183
dərinləşməsinə səbəb olur. Əsərin poema janrında olduğunu əsaslandıran şagirdlər
nəzəri anlayışla bağlı biliklərini yeni əsər üzərində tətbiq etmək imkanı qazanırlar.
Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər
yerinə yetirdikləri bütün
işlərin nəticələrini müzakirə edir, nöqsanları aradan qaldırır, ümumiləşdirmə
apararaq vahid təqdimat hazırlayırlar.
Məlumat mübadiləsi və müzakirəsi mərhələsi qrup təqdimatlarının dinlənil-
məsi ilə başlanır. Eyni məzmunda tapşırıqları icra edən
qruplar məlumat mübadilə-
sində də, müzakirədə də fəallıq göstərirlər. Müəllim bu imkandan geniş istifadə
edir; deyilənlərə əlavələr edilməsinə, əsərdən yeni, fərqli nümunələrin seçilməsinə
istiqamət verir. Cavabların əlaqələndirilməsi, sistemə salınması nəticənin çıxarıl-
ması, ümumiləşdirmənin aparılması işini asanlaşdırır.
Müzakirə zamanı şagirdlərin dialoq və əməkdaşlığına, fərqli fikirlərə dözümlü
münasibət bəsləmələrinə diqqət yetirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəlli-
min əvvəlcədən hazırladığı suallardan istifadə etməsi məqsədəuyğundur. Qazanıl-
mış biliklər, müəllimin istiqamətləndirici sualları şagirdlərdə belə bir
qənaəti möh-
kəmləndirir ki, milli azadlıq mövzusunda yazılmış əsərlərdə vətənə və xalqa dərin
məhəbbət, müstəqilliyin ölkə üçün əhəmiyyəti, istiqlal mücahidlərinin tərənnümü,
azadlıq uğrunda şəhid olanlara dərin ehtiram kimi məsələlərə daha çox önəm
verilir.
Çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisəsinə diqqət
yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Bəxtiyar Vahabzadə. “İstiqlal” – 4 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.4.
Poemanın mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Poema ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbə-
lərdən topladığı materiallara əsaslanmaqla əsərin
ideya-bədii
xüsusiyyətlərini şərh edir.
2.2.1.
Poema ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
184
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Təhlil dərsini fərqli variantlarda təşkil etmək olar. Variantlarından biri aşağıda-
kı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Şagirdlərin diqqəti dərslikdəki “Düşünün”
başlıqlı suala (
Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb, sizcə,
nədir?) cəlb olunur. Bu sual üzrə fikir mübadiləsi və müzakirə tədqiqat sualının
formalaşması ilə nəticələnir.
Tədqiqat sualı: “B.Vahabzadənin “İstiqlal” poemasında “otaylı, butaylı” insan-
larımızın arzu və istəkləri ifadə edilmişdir” fikrini doğru saymaq olarmı?
Şagirdlərin irəli sürdükləri fərqli fikirlər – fərziyyələr dinlənilir,
təkrara yol
verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Bu, fərqli metod və iş formalarının tətbiqi ilə həyata
keçirilə bilər. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuyğun-
dur. “Əsərin təhlilinə hazırlaşın” mətnindəki fikirlərin mənimsənilməsinə xüsusi
diqqət yetirilir. Bu mətnin müstəqil oxusundan sonra yığcam müsahibənin aparılır,
Sovet hakimiyyəti dövründə ciddi yasaqlara baxmayaraq, B.Vahabzadənin “Gü-
lüstan” poemasında tarixi həqiqəti
dilə gətirdiyi, vətənimizi iki yerə parçalayan
yadelliləri lənətlədiyi diqqətə çatdırılır.
Kiçik qruplarda iş formasını tətbiq etməyi qarşısına məqsəd qoyan müəllim
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. Başqa sözlə,
tapşırığa əlavələr etmək, yaxud onda ixtisarlar aparmaq mümkündür. Şairin yaradı-
cılığı, xüsusən “Gülüstan”, “İstiqlal” əsərləri ilə bağlı tədqiqat əsərlərindən nümu-
nələrin qruplara təqdim edilməsi (bu qəbildən məlumatın toplanmasını hələ dərsə
bir neçə gün qalmış şagirdlərin özlərinə həvalə etmək daha faydalıdır) vacibdir.
Tapşırığın hər bir bəndi ilə əlaqədar təlimatlandırmanın həyata keçirilməsi isə fay-
dalıdır. Məsələn, birinci bəndin (Əsər hansı mövzuda yazılmışdır? Şairin “qul mil-
lətlərə” münasibətini aydınlaşdırın) üzərində işləyən qrup əsaslandırmalıdır ki,
B.Vahabzadə,
ümumiyyətlə, millətindən, dinindən, irqindən asılı olmayaraq, bütün
millətlərin azad, müstəqil yaşamasının tərəfdarı olmuşdur. Bu, şairin humanist, de-
mokratik görüşlərindən irəli gəlirdi. Poemanın məzmunu şairin bu mövqeyini açıq-
lamağa imkan verir. Qrupun əlavə ədəbiyyatdan istifadə etməsi mümkün və fayda-
lıdır. Üçüncü tapşırıq (Şairin
fikrincə, “Gülüstan” müqaviləsi xalqımızın və vətəni-
mizin taleyində hansı rol oynadı?”) şagirdləri digər fənlərdən qazandıqları biliklər-
dən də bəhrələnməyə istiqamətləndirir. Şagirdlər həmin müqaviləni şairin nifrətlə
xatırlamasının səbəblərini açıqlayırlar. Məhz bu müqavilə xalqımızı “biriykən iki
eləmiş”, “iki hakimin” idarəsinə məruz qoymuş, keçmişini,
dilini unutdurmağa
yönəltmişdir.
Bütün qruplar üzərində işlədikləri tapşırığın mahiyyətini, başlıca tələbinin
nədən ibarət olduğunu aydın təsəvvür etməlidir. Bu, tədqiqatöncəsi təlimatın vacib
olduğunu bir daha təsdiq edir.