185
Məlumat mübadiləsi, müzakirəsi mərhələsində ilk addım təqdimatların fəal
dinlənilməsinin təmin olunmasıdır. Bununla da qrupların bir-birinin işinin məzmu-
nu ilə ətraflı tanış olmalarına imkan yaradılır. Cavablarda qüsurların olmasına təbii
baxılmalıdır. Fikirlərdə pərakəndəlik, birtərəfli yanaşma müşahidə edilir. Bütün
bunların islah edilməsinə müzakirədə xüsusi diqqət yetirilir. Meydana çıxan əhə-
miyyətli sualların hər birinə aydınlıq gətirilməsinə səy göstərilir. Cavablar əlaqə-
ləndirilir, tədricən sistemə salınır.
Səsləndirilmiş fikirlərin ümumi ideya halında birləşdirilməsi,
yekun qənaət
hasil edilməsi
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində
həyata keçirilir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, poemada bütöv
Azərbaycanın dərdləri, problemləri yüksək sənət dili ilə ifadə edilmişdir.
Cənubi
Azərbaycanda yaşayan soydaşlarımızın taleyi bizi dərindən düşündürdüyü, narahat
etdiyi kimi, Şimali Azərbaycanın siyasi həyatında baş verən hər bir dəyişikliyi də
cənublu soydaşlarımız diqqətlə izləyir, dərdlərimizə şərik çıxırlar. “Quzeydə
yadlara öz yerləri göstərildi” – belə bir gün güney üçün də olacaq.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsi, fərziyyələrlə müqayisə edilməsi
diqqət mərkəzində saxlanılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: B.Vahabzadə. “İstiqlal” – 4 saat
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.2.1.
Poemanı janr baxımından romanla müqayisə edir.
2.1.1.
Poema və şeirlə bağlı çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
2.1.2.
Poemanın və şeirin mövzusuna, problemə müqayisələr,
ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
2.2.1.
Poema və şeirlə bağlı müzakirələrdə mövzuya, problemə
tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi müxtəlif
yollarla müəyyənləş-
dirilə bilər. Təqdimatların dinlənilməsi və yığcam müzakirənin keçirilməsi daha
faydalıdır. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məq-
sədəuyğundur.
“Tətbiq. Müzakirə. Yaradıcı iş” dərsində
motivasiyanın yaradılması, proble-
min qoyuluşu fərqli variantlarda həyata keçirilə bilər. Məsələn, bu məqsədi ilə in-
186
ternet (You Tube) imkanlarından bəhrələnərək B.Vahabzadənin xalqımızın azadlıq
mübarizəsi haqqında fikirlərini əks etdirən videomateriala baxış təşkil
etmək və ya
mövzu üzrə müəyyənləşdirilmiş sual əsasında diskussiya aparmaq faydalıdır.
Tədqiqat sualı: “İstiqlal” poemasının oxucularda böyük maraq doğurmasına
səbəb, sizcə, nədir?
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Dərslikdə təklif edilmiş tapşırıqlar tədqiqat sualının
aydınlaşdırılması üçün əlverişlidir. “İstiqlal” poemasını mövzusuna, ideya-məzmu-
nuna görə bir çox əsərlərlə müqayisə etmək mümkündür. Dərslikdə müqayisə üçün
şagirdlərə məlum olan “İstiqlal marşı” əsəri tövsiyə edilmişdir. Şagirdlərin rəyi nə-
zərə alınaraq digər bir əsərin seçilməsi də mümkündür.
İlk növbədə, müqayisənin xüsusiyyətləri, tətbiqi qaydaları barədəki məlumat-
ların yığcam müsahibə ilə xatırlanmasına nail olunur. Hər iki əsərin (“İstiqlal”,
“İstiqlal marşı”) hansı əsaslara görə müqayisə ediləcəyi müsahibənin tətbiqi ilə ay-
dınlaşdırılır. Əslində, bu əsaslar dərslikdəki
cədvəldə əks etdirilmişdir, lakin onlara
əlavələr etmək olar, yaxud fərqli variant hazırlamaq mümkündür. Hansı iş forması-
nın tətbiqi də müəllimin məqsədindən asılıdır. Başqa sözlə, bu məsələdə müəllim
sərbəstdir, lakin o, seçimini əsaslandırmalıdır. Kiçik qruplarda iş forması vaxta qə-
naət və müzakirənin maraqlı keçməsi baxımından məqsədəuyğundur. Tədqiqatın
gedişində – ehtiyac yarananda müəllim istiqamətləndirici suallar vasitəsi ilə
qruplara kömək edir.
Eyni tapşırıq
üzərində işləyən şagirdlər məlumat mübadiləsi və müzakirə
mərhələsində yüksək fəallıq nümayiş etdirirlər. Qrupların bir-birinin işinin məzmu-
nu ilə ətraflı tanış olması müzakirənin səmərəli keçməsinə səbəb olur. Müzakirədə
fərqli fikirlərin söylənilməsinə, mülahizələrin əsaslandırılmasına şərait yaradan
müəllim mövqelərin yaxınlaşmasına, uzlaşdırılmasına imkan
verən istiqamətləndi-
rici suallardan istifadə edir. Eləcə də qrupların müqayisədən hansı nəticəni çıxar-
dıqlarına, ümumiləşdirməni necə apardıqlarına diqqət yetirir. Bu,
nəticənin çıxa-
rılması, ümumiləşdirmənin aparılması mərhələsində həyata keçirilən işi xeyli
asanlaşdırır. Müqayisə “İstiqlal” poemasında qaldırılan taleyüklü problemin nə
qədər əhəmiyyətli olduğunu aşkara çıxarmağa imkan verir. Şagirdlərdə belə bir
qənaət möhkəmlənir ki, poemanın geniş yayılmasına, sevilməsinə səbəb təkcə onda
qaldırılan ideyaların xalqın arzu və istəkləri ilə üst-üstə düşməsi deyildir. Uzun illər
azadlığa,
müstəqilliyə qovuşmaq istəyi, bu yolda həyatını qurban verənlərin
unudulmaz xatirəsi və əvəzolunmaz xidmətləri, vətənin parçalanmasının, qardaşın-
qardaşdan ayrı düşməsinin yaratdığı nisgil, həsrət poemada böyük sənətkarlıqla,
səmimi duyğularla ifadə edilmişdir.
Çıxarılmış nəticənin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə vaxt
ayrılır.
Dərsdə vaxtdan qənaətlə istifadə dərslikdə təklif edilmiş növbəti tapşırığın
(poemanın janr baxımından romanla müqayisə edilməsi) yerinə yetirilməsinə
imkan yaradır. Roman janrı olmaqla “Gələcək gün”ün məzmunu, quruluşu barədə
aydın təsəvvürü olan şagirdlər tapşırığın icrasında ciddi çətinlik çəkmirlər. Lakin
cavablar əhatə olunan məsələlərin həcminə görə fərqlənir. Yüksək səviyyəli