77
qaldırmasına səbəb olmuşdur. Bu dalğanın güclənəcəyini, repressiya qurbanlarının
sayının artacağını duyan gənc şair
bu şeirində yüzlərlə, minlərlə yaradıcı insanın
düşüncəsinə hakim kəsilən problemə toxunmuş, günahsız insanlara qarşı çevrilmiş
dəhşətli cinayətə etirazını, bu qanlı olaya münasibətdə mövqeyini ifadə etmişdir.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsi aydınlaşdırılır, fərziyyələrlə
müqayisəsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır.
78
SİNİFDƏNXARİC OXU DƏRSİ
Repressiya və ədəbiyyat – 1 saat
Standartlar
Təlim nəticələri
1.1.2.
Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır,
fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Sinifdənxaric oxu dərsi şagirdlərin “Milli mədəni dirçəliş və Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ədəbiyyat” (1918–1920)” və “Siyasi-ictimai ziddiyyətlər və
münaqişələr dövründə ədəbiyyat” (1920–1940) bölməsi üzrə müstəqil oxuduqları
əsərlər (Əhməd Cavadın “Göy göl” və Almas İldırımın “A dağlar” şeirləri) üzrə keçilir.
Sinifdənxaric oxu dərsinə əvvəlcədən hazırlıq işləri görülür, dərs ilinin əvvəlindən
əsərlərin müstəqil oxunması və mövzu ilə bağlı müəyyənləşdirilmiş sinifdənxaric iş
səciyyəli tapşırıqların yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır.
Dərsə hazırlıq dövründə şagirdlər arasında kiçik qruplar şəklində iş bölgüsü
aparılır, hər iki sənətkarla bağlı təqdimat hazırlayır, fənn
kabinetində repressiya qur-
banlarına, mühacirətdə yaşamağa məcbur olmuş sənətkarlara, o cümlədən Ə. Cavad və
A.İldırımın həyat və yaradıcılığına həsr olunmuş guşə (sənətkarların portreti, öz əsər-
lərindən və onlara həsr olunmuş tədqiqatlardan ibarət kitabların sərgisi, ədəbi bülleten,
divar qəzeti və s.) təşkil edir, internetdən (YouTube) videomateriallar toplayırlar.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində şagirdlərin fənn
kabinetində tərtib etdikləri stendə baxış keçirilir, səs yazıları dinlənilir.
İnternetdən vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın
(https://www.youtube.com/ watch? v=eqARXqkoJqQ) və repressiya qurbanı olan
Ə.Cavadın (https://www.youtube.com/ watch? v= Z3Uch_JCQRI)
ömür və sənət
yolundan bəhs edən filmlərdən fraqmentlərə baxılır.
Hər iki film üzrə təəssüratlar dinlənilir, rəy mübadiləsi aparılır. Müzakirə
tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.
Tədqiqat sualı: Sənətkarın bədii yaradıcılığı onun təqib edilməsi, azadlıqdan
məhrum edilməsi üçün əsas ola bilərmi?
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Kiçik
qruplara tapşırıqların əks
olunduğu iş vərəqləri
təqdim olunur.
79
I qrup
Ə. Cavadın həyat və yaradıcılığı haqqında informasiya xarakterli məruzə hazır-
layın. Məruzədə aşağıdakı cəhətlərə diqqət yetirin:
1. Şairin Azərbaycan Demokratik Respublikasının nəğməkarı adlandırılmasının
səbəbi
2. Azərbaycan Respublikasının Dövlət Himninin yaradıcılarından olması
3. Repressiya qurbanı olmasının səbəbləri
4. Nəşr olunmuş kitabları və s.
II qrup
A.İldırımın həyat və yaradıcılığı haqqında informasiya xarakterli məruzə
hazırlayın.
Məruzədə aşağıdakı məsələlərə diqqət yetirin.
1. A.İldırımın qürbət lirikasının parlaq nümunələrinin yaradıcısı olması
2. Şairin yaradıcılığında Vətən mövzusunun aparıcı yer tutması
3. Mühacirətə getməsinin səbəbləri
4. Nəşr olunmuş kitabları
III qrup
1. Ə.Cavadın “Göy göl” şeirini
bir daha diqqətlə oxuyun, şairin Göy gölə
münasibətini aydınlaşdırmağa çalışın.
2. Göy gölün gözəlliyinə şairin heyranlığı hansı misralarda daha təsirli ifadə edil-
mişdir?
3. Əsərdə hansı bədii təsvir vasitələri işlənmişdir? Onların rolunu aydınlaşdırın.
4. Şeirin ilk bəndinin ifadəli oxusuna hazırlaşın:
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb
dəftərinizdə (şeirin mətninin kənarında) yazın.
– Sonra bəndin oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki,
məzmundan asılı olaraq, misraların hər birinin oxusunda da fərqli səs çalarları
yarana bilər.
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirib şərti işarələrlə gös-
tərin.
IV qrup
1. A.İldırımın “A dağlar” şeirini bir daha diqqətlə oxuyun. Şairin Vətən həsrəti hansı
misralarda daha qabarıq ifadə olunub?
2. Şairin öz vətənini yaslı adlandırmasına səbəb nədir?
3. “Söylə nədən
dəli Kürüm çağlamaz, İçdən coşub öz gününə ağlamaz” misralarında
hansı fikir ifadə edilmişdir?
4. Şeirdə hansı bədii təsvir və ifadə vasitələrinin işləndiyini müəyyənləşdirin, əsərin
təsir gücünün artmasında rolunu aydınlaşdırın.
5. Şeirin ilk bəndinin ifadəli oxusuna hazırlaşın:
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb dəf-
tərinizdə (şeirin mətninin kənarında) yazın.