87
Tədqiqatın aparılması. Əsərin oxusu fərqli
yollarla həyata keçirilə bilər; fərdi
səssiz oxu, səsli oxu və s. tətbiqi mümkündür. Tanış olmayan sözlərin mənasını şa-
girdlər müstəqil aydınlaşdırır, müəllim sualların köməyi ilə onları istiqamətləndirir.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər dərslikdəki suallara cütlük
şəklində cavab hazırlayırlar. Bu suallar əsasında yığcam müsahibə aparıldıqdan
sonra 3-cü tapşırığın hər iki tələbi fərdi olaraq, yerinə yetirilir. Tədqiqat kiçik
qruplarda davam etdirilir, cavablar müzakirə edilir,
fərqli fikirlərə münasibət
bildirilir, təqdimatlar hazırlanır.
Müəllim kiçik qrupların işini müşahidə edir, qrupun bütün üzvlərinin ümumi
işə töhfə verməsinə diqqət yetirir. Ehtiyac yaranarsa, suallar vasitəsi ilə istiqamət
verir.
Şifahi təqdimat üçün təklif olunan mövzular məzmunun mənimsənilməsini
daha da dərinləşdirir.
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində ilk növbədə, qrupların
təqdimatı dinlənilir. Şagirdlərin fikirlərini sərbəst ifadə etmələrinə, deyilənlərin
nümunələrlə əsaslandırılmasına, müzakirələrin diskussiya xarakteri almasına, yeri
gəldikdə, fikirlərə tənqidi yanaşmanın özünü göstərməsinə, fərqli fikirlərə dözümlü
mövqeyin nümayiş etdirilməsinə səy göstərilməlidir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
kimi deyilmiş bütün fikirlər ümumiləşdirilir, vahid ideya şəklinə salınır.
Şagirdlərdə belə bir
qənaət möhkəmlənir ki, şeirdə qələbəyə güclü inam hissi ifadə
olunmuşdur. Ləyaqətli oğul böyütdüyünə şübhə etməyən ana indi ondan vətən
yolunda zəfərlər gözləyir, ona vüqarlı, mərd, igid olmağı tövsiyə edir.
Çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisəsinə diqqət
yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Müəllifin mühakimələrindən çıxış etməklə şeirin qəhrəma-
nını səciyyələndirir.
1.2.3.
Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu
aydınlaşdırır.
1.2.4.
Şeirin ideya-bədii xüsusiyyətlərini şərh edir, əsaslandırılmış
münasibət bildirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi mü-
nasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş
etdirir.
88
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müvafiq qiymətləndirmə
meyarlarına müraciət edilməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələnin
təşkilində fərqli yollardan
istifadə etmək mümkündür. Dərslikdəki “Düşünün” başlıqlı sual (
Sənət
adamlarının müharibə mövzusuna dönə-dönə müraciət etmələrinə səbəb, sizcə,
nədir?) üzrə müsahibə əsasında tədqiqat sualını müəyyənləşdirmək vaxta qənaət
baxımından faydalıdır.
Tədqiqat sualı: “Şeirdə cəbhəyə oğul yola salan anaların mövqeyi əks
etdirilmişdir” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeydlər aparılır.
Tədqiqatın aparılması. Bu mərhələdə fərqli metod və iş formalarından
istifadə etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə
hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara
müraciət edilməsi vacibdir.
“Əsərin təhlilinə hazırlaşın” mətninin oxusunda diqqəti əsərin yazılma tarixinə
və səbəbinə cəlb etmək lazımdır. Bu, əsərin təhlili ilə bağlı işlərin
yerinə
yetirilməsində faydalı ola bilər.
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallardan kiçik qruplarda iş
formasında istifadə etmək məqsədəuyğundur. Buradakı sualların hər biri iş vərəqlə-
rində əks olunaraq qruplara təqdim olunur. İcrası çətinlik törədən tapşırıqlarla bağlı
müəllim istiqamətləndirici suallar vasitəsilə tövsiyələr verir. Məsələn, beşinci sual
(Şeirin bədii təsir gücünün artmasına şair necə nail olmuşdur?) şagirdləri heç də
asan olmayan tələb qarşısında qoyur. Belə ki, şagirdlər bədii təsvir və ifadə
vasitələrinin – epitet (Onun polad sinəsinə sığışmadı ürəyi), inversiya (Ana igid
balasına açdı öz qollarını), metafor (– Dayan! – deyib, yaxın gəldi,
öpdü onun
alnından Yay gününün xoş səhəri, bir da dağlar küləyi), təkrir (–Yaşa, – dedi, – ey
qəhrəman! Yaşa, – dedi, – ey Vətən!) və s. şeirin bədii təsir gücünün artmasındakı
rolunu izah etməli, fikirlərini əsaslandırmalıdırlar. Müəllim suallar vasitəsi ilə
şagirdləri məcazların digər bir əhəmiyyətini də – müəllifin məqsədinin daha qaba-
rıq ifadə olunmasındakı mövqeyini də müəyyənləşdirməyə istiqamətləndirməlidir.
Məlumat mübadiləsi mərhələsində təqdimatların fəal
dinlənilməsi təşkil edilir,
bununla da qruplar bir-birinin işinin məzmunu ilə ətraflı tanış ola bilirlər.
Cavablarda müşahidə edilən yanlış mülahizələr, pərakəndəlik təbii hal kimi qəbul
edilməlidir. Bütün bunlara aydınlıq gətirilməsi, qrupların qənaətlərinin sistemə
salınması dərsin növbəti mərhələsində həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili mərhələsinin səmərəli keçməsi müəllimin
apardığı hazırlıq işindən çox asılıdır. Müəllim qabaqcadan hazırladığı yardımçı
suallarla şagirdləri müzakirələrə yönəltməlidir. Şagirdlərin
hər birinə sual vermək,
düşüncələrini sərbəst söyləmək imkanı verilməlidir. Müəllim xüsusilə çalışmalıdır
ki, şagirdlər yoldaşlarının fikirləri ilə bağlı tənqidi mülahizələrini söyləyərkən
əsərdən gətirdikləri nümunələrə istinad etsinlər. Şagirdlərdə tənqidi fikirlərə
dözümlülük hissinin formalaşdırılması da diqqətdən yayınmamalıdır. Bu mərhələdə