Microsoft Word ?d?b-9 Mv capa doc


Əhməd Cavad. “Azərbaycan bayrağına”



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

 51
Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3. 
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2. 
  Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün 
təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur. Müvafiq 
meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar. 
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya, 
yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün 
əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləş-
dirilməsi vacibdir.  
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyaya fərqli yollarla nail olmaq 
mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr 
olunmuş mahnıdan, yaxud bədii  əsərdən parçanın səsləndirilməsi, dövlət rəmzi 
kimi bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması 
və s.) istifadə etmək olar. Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual (Azərbayca-
nın dövlət bayrağına həsr olunmuş  əsərlərdə hansı  məsələlərə önəm verilməsini 
əhəmiyyətli hesab edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sua-
lını formalaşdırmaq mümkündür. 
Tədqiqat sualı:  “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının 
müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq,  
tədqiqata başlamazdan  əvvəl lirik şeirlərin təhlili ilə  əlaqədar qazanılmış bilik və 
bacarıqların yada salınması  və  tətbiqinə istiqamət verilməsi faydalıdır.  Şagirdlər 
təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar: 
– 
şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması; 
– müəllifin  şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin 
müəyyənləşdirilməsi; 
– əsərin bədii təsir gücünü artıran vasitələrin (təsvir və ifadə vasitələrinin və s.) 
rolunun aydınlaşdırılması; 
– şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması. 
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin. 
Cavab verin” tapşırığından istifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın 


 52
uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrin 
mənimsənilməsindən də xeyli dərəcədə asılıdır. 
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq 
tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq üçün sonra 
kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da 
faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s. 
asılı olaraq, “Araşdırın.Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. 
Başqa sözlə, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə etmək 
mümkündür. Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdıran müəllim 
tapşırığın suallarını (hər qrupa bir sual təqdim etməklə) iş  vərəqlərində  əks 
etdirməlidir.  
Həmin tapşırıqdakı suallar vəsaitdə təklif edilmiş tədqiqat sualının araşdırılma-
sına, aydınlaşdırılmasına imkan yaradır. Məsələn, ikinci sualın üzərində  işləyən 
şagirdlər aydınlaşdırırlar ki, milli bayrağımıza həsr olunmuş digər əsərlərdən fərqli 
olaraq, bu şeirdə mövzu daha genişdir, elə buna görə  də o, başqalarından 
məzmunca da seçilir, fərqlənir. Üçüncü sual da tədqiqat sualı ilə sıx bağlıdır. Onu 
araşdıran şagirdlərə məlum olur ki, əsərdə əksini tapmış mühüm mətləblərdən biri 
bütün türk xalqlarının taleyi ilə bağlı mövqeyin ifadə edilməsidir. Tapşırığın digər 
sualları da tədqiqat sualındakı başlıca tələbin aydınlaşdırılmasına, ümumilikdə 
tədqiqatın səmərəli aparılmasına zəmin yaradır.  
Dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  şagirdlərdə  həssas, diqqətli 
münasibətin formalaşdırılması vacibdir. Bu mətnlərlə işləmək bacarığına şagirdlər 
əvvəlki siniflərdə yiyələnmiş olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəb-
ləşdiyini unutmaq olmaz. Bunu da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu 
materiallarda əksini tapmış tövsiyələr şagirdlərin təlimi fəaliyyətinə həmişə səmə-
rəli istiqamət verir.  
Hansı təlim metodlarının, iş formalarının tətbiqindən asılı olmayaraq, tədqiqa-
tın gedişində bütün şagirdlərin fəaliyyəti müəllimin nəzarəti altında olmalı, diqqə-
tindən yayınmamalıdır. 
Məlumat mübadiləsi  mərhələsində araşdırmaların nəticələri barədə  ətraflı 
məlumatın verilməsi və fəal dinləmə təmin edilməlidir. Fikirlərin birtərəfli, dayaz, 
hətta yanlış olması hallarına təbii baxılmalı, sualların verilməsinə imkan 
yaradılmalıdır. Bu mərhələdə başlıca məqsəd  şagirdlərin (qrupların) bir-birinin 
işinin məzmunu ilə tanış olmalarıdır. Cavabların dəqiqləşdirilməsi, dərinləşdirilmə-
si, sistemə salınması növbəti mərhələdə həyata keçirilir. 
Məlumatın müzakirəsi və təşkili mərhələsində səsləndirilmiş fikirlərə müna-
sibət bildirilir, birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilir, deyilənlərin  əlaqə-
ləndirilməsi, müqayisə edilməsi, vahid xətt əsasında sistemə salınması  həyata ke-
çirilir. Müzakirənin diskussiya xarakterli olması, hər bir şagirdə  sərbəst fikir 
mübadiləsi aparmaq imkanının yaradılması təmin edilir. Şagirdlər hiss etməlidir ki, 
onların cavabı ümumi işə bir töhfə kimi qəbul edilir, diqqətdən kənarda heç nə 
qalmır. Bu, onların daha məsuliyyətli olmaları  və  həvəslə  işləmələri üçün stimul 
rolunu oynayır.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə