80
– Sonra bəndin oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki,
məzmundan asılı olaraq, misraların hər birinin oxusunda da fərqli səs çalarları
yarana bilər.
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirib şərti işarələrlə
göstərin.
V qrup
A.İldırımın “A dağlar” şeirini Ə.Cavadın “Göy göl” şeiri ilə müqayisə edin.
Məlumat mübadiləsi və müzakirəsi mərhələlərində təqdimatlar dinlənilir,
fikir mübadiləsi və müzakirə aparılır. Hər iki sənətkarın Azərbaycanın istiqlalı
ideyasına bağlılığı, ölkəmizdə baş verən mürəkkəb ictimai-siyasi hadisələr fonunda
fəal vətəndaş və sənətkar mövqeyi tutmaları, işğalçılara barışmaz münasibəti
əsərlərindən gətirilən nümunələr əsasında şərh edilir. Şagirdlərin şifahi təqdimat
bacarığına, fərqli fikirlərə dözümlü münasibət bəsləmələrinə, ifadəli oxu
bacarıqlarına diqqət yetirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində qeyd
edilir ki, xalqımızın yüzlərlə ziyalısı, sərbəst düşüncə sahibi olan insanlar öz
vətəndaş mövqeyinə görə repressiyaya məruz qalmış, təqib olunmuş, həbs edilmiş,
güllələnmişdir. Azərbaycanın ən istedadlı sənətkarları qələmi silaha çevirmiş, xalqa
həqiqəti çatdırmışlar. Bu cəsarətli sənətkarların repressiyaya məruz qalması
xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza ağır zərbə vurmuşdur.
Formativ qiymətləndirmədə şagirdlərin fəallığı, özünüqiymətləndirmə və
qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə işin ardıcıl və səmərəli
təşkili şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf
etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər.
Evdə iş
Kitabxanadan, internetdəki mənbələrdən (google.az, YouTube, Vikipediya və
s.) topladığınız məlumat əsasında “Repressiya qurbanı olmuş sənətkarlarımız”
mövzusunda təqdimat hazırlayın.
“A dağlar”
“Göy göl”
Mövzu
Problem
İdeya
81
BİRİNCİ VƏ İKİNCİ BÖLMƏLƏR
ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə Seyid Hüseynin “İki həyat arasında” hekayəsi üzrə aparıla bilər.
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN
SUAL VƏ TAPŞIRIQLAR
1. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Ənisə surətini
səciyyələndirin.
Atasının münasibəti Müəllifin bu obrazla bağlı
mühakimələri
Sizin münasibətiniz
2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Məşədi Əhməd
surətini səciyyələndirin.
Ənisənin
münasibəti
Müəllifin bu obrazla bağlı
mühakimələri
Sizin münasibətiniz
3. Davranışından, başqalarına münasibətindən çıxış etməklə Muxtar surətini
səciyyələndirin.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
4. Hekayənin mövzusunu və onda təsvir edilən hadisənin nə vaxt baş verdiyini
müəyyənləşdirib qısaca yazın.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
__________________________________________________________________
5. Hekayədə işlənmiş aşağıdakı “müsaidə”, “təşəbbüs”, “tənəzzül” sözlərinin
mənasını müəyyənləşdirin.
Müsaidə – _________________________________________________________
Təşəbbüs –_________________________________________________________
Tənəzzül – _________________________________________________________
82
6. Əsərdəki bədii ifadə vasitələrinin növünü müəyyənləşdirib cədvəldə qeyd edin.
7. Fikrin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu nümunələrlə
əsaslandırıb qısaca yazın.
__________________________________________________________________
__________________________________________________________________
8. Hansı fikri Ənisəyə aid etmək olmaz?
A) İşləmək, atasına kömək etmək arzusundadır.
B) Düşdüyü vəziyyəti düzgün qiymətləndirir.
C) Ailə qurmaqla maddi vəziyyətlərinin düzələcəyinə ümid edir.
D) Mübarizdir, cəmiyyətin fəal üzvü olmaq istəyir.
E) Elmə-təhsilə yüksək qiymət verir.
9. Əsərdəki konflikti, onun necə həll olunduğunu müəyyənləşdirib qısaca yazın.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
10. Əsərin ideyasını və onda qaldırılmış başlıca problemi müəyyənləşdirib qısaca
yazın.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
Əsərdən nümunələr
Bədii ifadə vasitəsinin növü
Başqasının qazancına göz dikməkdən
nə çıxar?
Ənisə düşündü, düşündü.
Yeni həyat onu öz tərəfinə çəkirdi,
əski həyatın izləri onu tutub
buraxmırdı.
83
3. İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ
ƏDƏBİYYAT (1941–1945)
Mövzu: Müqayisə xarakterli mətni – inşa, esse və
məruzəni necə yazmalı? – 2 saat
Birinci saat: Müqayisə xarakterli yazıya hazırlıq
Standartlar
Təlim nəticələri
2.2.1.
Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına
müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Müəllim yığcam müsahibə aparır,
şagirdlərin müxtəlif xarakterli inşa, esse, məruzə ilə bağlı mənimsəmiş olduqları
bilik və bacarıqları xatırlamalarına nail olur. Müsahibə: Müqayisə nə deməkdir,
onun hansı xüsusiyyətləri var? Müqayisə necə aparılır? Ədəbiyyat dərslərində
müqayisənin tətbiqi üçün hansı imkanlar var? sualları ilə davam etdirilir və
tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşdırılır.
Tədqiqat sualı: Müqayisə xarakterli inşa, esse və məruzə, sizcə, necə
yazılmalıdır?
Şagird fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. İlk növbədə, dərslikdəki mətnin – “Müqayisə
xarakterli mətni – inşa, esse və məruzəni necə yazmalı?” oxusu həyata keçirilir.
Oxunun necə reallaşdırılması sinfin səviyyəsindən, müəllimin məqsədindən
asılıdır. Sinfin yaxşı mənimsədiyi metod, iş forması, iş növlərindən istifadə
etməklə vaxta qənaət edilir. Məsələn, mətnin fərdi səssiz oxusunu təşkil etmək,
sonda müsahibə aparmaqla qazanılmış məlumatı dərinləşdirmək, qaranlıq
mətləblərə aydınlıq gətirmək olar. Yaxud sinif İNSERT metodu ilə tanışdırsa,
ondan istifadə faydalıdır. Eləcə də ziqzaq (zəncirvarı oxu) metodunu tətbiq etmək
mümkündür.
Oxu formalarının çoxu sonda kiçik qrupların yaradılmasına, təqdimatlar
əsasında fikir mübadiləsi və müzakirə aparılmasına zəmin yaradır. Müəllim
şagirdlərin aşağıdakı məsələlər barədə aydın təsəvvür qazandıqlarına məlumat
mübadiləsi və müzakirə mərhələlərində əmin olmalıdır:
– “tutuşdurma”, “qarşılaşdırma”, “müqayisə” anlayışlarının mahiyyəti;
– müqayisənin xüsusiyyətləri (müqayisə obyektlərinin doğru seçilməsi,
obyektlərin mühüm əlamətlərinin üzərində dayanılması, müqayisənin eyni (vahid)
əsaslar üzrə aparılması);
Dostları ilə paylaş: |