91
Motivasiyanın yaradılmasının bir variantı da dərslikdəki “Yada salın” başlıqlı
sualların əsasında
müsahibə aparılmasıdır. Yığcam müsahibə tədqiqat sualının
müəyyənləşdirilməsi ilə yekunlaşır.
Tədqiqat sualı: Cənubi
Azərbaycana, Təbrizə həsr olunan lirik şeirlərdə, sizcə,
hansı məsələlərə önəm verilər?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. İlk növbədə, şeirin oxusu və məzmununun mənim-
sənilməsi həyata keçirilir. Youtube saytından S.Rüstəmin “Təbrizim” şeirinin bədii
oxusundan bir parçanın (https://www.youtube.com/watch?v=ftLtpe8bv3g) səslən-
dirilməsi sinifdə xüsusi bir ovqatın yaranmasına səbəb olur.
Oxu fərqli variantlarda
təşkil edilə bilər. Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaş-
dırılmasına, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət
yetirilir. Oxuya ayrılmış vaxt başa çatdıqdan sonra məzmunla bağlı qaranlıq qalmış
mətləblərə aydınlıq gətirilir. Bu, bütün sinfin iştirakı və fəallığı şəraitində həyata
keçirilir. Məzmunun daha dərindən qavranılması, mənimsənilənlərin möhkəmlən-
dirilməsi məqsədilə şagirdlər onlara təklif edilmiş suallara cütlük şəklində cavab
hazırlayırlar. Kiçik qruplarda birləşən şagirdlər onlar üçün ayrılmış bəndlərin
üzərində işləməklə məzmun üzrə suallar və onlara cavab hazırlayırlar.
Seçilmiş bədii təsvir və ifadə vasitələrinin növünün müəyyənləşdirilməsi də
məzmunun mənimsənilməsində əhəmiyyətli rol oynayır.
Şeirin məzmunu üzrə iş zamanı “İkihissəli gündəlik”dən istifadə də faydalıdır.
Lakin bu halda da məzmunla bağlı qazanılmış məlumata aydınlıq gətirilməsi,
dəqiqləşdirmə və dərinləşdirmə istiqamətində iş aparılması vacibdir.
Sonrakı mərhələdə təqdimatlar əsasında
fikir mübadiləsi və
müzakirə aparılır.
Bu mərhələdə şagirdlərin əsərin məzmunu ilə bağlı müstəqil fikir söyləmələri,
mülahizələrin əsaslandırılması, fərqli fikirlərə dözümlü münasibət nümayiş
etdirilməsi diqqət mərkəzində saxlanılır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində
şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, Cənubla bağlı əsərlərdə soydaşlarımıza
sevgi, Vətən torpağını azad görmək arzusu ön plana çəkilir.
Əldə olunmuş nəticənin tədqiqat sualı ilə əlaqəsinə, fərziyyələrlə müqayisə
edilməsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
92
Mövzu: Süleyman Rüstəm. “Təbrizim” – 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitə-
lərinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii
xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nüma-
yiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və mü-
zakirəsi zəminində müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiya yaratmaq məqsədilə “Təbrizim”
şeirinə yazılmış mahnının dinlənilməsi (https://www.youtube. com/ watch?
v=ahPtstmbVvc) faydalıdır. Digər vasitə şairin bu mövzuya müraciətinin səbəbləri
üzrə diskussiya ola bilər. Müəllim hər iki halda bu şeirin məşhur olmasının
səbəbləri barədə şagirdlərin
mülahizələrini dinləməli, müzakirəyə imkan
yaratmalıdır. Bu istiqamətdə aparılan müsahibənin sonunda tədqiqat sualı
müəyyənləşdirilmiş olur.
Tədqiqat sualı: Bu şeiri yazmaqda şairin başlıca niyyəti, sizcə, nə olmuşdur?
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Hansı təlim metodu və iş formalarının seçilməsindən
asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın.
Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi məqsədəuyğundur.
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim hər qrupa bir sual
ayırmaqla iş vərəqlərini şagirdlərə təqdim edir. İşin icrasına ayrılan vaxt elan
olunur.
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı üzrə iş zamanı müxtəlif təlim
metod və priyomların (əqli hücum,
qrupdaxili diskussiya, müqayisə, tədqiqat və s.)
qarşılıqlı əlaqədə tətbiqi mümkün və faydalıdır. Nəzərə almaq lazımdır ki,
tapşırıqdakı sualların hamısı əsərin ideya-bədii xüsusiyyətlərinin, nəticədə müəllif
niyyətinin aşkara çıxarılmasına xidmət edir.
Məlumat mübadiləsi və müzakirəsi mərhələləri kiçik qrupların
bir-birinin
tədqiqatının nəticələri ilə ətraflı tanış olmalarına, münasibət bildirmələrinə imkan
yaradır. Müzakirənin diskussiya səciyyəli olması, iştirakçıların məsələnin mahiyyə-
tindən yayınmamaları, xüsusilə əhəmiyyətlidir.
Nəticənin çıxarılması,
ümumiləşdirmənin aparılması mərhələsində tədqiqat və müzakirə zamanı
söylənilən fikirlərin
ümumiləşdirilməsi, vahid ideya halına salınması zəruridir.
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, Təbrizi
tərənnüm edən bu şeirdə,
əslində, şairin Vətənin bütövlüyü ilə bağlı arzuları əksini tapmışdır. Bu baxımdan