217
bir qrupun şagirdləri digər qrupların əldə etdikləri nəticələrə təkcə təqdimatlar əsa-
sında deyil, hekayə ilə bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində ciddi
münasibət bildirməli, tutarlı əlavələr etməli, onlarda zəruri düzəlişlər aparmalıdır.
Məsələn, tapşırığın 2-ci sualı (Hekayənin mövzusunu və onda qaldırılmış başlıca
problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin)
üzərində işləyən qrupun təqdimatına digər qruplar münasibət bildirərkən cədvəldə
əksini tapmış bütün tələblərlə (əsərin mövzusu; əsərdə diqqətə çatdırılan başlıca
problem; problemin həllini yazıçı nədə görür; problemin həlli barədə şagirdlərin
özləri nə düşünür) bağlı öz mövqelərini ortaya qoymalıdırlar.
Deyilənlərin ümumi ideya halına salınması, ümumiləşdirmənin aparılması
növbəti mərhələdə həyata keçirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələnin səmə-
rəli keçməsi müəllimin əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan xeyli
dərəcədə asılıdır. Bu, şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə,
onlara mənimsədiklərinə əsaslanmaqla fikirlərini ümumiləşdirmə əsasında ifadə
etməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil
bir həyat” bu zərif qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa
da, “dizlərini taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-
babadanqalma keçmiş əxlaq və səciyyə” “köhnə nəslin qəhrəmanı olan” bu qadında
mənlik, şərəf və ləyaqət hissini qoruyub saxlamışdır.
Çıxarılmış nəticələr şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat
sualı ilə müqayisə edilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar
əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Səciyyələndirmə
Aydınlaşdırma
Şərhetmə
Münasibətbildirmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Ədəbi qəhrəmanları
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə səciyyələndir-
məkdə çətinlik çəkir.
Ədəbi qəhrəmanları
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə qismən səciyyə-
ləndirir.
Ədəbi qəhrəmanları
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə, əsasən, səciyyə-
ləndirir.
Ədəbi qəhrəmanları
müəllifin mühaki-
mələrindən çıxış et-
məklə səciyyələn-
dirir.
Hekayədə bədii təs-
vir və ifadə vasitələ-
rinin rolunu aydın-
laşdırmaqda çətinlik
çəkir.
Hekayədə bədii
təsvir və ifadə
vasitələrinin rolunu
suallar verməklə,
müəllimin köməyi
ilə aydınlaşdırır.
Hekayədə bədii
təsvir və ifadə
vasitələrinin rolunu,
əsasən, aydınlaşdırır.
Hekayədə bədii
təsvir və ifadə
vasitələrinin rolunu
aydınlaşdırır.
218
Hekayənin mövzu-
sunu, ideya-bədii
xüsusiyyətlərini şərh
etməkdə, əsas-
landırılmış müna-
sibət bildirməkdə
çətinlik çəkir.
Hekayənin möv-
zusunu, ideya-bədii
xüsusiyyətlərini şərh
edir, suallar və
müəllimin köməyi
ilə əsaslandırılmış
münasibət bildirir.
Hekayənin
mövzusunu, ideya-
bədii xüsusiy-
yətlərini şərh edir,
münasibətini əksər
hallarda əsaslandırır.
Hekayənin möv-
zusunu, ideya-bədii
xüsusiyyətlərini şərh
edir, onlara əsaslan-
dırılmış münasibət
bildirir.
Hekayə ilə bağlı
təqdimat və
çıxışlarında müxtəlif
mənbələrdən
topladığı
materiallara
əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini şərh
etməkdə çətinlik
çəkir.
Hekayə ilə bağlı
təqdimat və çıxışla-
rında müxtəlif
mənbələrdən
topladığı
materiallara qismən
əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini
müəllimin köməyi
ilə şərh edir.
Hekayə ilə bağlı
təqdimat və
çıxışlarında müxtəlif
mənbələrdən
topladığı
materiallara əksər
hallarda
əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini
şərh edir.
Hekayə ilə bağlı
təqdimat və
çıxışlarında müxtəlif
mənbələrdən
topladığı
materiallara
əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini şərh
edir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
2.2.1. Müzakirələrdə mövzuya, prob-
lemə tənqidi münasibətini əsaslandırır,
fərqli fikirlərə dözümlülük nümayiş et-
dirir.
Hekayə ilə bağlı müzakirələrdə möv-
zuya, problemə tənqidi münasibətini
əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
3.1.1. Yazacağı mətnin məzmununa
uyğun üslub müəyyənləşdirir.
İnşanın, essenin məzmununa uyğun
üslub müəyyənləşdirir.
3.1.2. Müşahidələrinə, əlavə məlumat-
lara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərinə münasibət bildirir.
Hekayənin ideya-bədii xüsusiyyətlə-
rinə əlavə məlumatlara əsaslanmaqla
münasibət bildirir.
3.1.3. 2,5-3 səhifə həcmində mühakimə,
təsvir, müqayisə xarakterli mətnlər
(inşa, esse, məruzə) yazır.
Mühakimə xarakterli inşa, esse yazır.
Dərsin tipi: induktiv; bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, bütün siniflə birgə iş.
İnteqrasiya: Az.d. – 1.1.2. 2.2.3. 3.1.1. X.d. – 4.1.1.
Metod və priyomlar: əqli hücum, müsahibə, Venn diaqramı, izahlı və ifadəli oxu,
problemin həlli.
Təchizat: Dərslik, lüğətlər, iş vərəqləri, şairin portreti.
219
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Dərsdə növbəti addım dərslikdə təklif olunmuş mövzunun (Düşdüyü şəraitdən
və vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub saxlaya bilərmi?)
müzakirəsi üzrə işin təşkili ola bilər. Müzakirəni fərqli formalarda (diskussiya,
debat və s.) aparmaq mümkündür. Müzakirənin səmərəli keçməsi ona hazırlıq
işinin aparılmasından xeyli dərəcədə asılıdır. Hələ dərsə bir neçə gün qalmış
şagirdlərə bu sualın üzərində düşünmək, həyatda tanıdıqları insanların, tanınmış
söz sənətkarlarının, elm adamlarının, siyasi xadimlərin həyatı, fəaliyyəti barədə
bildiklərini təhlil etmək, müəyyən bir qənaətə gəlmək təklif olunur.
Müzakirədə şagirdlərin fikirlərini sərbəst ifadə etmələrinə, diskussiyada fəal
olmalarına, mülahizələrini nümunələrlə əsaslandırmalarına diqqət yetirilir.
Müzakirə şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə səbəb olur ki,
ləyaqətli insan danışığına, davranışına, əməllərinə nəzarət etməyi və obyektiv
qiymət verməyi bacarır. O, yersiz danışmaqdan, yüngül hərəkətlərdən uzaq olur.
Belə adamlar vəzifə borcunu heç bir təmənna güdmədən layiqincə yerinə
yetirdikləri kimi, xeyirxah olmaları ilə də seçilirlər. Şəxsi mənafe, mənsəb və s.
üçün yaltaqlanmaq, başqalarının qarşısında alçalmaq belə adamlara yaddır. Öz
zəhmətləri, halal qazancları ilə dolanan bu cür insanlarda pul, var-dövlət hərislərinə
nifrət olur... Ləyaqətli adamlar həmişə haqqın, ədalətin müdafiəçisi olurlar.
İnsan həyatı mürəkkəb və ziddiyyətlidir, enişli, yoxuşludur. Elə buna görə də
ləyaqətli, şərəfli ömür bəzən ona baha başa gəlir, itiriləsi, qurban veriləsi çox şeylər
olur. Məhz bunun üçün də ləyaqətli insanların birliyi, bir-birinə dayaq olmaları çox
vacibdir.
Şagirdlərə “Ana bala ucundan canını oda yaxar”, “Ana evin dirəyidir”, “Ana
ürəyi, dağ çiçəyi”, “Ana haqqı – Tanrı haqqı”, “Ananın canı övladdadır” atalar
sözlərindən hansının “Anabacı” hekayəsində təsvir olunanlarla səsləşməsi barədə
sualla da müraciət etmək faydalıdır. Müzakirə zamanı məktəblilərin öz fikirlərini
əsaslandırmalarına diqqət yetirilir.
Müzakirədə şagirdlərin problem barədə müstəqil fikir söyləmələrinə imkan
yaratmaq üçün Nizami Gəncəvinin aşağıdakı misralarına da münasibət bildirilməsi
təklif oluna bilər:
Bacarsan,
hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Şagirdlərdə belə qənaət yaradılır ki, yazıçı hekayədə Anabacının simasında
sadə və yoxsul insanların həyatını təsvir etmişdir. Anabacı saf, ləyaqətli, düzlüyü
sevən, şərəfini, mənliyini üstün tutan bir insandır. O, çətin bir duruma düşsə də,
vüqarını, mənliyini, halallığı qoruyub saxlayır. Yazıçı oxucunun diqqətini öz şərəf
220
və ləyaqətini qoruyan, zəhmətkeş, saf mənəviyyatlı insanların tutduğu yolun
düzgünlüyünə cəlb edir.
Məlumdur ki, tətbiq, müzakirə, yaradıcı iş dərslərində motivasiyanın
yaradılması, tədqiqat sualı daha çox önəm verilən, vaxt ayrılan təlim işi ilə bağlı
olur. İnşa və esse üzrə işin yerinə yetirilməsinə bu dərsdə önəm verildiyindən
motivasiya və tədqiqat sualı da onlarla bağlı həyata keçirilir.
Motivasiya, problemin qoyuluşu. Dərslikdə təklif olunmuş inşa və esse
mövzuları (Hekayə insanlara, həyata baxışında hansı dəyişikliyə səbəb oldu?;
Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?) şagirdlərin
diqqətinə çatdırılır. Sonra mühakimə xarakterli inşa və esse ilə bağlı
mənimsənilmiş bilik və bacarıqlar yığcam müsahibə ilə yada salınır. Müsahibə
tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşdırılır.
Tədqiqat sualı: Mühakimə xarakterli inşa və esse üçün təklif olunmuş
mövzularda, başlıca olaraq, hansı məsələlərə diqqət yetirilməlidir?
Fərziyyələr dinlənilir və qeydlər aparılır.
Tədqiqatın aparılması. Öz istəklərinə əsasən seçdikləri mövzu üzrə plan tərtib
edən şagirdlər müstəqil işləyirlər. Ehtiyac yaranan hallarda müəllim bu və ya digər
şagirdə istiqamətləndirici suallarla yardım edir. Şagirdlərin müxtəlif mənbələrə
müraciət etmələrinə, bir sıra hallarda cütlük şəklində fikir mübadiləsi aparmalarına
imkan yaradılır.
1. Müzakirə edin: Düşdüyü şəraitdən və vəziyyətdən asılı olmayaraq, insan öz
ləyaqətini qoruyub saxlaya bilərmi?
2. Mövzulardan birini seçib işləyin.
a) “Hekayə insanlara, həyata baxışımda hansı dəyişiklik yaratdı?” mövzusunda
inşa yazın.
b) “Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?”
mövzusunda esse yazın.
3. İnşa və esselərdən nümunələri müzakirə edin.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra ayrı-ayrı şagirdlərin təqdimatı
əsasında fikir mübadiləsi və müzakirə aparılır.
Sonrakı – nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması
mərhələsində isə əldə olunmuş nəticələrlə fərziyyələrin müqayisə edilməsinə daha
çox diqqət yetirilir.
Şagirdlərə məlum olan meyarlara əsasən bu mərhələdə özünüqiymətləndirmə
də həyata keçirmək olar.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar
əsasında aparmaq məqsədəuyğundur.
221
Qiymətləndirmə meyarları:
Əsaslandırma
Nümayişetdirmə
Müəyyənləşdirmə
Münasibətbildirmə
İnşayazma
Esseyazma
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi
münasibətini əsas-
landırmaqda, fərqli
fikirlərə dözümlülük
nümayiş etdirməkdə
çətinlik çəkir.
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi
münasibətini suallar
və müəllimin kömə-
yi ilə əsaslandırır,
fərqli fikirlərə qis-
mən dözümlülük
nümayiş etdirir.
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi
münasibətini əsas-
landırır, fərqli fikir-
lərə, əsasən, dözüm-
lülük nümayiş
etdirir.
Hekayə ilə bağlı
müzakirələrdə möv-
zuya, problemə
tənqidi münasibətini
əsaslandırır, fərqli
fikirlərə dözümlülük
nümayiş etdirir.
İnşanın, essenin
məzmununa uyğun
üslub müəyyənləş-
dirməkdə çətinlik
çəkir.
İnşanın, essenin
məzmununa uyğun
üslubu suallar və
kömək əsasında
müəyyənləşdirir.
İnşanın, essenin
məzmununa uyğun
üslubu, əsasən,
müəyyənləşdirir.
İnşanın, essenin
məzmununa uyğun
üslub müəyyən-
ləşdirir.
Əlavə məlumatlara
əsaslanmaqla
əsərin ideya-bədii
xüsusiyyətlərinə
münasibət bildir-
məkdə çətinlik çəkir.
Əsərin ideya-bədii
xüsusiyyətlərinə
qismən əlavə mə-
lumatlardan çıxış
etməklə münasibət
bildirir.
Əsərin ideya-bədii
xüsusiyyətlərinə,
əsasən, əlavə məlu-
matlardan çıxış
etməklə münasibət
bildirir.
Əsərin ideya-bədii
xüsusiyyətlərinə
əlavə məlumatlara
əsaslanmaqla
münasibət bildirir.
Mühakimə xarakterli
inşa, esse yazmaqda
çətinlik çəkir.
Mühakimə xarakterli
inşanı, esseni möv-
zunu qismən əhatə
etməklə, fikrin ifa-
dəsində məntiqilik
və ardıcıllığı göz-
ləməklə yazır.
Mühakimə xarakterli
inşanı, esseni möv-
zunu, əsasən, əhatə
etməklə, fikrin
ifadəsində məntiqilik
və ardıcıllığı
gözləməklə yazır.
Mühakimə xarakterli
inşanı, esseni
mövzunu əhatə et-
məklə, fikrin ifa-
dəsində məntiqilik
və ardıcıllığı
gözləməklə yazır.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
222
Mənbələr
1.
“Heydər Əliyev və mədəniyyət”. 3 cilddə. Bakı: Nurlar, 2008.
2.
Azərbaycan Respublikası Təhsil nazirinin “Ümumtəhsil məktəb şagird-
lərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədə-
niyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmri (http://edu.
gov.az /az/page/81/9763)
3.
Abbasov Ə. “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: müasir baxış və
konseptual yanaşmalar”. Azərbaycan məktəbi, 2007 N 4. 2005.
4.
Abbaslı B. Ədəbiyyatdan V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin
tədrisi. Bakı, 2010.
5.
Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009.
6.
Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.
7.
Azərbaycan Respublikasında ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası. Kurikulum, 2009, N 2.
8.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası.
Azərbaycan müəllimi qəzeti. 25 oktyabr 2013. N 41 (8558).
9.
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni
kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər
üçün). www. kurikulum.az/ images/.../edebiyyat.pdf)
10.
Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu. 2006.
11.
Aslanov Y. Ədəbiyyat tədrisi: Ənənə və müasirlik. Bakı: APU-nun nəşri,
2011.
12.
Bəylərov E. Formativ qiymətləndirmə. Kurikulum, 2009 N 2.
13.
Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: Elm, 1977.
14.
Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı: Çaşıoğlu, 2004.
15.
Энциклопедия интерактивного обучения. Е.Пометун. Киев, 2007.
16.
Əliyev P.B. Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və
praktik problemləri. (Şeir nümunələri əsasında) Bakı: Nurlan, 2000.
17.
Ərəb-fars sözləri lüğəti. I-II cild. Bakı: Şərq-Qərb, 2005.
18.
Əsgərli Z. Poetika. İzahlı sözlük. Bakı: Elm, 2014, 262 s.
19.
İnnovativ təlim metodları və texnologiyaların tezaurusu. Bakı: XXI Əsr
Təhsil Mərkəzi, 2014.
20.
Krouford A., Vendi Soul E., Metyu S., Makinster C. Düşünən sinif üçün
öyrətmə və öyrənmə üsulları. Bakı, Müasir Təhsil və Tədrisə Yardım Mər-
kəzi, 2012.
21.
Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, 456 s.
22.
Qəribli İ. Sözün sehri. Bakı: Elm və təhsil.2014.
23.
Методика преподавания литературы. В 2-х частях. Под ред. О.Ю.Бог-
дановой, В.Г.Маранцмана. М.: Просвещение, 1995.
24.
Mikayılov Ş. Bəkirova A. Əliyeva Ş. V–XI siniflərin ədəbiyyat dərslərində
təlim texnologiyalarından kompleks şəkildə istifadə. Bakı: Çaşıoğlu, 2008.
25.
Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988.
26.
Muradov B. Orta məktəbdə ədəbi əsərlərin öyrədilməsi. Bakı: Maarif, 1992.
223
27.
Müasir Azərbaycan ədəbiyyatı Bakı: Bakı Universiteti, 2007. 564 s.
28.
“Müəllimlik bir missiyadır”. Azərbaycan Respublikasının Təhsil naziri Mi-
kayıl Cabbarovla müsahibə. "Azərbaycan müəllimi" qəzeti. 15 avqust
2014-cü il.
29.
Müəllim hazırlığının və orta təhsilin perspektivləri. (Qərb təhsil sisteminin
təcrübəsi əsasında). Müəllim üçün vəsait. Bakı, İREX, 2005.
30.
İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllim üçün vəsait. Bakı,
İREX, 2005.
31.
Hacıyev A . Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil, 2003.
32.
Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979.
33.
Həsənli B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2014.
34.
Həsənli B. IX sinifdə ədəbiyyat tədrisi. Bakı: Müəllim, 2006.
35.
Həsənli B., Abdullazadə. N. İfadəli oxu. Bakı: Müəllim, 2015.
36.
Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv
təlim. Bakı, 2009.
37.
Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU-nun nəşri, 2009.
38.
Hüseynoğlu S. Yeni təlim texnologiyaları və ədəbiyyat dərslikləri. Azərb.
dili və ədəb tədrisi 2015 N 2, s.25-32.
39.
Təhsil lüğəti. Bakı: Müasir təhsil və Tədrisə Yardım Mərkəzi. 2011.
40.
Тимофеев Л.И. Основы теории литературы. Москва: Просвещение,
1976.
41.
Veysova Z.A. Fəal/interaktiv təlim. Bakı, 2007.
42.
Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun nəşri.
2010.
43.
http:// edu.gov.az
44.
http://kurikulum.az
45.
http://pedsovet.org
46.
http:// currikulum.org
47.
www. kurikulum.az/ images/.../edebiyyat.pdf)
48.
http://www.anl.az/down/anar70.pdf
224
Ədəbiyyat – 9
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Ədəbiyyat” fənni üzrə
müəllim üçün metodik vəsait
Tərtibçi heyət:
Müəlliflər:
Bilal Ağaba
la oğlu Həsənov
Aynur Cəfər qızı Mustafayeva
Soltan Hüseyn oğlu Əliyev
Nuriyyə Vəli qızı Verdiyeva
Nəşriyyat redaktoru K.Abbasova
Texniki redaktoru
Z.İsayev
Dizayneri
P.Məmmədov
Korrektoru
A.Məsimov
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Kağız formatı: 70 x 100
1
/
16
.
Səhifə sayı 224. Fiziki çap vərəqi: 14.
Tirajı: 7200. Pulsuz.
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur.
Dostları ilə paylaş: |