71
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
kimi deyilmiş bütün fikirlərin
ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması
əsas məqsəd olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, söz ustaları –
ədiblərimiz vətənimizi tərənnüm və tərif etməklə məhdudlaşmamışlar. Vətənə həsr
olunmuş əsərlərdə, həmçinin yaşanmış faciələrdən doğan acı duyğular, xalqın və
vətənin ağır günləri ilə bağlı kədərli düşüncələr geniş əksini tapmışdır. A.İldırımın
şeiri də məhz bu qəbildən olub, ciddi ictimai məzmunu ilə seçilir.
Çıxarılmış nəticələr fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilir.
Dərslikdəki “Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı tapşırıq əsərin məz-
mununun mənimsənilməsi üzrə aparılan işin davamı kimi faydalıdır.
Bu tapşırığın icrası çox vaxt aparmır. Hələ oxu prosesində müəyyənləşdirilmiş
bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraların aşkara çıxarılıb cədvəldə
yazılması məlumatın dəqiqləşdirilməsi, məzmunla bağlı mənimsənilənlərin dərin-
ləşdirilməsi baxımından faydalıdır.
Uğurlu qafiyələrin müəyyənləşdirilməsi üzərində düşünən şagirdlər təkcə
nəzəri anlayışı deyil, həm də şeirin məzmununu dərindən qavrayır,
məntiqi və
tənqidi təfəkkürlərini inkişaf etdirirlər.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Almas İldırım. “Əsir Azərbaycanım” – 2 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3.
Şeirin təsir gücünün artmasında
bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi təqdimatların
dinlənilməsi və
müzakirəsi ilə aşkara çıxarılır. Həmin prosesdə müvafiq qiymətləndirmə meyarla-
rına müraciət edilməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələni fərqli variantlarda təşkil
etmək mümkündür. Dərslikdəki “Düşünün” başlıqlı sual (Milli azadlığa, vətən
72
həsrətinə həsr olunmuş əsərlərin əhəmiyyəti, sizcə, nədir?) əsasında müsahibə
aparmaqla tədqiqat sualını formalaşdırmaq olar.
Tədqiqat sualı: “Şeirin əsas ideyası müstəqilliyinə qəsd edilmiş vətənimizin
uğursuz taleyindən doğan nisgilin ifadəsidir” fikrini doğru saymaq olarmı?
İrəli sürülən fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd olunur.
Tədqiqatın aparılması. Tədqiqat üçün metod və iş formaları seçməkdə
müəllim sərbəstdir. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın”
mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara
müraciət edilməsi
vacibdir.
“Əsərin təhlilinə hazırlaşın” mətni şeirin yaranma şəraiti, onun yazılmasına
səbəb olan başlıca amillər barədə aydın təsəvvür yaradır. Bu mətn şeirin ideya-
məzmununun qavranılmasında və izahında da əhəmiyyətli rol oynayır.
Tədqiqatın kiçik qruplarda aparılması planlaşdırılarsa, “Araşdırın. Fikirləşin.
Cavab verin” başlıqlı suallar əsasında hazırlanan iş vərəqləri (hər qrupa bir sual
ayrılmaqla) şagirdlərə təqdim edilir. Bu sualların hər birinin tədqiqat sualının ay-
dınlaşdırılmasında öz rolu vardır. Lakin müəllim sinfin səviyyəsindən,
vaxt büd-
cəsindən, qarşıya qoyduğu məqsəddən asılı olaraq, suallara yaradıcı yanaşa bilər.
Tapşırıq üzərində işləyən qruplara, ehtiyac yaranan məqamlarda istiqamət
verilir. Bu, onların fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Məsələn, ikinci sualın (Şeir hansı mövzuda yazılıb? Şairin bu mövzuya müraciət
etməsinə səbəb nədir?) üzərində işləyən şagirdlərə əsərin yarandığı tarixə və şəraitə
xüsusi diqqət yetirməyin vacib olduğu xatırladılır, üçüncü sualla (Şairi narahat
edən başlıca problem, sizcə, nədir?) əlaqədar tədqiqat aparanların şeirdə öz əksini
tapmış düşüncələri (“sərsəm gediş”, “eşsiz yurdum”, “bəxtsiz anam” və s.
söz və
ifadələrə nəzər salmaqla) aydınlaşdırmaları vacibdir. Dördüncü sual (Şair öz
vətənini azad, müstəqil görəcəyinə ümid edirmi? Nə üçün?) azadlığını,
müstəqilliyini itirən vətənimizin keşməkeşli tarixi ilə bu günü arasında müqayisə
aparmaq məqsədilə tapşırığa daxil edilmişdir. Beşinci sualın (Şeirin bədii təsir
gücünün artması üçün hansı vasitələrdən istifadə edilmişdir?) tələbi ilə bədii təsvir
və ifadə vasitələrinin, xüsusən bədii sualların təhlilə cəlb edilməsi müəllif
niyyətinin başa düşülməsində əhəmiyyətli rol oynayır.
Deyilənlərdən o da məlum
olur ki, “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı bütün tələblər tədqiqat
sualının araşdırılmasına, aydınlaşdırılmasına layiqli töhfə verir.
Məlumat mübadiləsi. Bu, dərsin maraqla gözlənilən mərhələsidir. Doqquzun-
cular, adətən, dinləməkdən çox çıxış etməyə, fikir bildirməyə meyilli olurlar. Məhz
buna görə də müəllim təqdimatların fəal dinlənilməsinə nail olmalıdır. O,
təqdimatlarda təkrarçılığın, sözçülüyün qarşısını istiqamətləndirici suallar vasitəsilə
alır. Təqdimat edənlərə suallar verilsə də, müzakirə aparılmır.
Bu prosesdə
müşahidə edilən başlıca qüsurlar – fikirlərin birtərəfli, sistemsiz olması, yetərincə
əsaslandırılmaması dərsin
məlumatın müzakirəsi və təşkili mərhələsində aradan
qaldırılır. Müzakirənin səmərəli keçməsi, şagirdlərin fəallığı əsərin
məzmununun
hansı səviyyədə öyrənilməsindən, əvvəlki mərhələlərdə işin necə təşkil olun-
masından asılıdır. Əsərin məzmununu mükəmməl qavrayan, təqdimatları diqqətlə
dinləyən şagirdlər müzakirədə fəal olur, əsaslandırılmış mövqe nümayiş etdirirlər.