160
Mövzu:
Anar. “Keçən ilin son gecəsi” – 4 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə dramın qəhrəmanlarını səciyyələndirir.
1.2.4.
Dramın mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Dramla bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini şərh edir.
2.2.1.
Dramla bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə həyata keçirilir.
Müəllimin müvafiq qiymətləndirmə meyarlarından
istifadə edilməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Müəllim qarşıya qoyduğu məqsəddən,
təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək motivasiyanı fərqli
yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual
(“Övladın ömrü valideyn
ömrünün davamıdır" cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?)
əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualının
müəyyənləşdirilməsi vaxta
qənaət baxımından daha məqsədəuyğundur.
Motivasiyanın yaradılmasının digər variantı internetdəki “Keçən ilin son
gecəsi” filmindən (https://www.youtube.com/watch?v=5WH0CF3wO_s) fraqmen-
tin nümayiş etdirilməsi əsasında müsahibənin aparılması ola bilər.
Tədqiqat sualı: Gənc nəsil yaşlı nəsildən nələri əxz edib yaşadır?
Tədqiqatın aparılması. Dramın təhlili ilə bağlı
tədqiqat işini
fərqli məzmunda
və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin
təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı
tapşırığa müraciət edilməsi faydalıdır.
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim şagirdlərin “Əsərin
təhlilinə hazırlaşın” mətni ilə tanış olmaları üçün vaxt ayırır. Mətnlə tanışlıqdan
sonra “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallar iş vərəqlərində (hər
qrupa bir sual ayırmaqla) qruplara təqdim edilir. Tapşırıqların icrası ilə bağlı
qruplar təlimatlandırılır, tapşırıqların tələblərinə açıqlıq gətirilir, hansı metod və
priyomlardan istifadənin daha faydalı olması məsələsinə toxunulur. Əsərdəki
obrazların təhlili xüsusi diqqət tələb edir. Bu, əsərin ideyasının
başa düşülməsi
üçün vacibdir. Unutmamalıdır ki, Həmidə ana obrazının əhatəli təhlili əsərdə
qaldırılan problemin, yazıçı niyyətinin açıqlanmasında və dəyərləndirilməsində
əhəmiyyətli rol oynayır. Məzmunun öyrənilməsinə həsr edilən dərsdə Həmidə ana
obrazının nitqi üçün səciyyəvi olan söz və ifadələrin
müəyyənləşdirilməsi təhlilin
161
səmərəliliyinə az təsir etmir. Həmidə xalanın övladlarının xarakterindəki başlıca
cəhətlərin aydınlaşdırılması, Qəzənfərin fikirlərinin çözülməsi əsərin ideya-
məzmununun dərk edilməsinə imkan yaradır.
Tədqiqatın gedişini diqqətlə müşahidə edən müəllim ehtiyac yaranan
məqamlarda istiqamətləndirici suallardan istifadə etməklə qruplara kömək edir.
Məlumat mübadiləsi və müzakirə mərhələsində qruplar birinci növbədə, bir-
birinin işinin məzmunu ilə ətraflı tanış olurlar. Təqdimatlarda
daha vacib məsələlər
üzərində dayanılır, fikri təsdiq edən nümunələr göstərilir. Müəllimin istiqamətlən-
dirici sualları şagirdləri tədqiqat sualını aydınlaşdırmağa yönəldir.
Deyilmiş fikirlərin əlaqələndirilməsi, sistemə salınması diqqət mərkəzinə
çəkilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Söylənilənlərin vahid
ideya şəklinə salınması, ümumiləşdirmənin aparılması diqqət mərkəzinə çəkilir.
Şagirdlər əvvəlcədən hazırlanmış suallar vasitəsi ilə son nəticələrə istiqamətləndiri-
lir. Onlarda belə qənaət möhkəmlənir ki, nəsillər arasında varisliyin mövcud olması
həyatın davamı üçün vacib şərtdir. Məhz varislik nəsillər arasında
rabitənin qoru-
nub saxlanmasına, yaxşı nə varsa, yaşadılmasına səbəb olur. “Keçən ilin son ge-
cəsi” əsərində yaşlı və gənc nəsil qarşılaşdırılmaqla həyat həqiqətləri əks etdiril-
mişdir. Bu nəsillərin arasında varisliyin, bağlılığın və ardıcıllığın qorunub saxlan-
masının vacib olması fikri əsaslandırılmışdır.
Çıxarılmış nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə
diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu:
Anar. “Keçən ilin son gecəsi” – 4 saat
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.2.1.
Dramı növ və janr baxımından romanla müqayisə edir.
2.1.2.
Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr apar-
maqla münasibət bildirir.
2.2.1.
Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin
müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.