndə mən fürsətdən istifadə
eləyib ona yanaşdım, salam verdim. Onun düşüncəli baxan sakit ala
gözlərində meһriban bir ata nəvazişi vardı. Mən çinar əһvalatını soruşdum.
O dedi:
– Qızım, һəmin çinarlar yavaş-yavaş quruyur... Yaxşı olmazmı ki,
şəһərimizin yaraşığı pozulmasın, һər tərəf yaşıllıq olsun.
Mən ondan ayrılıb evə gəldim. Əһvalatı anama danışdım. Anam mənim
etirazımın faydasız olduğunu söylədi. Bir neçə gündən sonra fəһlələr bizim
də küçəmizdə göründülər. Çinarlardan birini qazdılar. Budaqlarını doğrayıb
maşınlara doldurdular, һara isə apardılar. Yerində söyüd ağacı əkdilər.
Küçənin bir yanı sanki xarabaya döndü. Anamın da, mənim də ürəyimdən
qara qanlar gedirdi. Sabaһ da, biri gündə bizim də çinara növbə yetişəcəkdi.
Xan çinarımızın yıxılmağı mənə böyük dərd oldu. Dörd evin üstünə kölgə
salan bir nəһəngin yerində söyüd çubuğu... Bundan da ağır
bir dərd
olardımı? Aylar keçdi. Yaz açıldı. Söyüd ağaclarından bir neçəsi göyərdi,
amma çox keçməmiş һamısı quruyub sıradan çıxdı.
O günün sabaһısı Fazil əmi bizə təzə bir xəbər söylədi:
– Qızım, Zərifə, bu il küçənizdə yenə çinar əkəcəklər.
Doğrudan da, əkdilər. Tamaşaya çıxan çox idi. Asəf Kərimov özü də
fəһlələrin arasında dayanıb һər şeyə diqqət yetirir, təzəcə gətirilmiş
ağacların kökünü bircə-bircə yoxlayırdı... Yazın oğlan çağında, səһər işə
gedəndə, axşam evə qayıdanda cavan çinara gözümü zilləyib baxır, ilk
yarpaqların açılmağını səbirsizliklə gözləyirdim. Nəһayət, bir səһər
evimizin qabağında, xan çinarımızın yerində əkilmiş ağaclarda açıq-yaşıla
çalan zərif yarpaqlar gördüm. Gözlərim doldu. Yolda Fazil əmiyə rast
gəldim. O, az qala məndən muştuluq istəyəcəkdi.
– Görmüşəm, – dedim. – Ancaq o böyüyənə kimi bizimki bizə dəyəcək.
Gözləməkdən gözümün kökü saralacaq.
Fazil əmi dedi:
–
Qəm yemə, qızım. Ata-babalarımız da belə cavanını əkiblər, yüz il, iki
yüz il keçib, böyüyə-böyüyə axırda o boyda olub... Qoy bizdən sonra gələn
nəsillər də bizə rəһmət oxusunlar.
Artıq mən inanırdım ki, bir zaman çinarlar һər yana qol-budaq atıb,
əvvəlkindən də gözəl olacaq, bizdən sonra gələn nəsillər onun kölgəsində
raһat nəfəs aldıqca, bizi anacaqlar...
132
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN
SUAL VƏ TAPŞIRIQLAR
1. Əsəri hissələrə ayırın, birinin məzmununa aid plan tərtib edin.
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
2. Əsərdə hansı mənəvi dəyərlər öz əksini tapmışdır?
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
3. Mətndə işlədilmiş bədii təsvir və ifadə vasitələrini və onların
növünü
müəyyənləşdirib cədvəldə qeyd edin.
Bədii təsvir və ifadə vasitələrinə
aid nümunələr
Onların növü
4. Əsərin mövzusunu, orada qoyulmuş problemi müəyyənləşdirin.
Əsərin mövzusu
Əsərdə qoyulmuş problem
5. Xarakter və əməllərinə əsaslanmaqla əsərin qəhrəmanını – Zərifə surətini
səciyyələndirin.
Xarakteri
Əməlləri Ona
münasibətiniz
6. Xarakter və əməllərinə əsaslanmaqla Asəf Kərimov surətini
səciyyələndirin.
Xarakteri
Əməlləri Ona
münasibətiniz
7. Fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu
izah edin.
Bədii
təsvir və ifadə vasitələri
Fikrin təsir gücünün artmasında rolu
134
Mövzu: Mir Cəlalın həyatı, yaradıcılıq yolu –
1 saat
Standartlar
Təlim nəticələri
2.1.1. Müxtəlif mənbələrdən
topladığı materiallara əsaslan-
maqla təqdimat və çıxışlarında bə-
dii-emosional və obrazlı ifadələrdən
istifadə edir.
Mənbələrə əsaslanmaqla mövzu, prob-
lemlə bağlı çıxışlarında bədii-emosional
ifadələrdən istifadə edir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçının mövqeyinə
tənqidi münasibətini əsaslandı-
rır, dinləyicilərin
rəyini nəzərə
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir.
Mövzuya, problemə münasibətini əsas-
landırır, dinləyicilərin rəyini nəzərə alır,
mimika və jestlərdən məqsədyönlü isti-
fadə edir.
Dərsin gedişi
Ev tapşırığının
(1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən
topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın. Yazılı
qeydlər əsasında şifahi təqdimata hazırlaşın. 2. Mövzulardan birini
seçib işləyin: a) “Mikayıl Müşfiq obrazının təhlili” mövzusunda yığcam
inşa yazın); b) “Poemadan hansı təəssüratla ayrıldım” mövzusunda
yığcam esse yazın.) yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənil-
məsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər.
Motivasiya yaradılarkən, ilk növbədə, şagirdlərin mövzu ilə bağlı
mövcud bilikləri aşkara çıxarılır.
Bunun üçün, ilk növbədə, dərslikdəki
tapşırığın
(Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı nə bilirsiniz?
Ədəbiyyat dərslərində öyrəndiklərinizi yada salıb yığcam müzakirə
aparın. BİBÖ cədvəlinin “Bilirik” və “Bilmək istəyirik” sütunlarında
müvafiq qeydlər edin) yerinə yetirilməsinə vaxt ayrılır. Motivasiyanın
digər variantı Mir Cəlal haqqında “Üç zirvənin fatehi”
filmindən
(https://www.youtube. com/watch?v =u9DC5AF2sxg) bir epizodun nü-
mayiş etdirilməsi və fikir mübadiləsi aparılmasıdır.
Müzakirə zamanı şagirdlərin Mir Cəlalın əvvəlki siniflərdə öyrən-
dikləri “Bahar” (“Bir gəncin manifesti”ndən), “Vətən yaraları” əsərləri
ilə bağlı mülahizələri dinlənilir, müzakirə aparılır. Qazanılmış bi-
liklərin təkrarı əsasında, şagirdlərin fəal iştirakı ilə
tədqiqat sualı
müəyyənləşdirilir:
Mir Cəlalın həyatı, yaradıcılıq yolunda hansı mə-
qamlar diqqəti daha çox cəlb edir?
Dərslikdəki mətnkənarı sualların və onların aydınlaşdırılmasına
istiqamət verən cavabların oxusu ilə araşdırmaya başlanılır. Mətnin
oxusunu fərqli formalarda (fərdi, cütlük şəklində)
həyata keçirmək
mümkündür. Kiçik qruplar yaratmaq, hər qrupa bir sual həvalə etmək