191
Mövzu: Xəlil Rza Ulutürk.
“Qaytar mənim qüdrətimi, Azərbaycan!” – 3 saat
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.2.
Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
2.1.2.
Şeirin mövzusuna, qoyulmuş
problemə müqayisələr, ümumi-
ləşdirmələr aparmaqla münasibət bildirir.
2.2.1.
Əsərlərlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş
etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər.
Motivasiya, problemin qoyuluşu. Azərbaycanın müstəqilliyi, milli azadlıq
hərəkatı, Qarabağ müharibəsi mövzusunda şagirdlərə tanış olan əsərlər xatırladılır
və yığcam müsahibə aparılır. Müsahibə tədqiqat sualının
müəyyənləşdirilməsi ilə
yekunlaşır.
Tədqiqat sualı: Xəlil Rza Ulutürkün “Qaytar mənim qüdrətimi, Azərbaycan!”
şeiri oxşar mövzuda olan əsərlərdən hansı cəhətlərinə görə fərqlənir?
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Dərslikdəki tapşırıqlar elə hazırlanmışdır ki, müəllim
fərqli iş formalarından istifadə edə bilər. Birinci tapşırıq (müzakirənin aparılması)
ona müəyyən hazırlıq işinin aparılmasını tələb edir. Doğrudur, şagirdlərdə Xəlil
Rza Ulutürkün şəxsiyyətinə və yaradıcılığına xüsusi maraq, pərəstiş çox tez yara-
nır. Bu, digər
sənətkarlarla, onların yaradıcılığı ilə Xəlil Rza şəxsiyyətinin və yara-
dıcılığının arasında oxşarlıq və fərqin müəyyənləşdirilməsi arzusunun baş qaldır-
masına səbəb olur. Lakin şeirin tədrisinə başlanan saatdan şagirdlərin diqqətinin
həmin tapşırığa cəlb edilməsi faydalıdır. Müzakirədə şagirdlərə seçim etməkdə
sərbəstlik verilir. Başqa sözlə, ictimai fəaliyyəti, yaradıcılığı ilə Xəlil Rzaya yaxın
olan sənətkarı şagirdlərin özlərinin müəyyənləşdirməsinə imkan yaradılmalıdır.
Müəllim izah edir ki, müqayisə bir sənətkarı başqasının hesabına
yüksəltmək,
yaxud aşağılamaq məqsədi daşımır. Burada başlıca məqsəd onların yaradıcılığının,
ayrı-ayrı əsərlərinin oxşar və fərqli cəhətlərinin aydınlaşdırılması olur.
Dərslikdə təklif edilmiş növbəti tapşırığa (“Qaytar mənim qüdrətimi,
Azərbaycan!” şeiri ilə Q.İlkinin yenicə öyrənilmiş “İntiqam” əsərinin müqayisəsi)
dərsdə daha çox diqqət yetirilir və vaxt ayrılır. Təlimatlandırma zamanı bu iki
əsərin hansı əsaslar üzrə (mövzu, problem, ideya, bədiilik və s.) müqayisə ediləcəyi
barədə şagirdlərdə aydın təsəvvür yaradılır. Tapşırıq kiçik qruplarda iş formasının
tətbiqi ilə yerinə yetirilir.
Məlumat mübadiləsi və müzakirə mərhələlərinin birləş-
dirilməsi vaxta qənaət etməyə imkan verir.
Nəticənin çıxarılması, ümumiləşdir-
mənin aparılması mərhələsində müəllimin istiqamətləndirici sualları şagirdlərdə
belə bir
qənaət möhkəmləndirir ki, Xəlil Rza Ulutürkün milli azadlıq, Qarabağla
192
bağlı yazdıqları, o cümlədən “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri
oxşar
mövzuda olan
digər əsərlərdən məzmunca daha kəskin olması, şərəfli keçmişimizə
böyük rəğbət bəslənməsi, qələbəyə, gələcəyə nikbin ruhun hakim olması baxımın-
dan fərqlənir.
Sonrakı tapşırıq (şeirin lirik növdə olduğunun əsaslandırılması) cütlük şəklində
yerinə yetirilir və nəticəsi sinif üzrə aparılan müsahibə əsasında müzakirə olunur.
Dərsdə ifadəli oxu üzrə işin təşkili dərslikdəki tövsiyə əsas
götürülməklə həyata
keçirilir. Şagirdlər müəllimin təklifi ilə şeirin ilk altı misrasını iş vərəqlərinə, yaxud
dəftərlərinə köçürürlər. Mətnin sağ tərəfində ağ yer saxlanılır. Parçanı bir daha
diqqətlə nəzərdən keçirən şagirdlər onun ideya-məzmunundan çıxış edərək ifaçılıq
vəzifəsini müəyyənləşdirir və mətnin sağ tərəfində yazırlar. Hər misranı dönə-dönə
oxuyan şagirdlər onlarda ifadə olunmuş hiss və fikrin təsiri altında səsin almalı
olduğu çalarları (kədər, həsrət, təntənə və s.) müəyyənləşdirib ifaçılıq vəzifəsinin
altında qeyd edirlər. Səsdəki dəyişilmələr (tonun yüksəlməsi, alçalması və s.),
məntiqi vurğulu sözlər, fasilələrin yeri mətn üzərində şərti işarələrlə göstərilir.
İfaların dinlənilib, münasibət bildirilməsinə vaxt ayrılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
193
SİNİFDƏNXARİC OXU DƏRSİ
Zəlimxan Yaqub “Dur ayağa, məmləkətim!” şeiri – 1 saat
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə şeirin lirik qəhrəmanını səciyyələndirir.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Şeirlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
2.1.2.
Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir.
Dərsə hazırlıq dövründə bütün şagirdlərin şairin yaradıcılığı ilə tanış olması,
sinifdənxaric oxu üçün tövsiyə olunan “Dur ayağa, məmləkətim!” şeirini mütaliə
etməsi, ədəbiyyat dəftərində qeydlər aparması diqqət mərkəzində saxlanılır. Kiçik
qruplar müəllimin tövsiyəsi ilə sinifdənxaric oxu dərsinə hazırlıq işləri görür, şairə
həsr olunmuş guşə, əsərlərindən ibarət kitab sərgisi təşkil edir, internet materialları
toplayır. Dərsdə nümayiş etdirilmək üçün videomateriallar, şairin sözlərinə yazıl-
mış mahnılar seçilir.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində şairin 65
illiyi münasibə-
tilə çəkilmiş filmdən (https://www.youtube.com/ watch?v=21Y-n-FPsX4) fraq-
ment, çıxışının videoyazısı nümayiş etdirilir. “Ananın səsi” mahnısı
(https://www.youtube.com/watch?v=jAX5ohklnVM) dinlənilir. Sonra “Hədəf
Bakıdır” filmindən (https://www.youtube.com/watch?v=kQGKmJqpG5I) fraq-
mentlərə baxış keçirilir. Rəy mübadiləsi aparılır, nəticədə tədqiqat sualı müəyyən-
ləşdirilir.
Tədqiqat sualı: Şeirdə müəllifin əsl niyyəti, sizcə, nədir?
Şagirdlərin fərziyyələri dinlənilir, lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Tapşırıqların əks olunduğu iş vərəqləri kiçik qruplara
təqdim olunur.