158
təəssürat müqayisə olunur. Bu istiqamətdə aparılan müsahibə tədqiqat sualının
formalaşması ilə yekunlaşır.
Tədqiqat sualı: Ailədə birliyin, ailə üzvlərinin arasında mehribanlıq və
səmimiyyətin hökm sürməsinə səbəb nə ola bilər?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Oxunun təşkili zamanı dram janrının
xüsusiyyətləri
nəzərə alınır. Bu, həm də rollar üzrə oxunun tətbiqini zəruri edir. Bu oxu şagirdlərə
dramın xüsusiyyətləri haqqında biliklərini dərinləşdirmək, remarka, dialoq,
monoloq, replikaları diqqətlə müşahidə etmək imkanı yaradır. Müəllim birinci
parçadakı ayrı-ayrı səhnələrin rollar üzrə oxusunu təşkil edir. Tanış olmayan
sözlərin çox məhdud olması onlara oxu prosesində aydınlıq gətirməyə imkan verir.
Birinci parçanın oxusuna ayrılan vaxt başa çatdıqdan sonra şagirdlərə ilkin
təəssüratlarını bölüşmək imkanı yaradılır. Bədii təsvir
və ifadə vasitələrinin
müəyyənləşdirilməsini də bu məqamda həyata keçirmək olar. Dərslikdəki
tövsiyəyə uyğun olaraq, şagirdlər əsərin onlarda yaratdığı hiss və düşüncələri
ikihissəli gündəlikdə qeyd edirlər. Onlar həmçinin müstəqil aydınlaşdıra
bilmədikləri məsələləri, özlərini düşündürən sualları da gündəlikdə qeyd etmək
tapşırığını alırlar.
Sonrakı tapşırıq (bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdirilməsi)
fərdi olaraq yerinə yetirilir.
Kiçik qruplarda birləşən şagirdlər yerinə yetirdikləri bütün işlərin nəticələri
barədə fikir mübadiləsi apararaq dəqiqləşdirmə imkanı qazanırlar.
Bu iş qrup
adından vahid təqdimatın hazırlanması ilə yekunlaşır. Təcrübə göstərir ki, yekun
təqdimatdakı bəzi məqamlarla qrup daxilində razılaşmayan şagirdlər də olur.
Məlumat mübadiləsi, müzakirə mərhələlərində belə şagirdlərə öz mövqelərini
açıqlamaq üçün şərait yaradılmalıdır.
Məlumat mübadiləsi və müzakirəsi. Fəal dinləmə, qrupların bir-birinin işinin
məzmunu ilə ətraflı tanışlıq həyata keçirilir. Bu, müzakirənin səmərəli keçməsinə
səbəb olur. Müzakirə zamanı müəllim şagirdlərin dialoji nitq bacarığının
nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə,
onlara əlavələrin
edilməsinə, təkliflərin irəli sürülməsinə diqqət yetirir.
Aparılmış işlərə nəticə məzmunlu müsahibə ilə (nəticə və ümumiləşdirmə
mərhələsinin tələbləri tam şəkildə ikinci dərsdə – məzmun üzrə iş tamamlandıqda
həyata keçirilir) yekun vurulur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
159
Mövzu:
Anar. “Keçən ilin son gecəsi” – 4 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4.
Dram janrının xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi yığcam
müsahibə və müzakirə ilə
müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət
etməsi məqsədəuyğundur.
Tədqiqatın aparılması. Əsərin evdə oxunmuş ikinci parçasını bir daha nəzər-
dən keçirən şagirdlər məzmuna aid üçdən az olmayaraq sual və onlara cavab
hazırlayırlar. Bunun cütlük şəklində iş formasının tətbiqi ilə həyata keçirilməsi
məqsədəuyğundur. Növbəti tapşırığın da (Həmidə xala obrazının
nitqi üçün
səciyyəvi olan söz və ifadələrin seçilməsi) cütlük şəklində yerinə yetirilməsi fayda-
lıdır. Bu tapşırıq məzmunun daha dərindən mənimsənilməsi və təhlil üçün
əhəmiyyətlidir. Dərslikdəki növbəti iki tapşırığın (məcazların növünün dəqiqləş-
dirilməsi, əsərdə dram janrına xas olan cəhətlərin müəyyənləşdirilməsi) fərdi icra-
sına imkan yaradılır.
Kiçik qruplarda birləşən şagirdlər yerinə yetirdikləri işlər üzrə əldə etdikləri
nəticələri müzakirə edib, dəqiqləşdirmə və ümumiləşdirmə aparırlar. Bu, qrupa
vahid təqdimatla çıxış etmək imkanı yaradır.
Məlumat mübadiləsi və müzakirə mərhələsində, ilk növbədə, qrupların bir-
birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına şərait yaradılır. Bunun üçün fəal
dinləmənin, məzmunlu çıxışların təmin edilməsi vacibdir. Fərqli düşünən, qrupla
razılaşmayan hər bir qrup üzvünə fikrini ifadə etmək imkanı yaradılır. Cavabların
əlaqələndirilməsinə, sistemə salınmasına xüsusi diqqət yetirilir. Müəllimin istiqa-
mətləndirici sualları vaxt itkisinin qarşısını alır, müzakirənin
səmərəliliyini təmin
edir. Müəllim istiqamətləndirici suallardan
nəticənin çıxarılması, ümumiləşdir-
mənin aparılması mərhələsində də istifadə edir. Bu suallar, eləcə də aparılmış iş-
lər şagirdlərdə belə bir qənaət möhkəmləndirir ki,
ailədə birliyə, ailə üzvlərinin bir-
biri ilə mehriban və səmimi olmasına səbəb onun möhkəm təməl üzərində qurul-
ması, xalqımıza xas olan adət və ənənələrin gözlənilməsidir.
Çıxarılmış nəticələr fərziyyə və tədqiqat sualı ilə müqayisə edilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiriləcəyi
şagirdlərə xatırladılır.