84
– müqayisənin aparılması qaydaları (obyektlərin arasındakı əlaqənin açılması,
obyektlərin arasındakı oxşarlığın, fərqin səbəbinin aydınlaşdırılması, müqayisədən
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması);
– müqayisə xarakterli mətnlərin (inşa, esse, məruzə) əhəmiyyəti;
– müqayisə xarakterli mətnlərin quruluşu;
– məlumat xarakterli məruzə ilə bağlı mənimsənilənlərin müqayisə xarakterli
məruzə üçün zəmin olması.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müqayisə
xarakterli mətnlərin oxşar və fərqli xüsusiyyətləri, belə mətnlərin yazılması
prosesində gözlənilməsi vacib olan qaydalar və s. barədə indiyə qədər deyilənlərin
ümumiləşdirilməsinə daha çox diqqət yetirilir. Şagirdlərdə belə bir qənaət
möhkəmlənir ki, müqayisə xarakterli mətnlərin – inşa, esse, məruzənin yazılmasın-
da riayət edilməli olan ümumi qaydalarla bərabər, onların hər birinə məxsus cəhət-
lər də vardır. Bu özünəməxsusluq həm onların məzmununda, həm də dil-üslub
xüsusiyyətlərində özünü göstərir.
Dərsdə vaxtdan səmərəli istifadə aşağıdakı məzmunda işin aparılmasına imkan
verir. Şagirdlərə müqayisə xarakterli mətnlər – inşa, esse, məruzə üçün mövzu
müəyyənləşdirmək təklif olunur. Fikir mübadiləsi zəminində müəyyənləşdirilən üç
mövzu üzrə yazıya hazırlıq (hər şagird bir mövzu üzərində işləməklə) ev tapşırığı
kimi təklif edilir. Sinifdə hər üç mətn (inşa, esse, məruzə) üzrə yazı nümunəsinin
icra olunacağı vurğulanır.
Müəllim üçün məlumat. Mövzular həm ədəbi əsərlər üzrə, həm də sərbəst ola
bilər. Əvvəlki siniflərdə öyrənilmiş bədii əsərlərə müraciət etmək mümkün və
faydalıdır. Məsələn, “Azad və Fərda obrazlarının müqayisəli təhlili”, “ Koroğlu və
Bolu bəy surətlərinin müqayisəli səciyyəsi” inşa, “S. S. Axundovun hekayələrinin
kiçik qəhrəmanları”, “Yurdumuzun baharı və qışı” esse, “Şifahi xalq ədəbiyyatın-
da epik janr”, “C.Məmmədquluzadənin yaradıcılığında hekayə janrı” məruzə
mövzuları kimi təklif oluna bilər.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Evdə iş. Müqayisə xarakterli yazıya (inşa, esse, məruzə) hazırlıq.
85
Mövzu: Müqayisə xarakterli mətni – inşa, esse və məruzəni
necə yazmalı? – 2 saat
İkinci saat: Müqayisə xarakterli yazıların icrası
Standartlar
Təlim nəticələri
3.1.1.
İnşanın (essenin, məruzənin) məzmununa uyğun üslub
müəyyənləşdirir.
3.1.3.
Müqayisə xarakterli inşa, esse, məruzə yazır.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilir. Hər üç mətn (inşa, esse, məruzə) üzrə şagirdlərin
müstəqil apardıqları hazırlıq işlərinin məzmunu barədə sinfin təsəvvür qazanması-
na nail olmaq vacibdir. Bu, sonrakı işin səmərəli təşkilinə istiqamət verir.
Müqayisə xarakterli inşa, esse və məruzə üçün ümumi olan cəhətlər müəllimin
sualları əsasında xatırladılır. Bu ümumi cəhətləri, müqayisənin xüsusiyyətlərini
mənimsəyən şagirdlər seçdikləri mövzular üzrə plan tərtib etməkdə çətinlik
çəkmirlər. İnşa, esse, məruzə olmaqla, fərqli mətnlər üzrə hazırlaşan şagirdlərin
diqqəti bu yazıların spesifik cəhətlərinə də yönəldilir. Məsələn, inşada plana ciddi
əməl etməyin, sitatlardan, faktlardan geniş bəhrələnməyin vacib olması vurğulanır.
Essedə həm məzmun, həm də quruluş baxımından sərbəstliyə geniş meydan
verildiyi, fikrin obrazlı ifadəsinə diqqət yetirildiyi bir daha yada salınır. Məruzədə
isə fakt və rəqəmlərin mühüm yer tutduğu, fikrin dəqiq və yığcam ifadə
edilməsinin zəruriliyi xatırladılır. Bütün bunların yazıların fərqli üslublarda ərsəyə
gəlməsinə səbəb olmasına da diqqət yetirilir.
Yazının icrasına başlamazdan əvvəl aşağı siniflərdə mənimsənilmiş bilik və
bacarıqlar xatırladılmaqla yığcam müsahibə aparılır:
– mövzunun aydın təsəvvür edilməsi və müstəqil şərh olunması;
– sitat, fakt, və rəqəmlərin sistemə salınması, onlardan istifadə məqamlarının
müəyyənləşdirilməsi (inşa və məruzə üçün);
– fikrin ifadə tərzinin aydın təsəvvür edilməsi;
– bədii təsvir və ifadə vasitələrinin, obrazlılığın digər vasitələrinin tətbiqi ilə bağlı
təsəvvürün canlandırılması və şərhi.
İşin icrasına ayrılan vaxt əvvəlcədən elan edilir. Şagirdlərdən heç birinin
fəaliyyəti müəllimin müşahidəsindən kənarda qalmır. Ehtiyac yaranan məqamlarda
müəllim istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərə yardım edir.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra yazıların səviyyəsi barədə
müəyyən təsəvvür qazanmaq mümkündür. Bunun üçün icra olunmuş inşa, esse və
məruzələrdən nümunələrin təqdimat əsasında dinlənilməsi və müzakirə edilməsi
məqsədəuyğundur. Müzakirə prosesində aşağıdakı məsələlərin diqqət mərkəzində
saxlanılması (bunlardan özünüqiymətləndirmə meyarları kimi də istifadə oluna
bilər) məqsədəuyğundur:
– yazı mövzuya uyğundurmu?
86
– yazının (inşa, məruzə) məzmunu onun hissələrinə (giriş, əsas hissə, nəticə)
uyğundurmu?
– yazının (inşa, məruzə) hissələri (giriş, əsas hissə, nəticə) arasında əlaqə
gözlənilibmi?
– yazıda müqayisənin xüsusiyyətləri nəzərə alınıbmı?
– yazıda müqayisə qaydalarına əməl olunubmu?
– yazıda sitat, fakt və rəqəmlərdən necə istifadə edilib?
– yazıda (essedə) bədii təsvir və ifadə vasitələrindən, obrazlılığın digər vasitələrin-
dən necə istifadə olunub?
– yazı (inşa, xüsusən məruzə) tədqiqat xarakterlidirmi?
– yazıda üslub özəlliyi müşahidə olunurmu?
Vaxt məhdudluğu dərsdə yazıların geniş təhlilinə və müzakirəsinə imkan ver-
mir. Yazıların təkmilləşdirilməsinin (sinifdə aparılan müzakirə şagirdlərə səmərəli
istiqamət vermiş olur) ev tapşırığı kimi təklif olunması məqsədəuyğundur.
Qiymətləndirmə növbəti dərsdə davam etdirilə bilər.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur.
Evdə iş. Müqayisə xarakterli yazıların (inşa, esse, məruzə) təkmilləşdirilməsi.
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə iş fərqli məzmunda təşkil
oluna bilər. Məsələn, Səməd Vurğunun sözlərinə yazılmış “Şəfqət bacısı”
mahnısının müşayiəti ilə İkinci Dünya müharibəsinə aid filmin döyüş kadrlarını
nümayiş etdirdikdən sonra müsahibə aparmaq və tədqiqat sualını formalaşdırmaq
mümkündür. Eləcə də dərslikdəki “Yada salın” başlıqlı suallar üzrə yığcam
müsahibə apararaq tədqiqat sualını müəyyənləşdirmək olar.
Tədqiqat sualı: Cəbhəyə oğul yola salan ananın nəsihətləri hansı məzmunda
ola bilər?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.
Dostları ilə paylaş: |