89
cavabların əlaqələndirilməsinə,
müqayisə edilməsinə, qruplaşdırılmasına xüsusi
diqqət yetirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
kimi deyilmiş fikirlər ümumiləşdirilərək vahid ideya şəklinə salınır. Şagirdlərdə
belə qənaət möhkəmlənir ki, müharibə bəşəriyyəti hədələyən ən dəhşətli təhlükədir.
Müharibə hər kəsin həyatını alt-üst edir, onun dəhşətlərini ən çox yaşayanlar isə
oğul yolu gözləyən analardır. Lakin analar
Vətənin müdafiəsini məhz
övladlarından – igid əsgər oğullardan gözləyirlər.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat
Üçüncü saat: Tətbiq, Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.2.
Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
2.1.2.
Şeirin mövzusuna,
qoyulmuş problemə müqayisələr,
ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini təqdimatların dinlənilməsi
və müzakirə edilməsi ilə müəyyənləşdirmək mümkündür.
Motivasiya, problemin qoyuluşu. “Tətbiq, Müzakirə. Yaradıcı iş” dərsində
motivasiya müxtəlif yollarla yaradıla bilər. Məsələn, İkinci Dünya müharibəsində
qəhrəman adı almış həmvətənlərimizin şərəfinə ucaldılmış abidələrin şəkillərinin
nümayiş etdirilməsi və müsahibə aparılması faydalıdır. Müsahibə əsasında tədqiqat
sualı formalaşdırılır.
Tədqiqat sualı: Qələbəyə çağırış ruhlu əsərlərdə hansı oxşar cəhətlər ola bilər?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.
Tədqiqatın aparılması. Təklif olunmuş tapşırıqlar fərqli iş formalarının
tətbiqi
ilə yerinə yetirilə bilər. Birinci tapşırığın (Şeirdən cədvəldəki atalar sözlərinə uy-
ğun nümunələr seçin, fikrinizi əsaslandırın) cütlük şəklində yerinə yetirilməsi məq-
sədəuyğundur. Şagirdlərə izah edilməlidir ki, seçim zamanı zahiri oxşarlıq yox,
mahiyyətcə yaxınlıq əsas götürülməlidir.
Bədii əsərlərin müqayisəsini tələb edən tapşırığın kiçik qruplarda yerinə yetiril-
məsi məqsədəuyğundur, tədqiqat sualı da məhz onunla bağlıdır və daha çox qayğı,
diqqət tələb edir. Müəllimin Qarabağ savaşına
həsr olunan, ideya-məzmununa görə
“Ananın öyüdü” ilə səsləşən bir neçə əsəri əvvəlcədən seçməsi faydalıdır. Üzərində
dayanılmış əsərin məzmununun əhatəli mənimsənilməsi, ideyası barədə dolğun
təsəvvürün qazanılması vacibdir. Bu, müqayisəli təhlilin səmərəli keçməsinə imkan
yaradır.
90
Məlumat mübadiləsi. Geniş fikir mübadiləsinin həyata keçirildiyi mərhələdir.
Bu mərhələdə qrup təqdimatlarının
fəal dinlənilməsinə, çıxış edənlərə sualların
verilməsinə şərait yaradılır.
Məlumatın müzakirəsi və təşkili. Müzakirənin səmərəli təşkili şagirdlərin fəal
iştirakına, fərqli fikirlərin düzgün dəyərləndirilməsinə səbəb olur.
Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin
çıxarılması növbəti mərhələdə həyata keçirilir.
Nəticə, ümumiləşdirmə. Əvvəlki mərhələlərdə işin səmərəli təşkili, xüsusən
təhlil üzrə araşdırmaların yüksək səviyyədə həyata
keçirilməsi nəticənin
çıxarılması, ümumiləşdirmənin aparılması işini xeyli asanlaşdırır. Müəllimin
yönəldici sualları əsasında ümumiləşdirmə aparan şagirdlərdə belə bir fikir
formalaşır ki, qələbəyə çağırış ruhlu əsərlərdə oxşar cəhətlər çox olur. Vətənə
məhəbbət və sədaqət, igid övladları Vətənin müdafiəsinə çağırış, gənclərə nəsihət...
bu qəbildən əsərlərin ideya-məzmununu təşkil edir.
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə ayrıca
diqqət yetirilir.
Vaxtdan səmərəli istifadə şeirdən bir parçanın
ifadəli oxusu üzrə işin
aparılmasına imkan verir. İfaların fəal dinlənilməsi və onlara münasibət
bildirilməsi faydalıdır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Süleyman Rüstəm . “Təbrizim” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə fərqli
fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllim müvafiq standarta əsasən
müəyyənləşdirilmiş təlim nəticəsinin qiymətləndirmə meyarına müraciət edir.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli məzmunda təşkil
etmək olar.
Şagirdlərin tarix dərslərindən öyrəndikləri, televiziya və internet
vasitəsi ilə
qazandıqları biliklər əsasında Cənubi Azərbaycan və Təbriz şəhəri ilə bağlı
müsahibə motivasiyanın yaradılmasına imkan verər.