187
cavablarda janrların arasındakı oxşarlıq və fərq daha
çox cəhətlər üzrə aşkara
çıxarılır.
Sonuncu tapşırığa (B.Vahabzadə haqqında deyilmiş fikirlərlə tanışlıq)
şagirdlərin diqqətini hələ üçüncü dərsin əvvəlində cəlb etmək faydalıdır. Bu dərsdə
həmin fikirləri bir daha nəzərdən keçirən şagirdlərə öz münasibətlərini bildirmələri
təklif olunur. Yaxud yığcam müsahibə aparmaqla şagirdlərin fikirlərini eşitmək,
müzakirə aparmaq olar.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Xəlil Rza Ulutürk.
“Qaytar mənim qüdrətimi, Azərbaycan!” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə təşkil olunan iş fərqli
məzmunda ola bilər. Məsələn, Xəlil Rzaya həsr olunmuş videoçəkilişə baxış
(https://www.youtube.com/watch?v=pSpCMcZsVyM)
və müsahibə aparmaqla
tədqiqat sualını formalaşdırmaq mümkündür. Eləcə də dərslikdəki “Yada salın”
başlıqlı suallar əsasında yığcam müsahibə təşkil etməklə tədqiqat sualını
müəyyənləşdirmək olar.
Tədqiqat sualı: Müstəqilliyini yenicə qazandığı, müharibəyə cəlb edildiyi bir
vaxtda ölkədə yaranan bədii əsərlərdə hansı məsələlərə önəm verilər?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. İlk növbədə, əsərin oxusu həyata keçirilir. Müəllim
sinfin səviyyəsindən, qarşıya qoyduğu məqsəddən və s. asılı olaraq, oxunu fərqli
formalarda təşkil edə bilər. Bütün hallarda tanış olmayan sözlərin mənasının
aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi həyata
keçirilir. Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlərin ilkin təəssüratlarını
bölüşmələrinə imkan yaradılır. Dərslikdəki növbəti tapşırıq (misralarda
ifadə olun-
muş fikrin aydınlaşdırılıb qısaca yazılması) cütlük şəklində iş, yaxud kiçik qruplar-
da iş formasının tətbiqi ilə yerinə yetirilir. Əsərin məzmununun mənimsənilməsin-
də bu tapşırığın əhəmiyyəti böyükdür. Müəllim şagirdlərin fəaliyyətini diqqətlə iz-
188
ləyir, onlara səmərəli istiqamət verir. Cavabların mümkün qədər qısa yazılmasına,
əhəmiyyətli məsələlərin üzərində dayanılmasına nail olur.
Sonrakı tapşırıq (bədii təsvir və ifadə vasitələrinin növünün müəyyənləşdiril-
məsi) həm nəzəri anlayışlarla bağlı biliklərin
dərinləşməsində, həm də əsərin məz-
mununun və bədii keyfiyyətlərinin mənimsənilməsində az əhəmiyyət kəsb etmir.
Dərslikdəki növbəti tapşırıq da (cümlələrdə ifadə olunmuş doğru fikirlərin müəy-
yənləşdirilib münasibət bildirilməsi) məzmunun dərindən mənimsənilməsinə və
təhlilə zəmin yaratması baxımından faydalıdır.
Təcrübə göstərir ki, dərslikdə təklif olunmuş tapşırıqlar fərqli səviyyələrdə ye-
rinə yetirilmiş olur. Kiçik qruplarda birləşib fikir mübadiləsi aparan şagirdlər
cavablarındakı nöqsanları aradan qaldırmaq imkanı qazanırlar.
Bu prosesdə möv-
qelərdə baş verən yaxınlaşma ümumiləşdirmə aparmağa, əhatəli təqdimat hazırla-
mağa şərait yaradır. Qrup üzrə hazırlanan təqdimatlar dərsin
məlumatın mübadi-
ləsi və müzakirəsi mərhələlərində dinlənilir və müzakirə olunur.
Qruplar ilk növ-
bədə bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmaq imkanı qazanırlar. Bütün
qrupların eyni tapşırıqların üzərində işləmələri elə məlumat mübadiləsi mərhələsin-
dəcə müzakirənin bünövrəsinin qoyulmasına, maraqlı diskussiyanın başlanmasına
səbəb olur. Məsələn, tapşırığın birinin tələbinə görə şeirdən verilmiş misraların
mənasını aydınlaşdıran şagirdlərin cavablarında fərqli yozumlar müşahidə olunur,
yaxud məcazların növü ilə bağlı da fikirlərdə haçalanma özünü göstərir.
Belə ya-
naşma digər tapşırığa hazırlanmış cavablarda da diqqəti cəlb edir. Bütün bunlar
müzakirəyə maraqlı rəng qatır, müəllimdən isə çeviklik, prosesi səmərəli təşkil et-
mək bacarığı tələb edir. Bunun sayəsində cavablardakı pərakəndəlik, faktlara, mə-
sələlərə birtərəfli yanaşmalar aradan qaldırılır.
Nəticənin çıxarılması, ümumiləş-
dirmənin aparılması mərhələsində isə indiyə kimi deyilmiş bütün fikirlərin ümu-
miləşdirilməsi, vahid ideya şəklinə salınması ön plana çəkilir. Şagirdlərdə belə bir
qənaət möhkəmlənir ki, həqiqi ədəbiyyat xalqın, vətənin
taleyinə heç vaxt laqeyd
qalmamışdır. Vətənin ağır günündə yaradıcı adamlar da düşmənə qarşı səfərbər
olurlar. Vətən məhəbbəti, torpağa, elə sədaqət, qorxmazlıq, düşmənə nifrət bədii
əsərlərdə daha çox diqqət yetirilən məsələlər olur. Müstəqilliyini yenicə əldə edən,
cəlb olunduğu müharibədə böyük itkilərə, dağıntılara
məruz qalan vətənimizdə
hamı kimi söz sənətkarları da qələmləri ilə düşmənə qarşı mübarizə aparırdılar. Hər
gün yaradılan yeni-yeni əsərlərdə müstəqilliyimizin qan bahasına əldə edildiyi,
şəhidlərin unudulmazlığı, Vətənə sədaqət, mübarizəyə çağırış, qələbəyə inam,
amansız düşmənə nifrət ifadə olunurdu. Çıxarılmış nəticənin tədqiqat sualı ilə
əlaqəsinin aydınlaşdırılmasına, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə
müqayisəsinə xüsusi diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır.