179
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Qılman İlkin. “İntiqam” – 3 saat
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
2.2.1.
Yazı ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
3.1.1.
İnşanın, essenin məzmununa uyğun üslub müəyyənləşdirir.
3.1.3.
Müqayisə xarakterli inşa, esse yazır.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin
müvafiq qiymətləndirmə
meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Müəllim üçün məlumat. Dərslikdə ilk tapşırıq inşa və essenin yerinə
yetirilməsi ilə bağlıdır. Mövzular (Qarabağ müharibəsi incəsənətin digər
növlərində; Qarabağın sənət adamları) plan tərtibindən asılı olaraq, fərqli
məzmunda (mühakimə, təsvir, müqayisə) işlənə bilər. Yazının hansı xarakterdə
olmasını ehtiyacı nəzərə alan müəllim müəyyənləşdirir. Motivasiya, problemin
qoyuluşu mərhələsi də yazının xarakteri nəzərə alınaraq təşkil edilir. Burada
müqayisə xarakterli inşa və esse ilə bağlı işin təsviri verilmişdir.
Motivasiya, problemin qoyuluşu mərhələsində müqayisə xarakterli yazının –
inşa və essenin icrası ilə bağlı mənimsənilən bilik və bacarıqların yada salınmasına,
təkrarına yönəlik yığcam müsahibə aparılır. Müsahibə tədricən tədqiqat sualının
müəyyənləşdirilməsinə imkan yaradır.
Tədqiqat sualı: Müqayisə xarakterli yazının əhəmiyyəti nədən ibarətdir?
Səsləndirilən
fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd
olunur.
Tədqiqatın aparılması. Yazıya əvvəlcədən hazırlıq işlərinin aparılması
vacibdir. Şagirdlər müəllimin təklifi ilə hələ dərsə bir neçə gün qalmış seçdikləri
mövzu ilə bağlı material toplayır, ətraflı öyrənir, ondan necə istifadə edəcəklərini
müəyyənləşdirirlər. İnşa üzərində işləyəcək şagirdlər Qarabağ müharibəsinə həsr
edilmiş filmlərin, mahnıların, rəssamlıq əsərlərinin ideya-məzmunları arasındakı
oxşar və fərqli cəhətlərin üzərində fikirləşir, müqayisəyə hansı cəhətləri
cəlb edə-
cəklərini müəyyənləşdirirlər. Şagirdlər bu qəbildən müqayisə ilə bağlı aşağı sinif-
lərdə müəyyən təcrübə qazansalar da, müəllimin istiqamətləndirici köməyinə ehti-
yac duyurlar. Müəllim şagirdlərə seçdikləri janrla bağlı konkret tövsiyələr verir.
Məsələn, bədii əsər əsasında ekranlaşdırılmış film üzərində dayanan şagirdlər ədəbi
180
nümunə ilə kinonun süjeti, obrazları, ideyası və s. ilə bağlı müqayisə apara bilərlər.
Yaxud Qarabağ mövzusunda rəssamlıq əsərlərindəki təsvirlərin oxşar və fərqli
cəhətlərini müəyyənləşdirən şagirdlər bu nümunələrin ideya-məzmunlarını müqa-
yisəli şəkildə şərh etmək imkanı qazanarlar. Eləcə də mövzusu Qarabağ müharibəsi
olan mahnıların melodiyaları, məzmunları, dinləyicidə yaratdığı emosional ovqat
və s. müqayisə obyekti ola bilər. Qarabağ müharibəsi mövzusu artıq
teatr səhnələ-
rinə də yol tapmışdır. Bədii əsər əsasında hazırlanmış teatr tamaşası ilə söz sənəti
nümunəsinin müqayisə edilməsi imkanları da genişlənmişdir. Maraqlı nümunələrin
seçilməsi, tutarlı tövsiyələrin verilməsi bu istiqamətdə də inşanın icrasına imkan
verir.
Esse üçün təklif edilmiş mövzu (“Qarabağın sənət adamları”) geniş müqayisə-
lərin aparılmasına yol açır. İncəsənətin eyni, yaxud fərqli sahəsində fəaliyyət göstə-
rən qarabağlı sənət adamlarının yaradıcılığının müqayisə edilməsi maraqlı nəticələ-
rin çıxarılmasına səbəb olur. Bu sənət adamı yazıçı, bəstəkar,
rejissor, müğənni,
aktyor və s. ola bilər. Bütün hallarda, şagirdlərdən yazıya ciddi hazırlaşmaq tələb
olunur. Başlıcası isə zəruri məlumatın, materialın toplanması, öyrənilməsi, onlar-
dan necə istifadə olunacağının müəyyənləşdirilməsidir.
Yazı üçün hazırlanmış planda müqayisənin hansı əsaslar üzrə aparılacağı əksini
tapmalıdır. Plan tərtibinə müəllim xüsusi diqqət yetirir. Bu, müqayisə üçün götürül-
müş obyektlərin ayrı-ayrılıqda təsvir edilməsi ehtimalının qarşısını alır.
Yazının uğurla icra edilməsinin digər mühüm şərti işin icrası prosesində müəl-
limin şagirdlərə səmərəli istiqamət verməsidir. Təcrübə göstərir ki,
bu qəbildən ya-
zıların yerinə yetirilməsində şagirdlərin tərəddüd etdikləri hallar çox olur, məhz bu
məqamlarda müəllimin istiqamətləndirici sualları, tövsiyələri yerinə düşür.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra təqdimat əsasında yazıların baş-
lıca istiqamətləri barədə
fikir mübadiləsi və müzakirə aparılır. Şagirdlərin təqdi-
matı ayrı-ayrılıqda dinlənilir,
onlara suallar verilir, müqayisə qaydalarına necə
əməl edildiyinə, müqayisədən hansı nəticələrin çıxarıldığına xüsusi diqqət yetirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəlli-
min istiqamətləndirici sualları şagirdlərin yüksək fəallıq göstərmələrinə şərait yara-
dır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, müqayisə xarakterli yazı obyektlə-
rin (bütövlükdə əsərin, onun obrazlarının, bədii xüsusiyyətlərinin, ideyasının və s.)
dərindən
mənimsənilməsinə, ən xırda incəliklərinin belə başa düşülüb qiymətləndi-
rilməsinə imkan verir. Müqayisə xarakterli yazının əhəmiyyəti bununla məhdudlaş-
mır. Müqayisə tələbi obyektlər barədə müstəqil fikir söyləməyə, əqli fəallığın inki-
şafına, təhlil, ümumiləşdirmə bacarığının formalaşmasına səbəb olur.
Dərsin bu mərhələsinin sonunda çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat
sualı ilə müqayisəsinə diqqət yetirilir.
Yaxşı planlaşdırılmış dərsdə ikinci tapşırığın icrasına vaxt qalır.
Bir neçə
təqdimatın dinlənilib müzakirə edilməsi məqsədəuyğundur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.