5
FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ
Ümumtəhsil məktəblərinin IX sinifləri üçün ədəbiyyat fənni
üzrə dərslik
komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulum-
ları)” əsasında hazırlanmışdır.
Dərslik komplektinin elmi-metodik konsepsiyasının əsasında “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan
hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik
bilik, bacarıq və səriştənin vacibliyi konkret fəaliyyətin nəticəsinə çevrilməsi durur.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kuri-
kulumundakı (
bax: http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf)
ümumi orta təhsilin tamamlandığı VIII – IX siniflərdə ədəbiyyatın qədim
dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunun izlənilməsi tələbi dərslikdə
əsas götürülmüşdür. Başqa sözlə, VIII sinifdə ədəbiyyatımızın tarixi-xronoloji
zəmində öyrənilməsi üzrə həyata keçirilən metodik sistem IX sinifdə də
gözlənilmişdir. Bu sinifdə ədəbiyyatımızın öyrədilməsi
XX əsrin əvvəllərindən
(1918-ci ildən) günümüzə qədər keçdiyi tarixi yol nəzərə alınmaqla həyata
keçirilmişdir.
DƏRSLİK
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir
Azərbaycan ədəbiyyatı kafedrasının hazırladığı dərslikdəki prinsip və tələblər əsas
götürülmüşdür (Müasir Azərbaycan ədəbiyyatı. I-II cild. Bakı, Bakı Universiteti,
2007). Eləcə də hazırda ümumtəhsil məktəblərində istifadə olunan XI sinif üçün
“Ədəbiyyat” dərsliyində ən yeni dövr Azərbaycan ədəbiyyatının mərhələləri nəzərə
alınmışdır (N.Cəfərov, İ.Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Ədəbiyyat.
XI sinif
üçün dərslik. Bakı: Çaşıoğlu, 2012).
Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi
üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq, müasir
ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla,
kurikulumun məqsəd
və vəzifələrinə, məzmun standartlarına, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun
şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Dərslikdə təlim prosesinin mərhələlərinə uyğun olaraq, təlim materiallarının
aşağıdakı kimi qruplaşdırılması məqsədəuyğun sayılmışdır:
Yada salın. Şagirdləri mövzu ilə bağlı biliklərini xatırlamağa, maraq və
istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.
Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə
də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə
tutulmuşdur.
6
Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən
işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və
dərinləşdirmək üçün təklif edilir.
Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və
tətbiqi üzrə işlər əhatə olunur.
Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi,
eləcə də cütlük, qrup şəklində tədqiqat
aparmağa, yaradıcı işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə
istiqamətləndirir.
İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və
bacarıqların inkişafı məqsədi ilə tapşırıqlar təklif edilir.
Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik
summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
Layihələr üzrə iş. Layihələr şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki
müvafiq
materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı
fəaliyyət göstərmələri üçün təklif edilir.
Müstəqil iş. Bölmələrdə əsərləri tədris olunan sənətkarların həyatı haqqında
müxtəlif mənbələrdən məlumatların toplanması və öyrənilməsi üçün nəzərdə
tutulmuşdur.
Hər bir mövzu üzrə qruplaşdırılmış təlim materialları ilə iş texnologiyası
müəllim üçün vəsaitdə ətraflı şərh edilmişdir.
Dərslikdə aşağıdakı
pedaqoji prinsiplər gözlənilmişdir:
- düzgünlük
- əyanilik
- müasirlik
- tamlıq
- ardıcıllıq
- yaş səviyyəsinə uyğunluq
- təlim vaxtına uyğunluq
- oxunaqlılıq
- inklüzivlik
- inteqrativlik
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Fənn müəlliminə kömək məqsədi ilə metodik vəsaitə aşağıdakı tövsiyələr daxil
edilmişdir:
IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
Məzmun standartlarının reallaşdırılması cədvəli;
Tədris materiallarının illik planlaşdırılması (mövzuların
həftələr üzrə bölgüsü,
reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş
formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
Fəndaxili və fənlərarası inteqrasiya;
Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
7
Diferensial təlim imkanları;
Ədəbiyyat fənni üzrə məktəbdaxili qiymətləndirmə.
IX sinif üzrə təlim nəticələri və məzmun standartları
IX sinfin sonunda şagird:
müxtəlif ədəbi növdə (vəzndə) olan bədii nümunələri ifadəli oxuyur, hissələrə
ayırır, plan tərtib edir;
bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir, obrazlara
ilkin münasibət bildirir;
növünə və janrına, təsvir və ifadə vasitələrinə əsaslanmaqla ədəbi əsərləri bədii
xüsusiyyətlərinə görə təhlil edir;
bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, yazıçı mövqeyinə,
digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları səciyyələndirir;
şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya,
problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir;
müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktə fərqli mənbələrdən
topladığı məlumatlara əsaslanmaqla münasibət bildirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema,
hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri (poema,
hekayə, povest, roman, dram) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (poema, hekayə, povest, roman, dram) hissələrə
ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr
xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə
bədii təsvir və ifadə vasitələrini (metonimiya,
inversiya, simvol) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr
baxımından müqayisə edir.
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi
qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya,
simvol) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini
şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.