203
bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar.
Bu qeydlər hər bir şagirdin
məzmunu necə qavradığını, əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq
baxımından faydalıdır.
Oxunun hansı formada təşkilindən asılı olmayaraq,
nəticənin çıxarılması,
ümumiləşdirmənin aparılması mərhələsində həyata keçirilməli olan işlər
diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin ümumiləşdirilməsi, son
qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli
keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq
etməsi məqsədəuyğundur.
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş
tapşırığın yerinə yetirilməsinə imkan yaranır.
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
a) Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi?
b) Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi.
Təqdimat üçün müəyyənləşdirilmiş mövzular
həm məzmunun dərindən
mənimsənilməsi, həm də təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim
təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına
xüsusi diqqət yetirməlidir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında
aparılır.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Müəyyənləşdirmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Şeirdə tanış olmayan
sözlərin mənasını
lüğətlərdən, sorğu
kitablarından istifadə
etməklə aydınlaşdır-
maqda çətinlik çəkir.
Şeirdə tanış olma-
yan sözlərin mə-
nasını lüğətlərdən,
sorğu kitablarından
suallar verməklə və
kömək əsasında
aydınlaşdırır.
Şeirdə tanış
olmayan
sözlərin
mənasını
lüğətlərdən, sorğu
kitablarından,
əsasən,
aydınlaşdırır.
Şeirdə tanış
olmayan sözlərin
mənasını
lüğətlərdən, sorğu
kitablarından
istifadə etməklə
aydınlaşdırır.
Şeirdə bədii təsvir və
ifadə vasitələrini
müəyyənləşdirməkdə
çətinlik çəkir.
Şeirdə bədii təsvir
və ifadə vasitələrini
suallar verməklə və
kömək əsasında
müəyyənləşdirir.
Şeirdə bədii təsvir
və ifadə vasitələrini,
əsasən,
müəyyənləşdirir.
Şeirdə bədii təsvir
və ifadə vasitələrini
müəyyənləşdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
204
Mövzu: Ə.Cavad. “Azərbaycan bayrağına” – 2 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin (metonimiya,
inversiya, simvol) rolunu aydınlaşdırır.
Şeirin təsir gücünün artmasında bədii
təsvir və ifadə vasitələrinin rolunu
aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu,
ideya-bədii xüsusiyyətlərini və kon-
fliktini şərh edir, əsaslandırılmış müna-
sibət bildirir.
Şeirin mövzusunu, ideya-bədii xüsu-
siyyətlərini şərh edir, onlara əsaslan-
dırılmış münasibət bildirir.
2.1.2. Mövzuya, problemə müqayisə-
lər, ümumiləşdirmələr aparmaqla mü-
nasibət bildirir.
Şeirin mövzusuna müqayisələr, ümu-
miləşdirmələr aparmaqla münasibət
bildirir.
Dərsin tipi:
induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
İnteqrasiya: Az.d. – 2.1.2. 2.2.3., X.d. – 2.1.3. 3.1.4.
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün
təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur.
Müvafiq
meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar.
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya,
yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün
əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləş-
dirilməsi vacibdir.
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Motivasiyaya fərqli yollarla nail olmaq
mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr
olunmuş mahnı, yaxud bədii əsərdən parçanın səsləndirilməsi,
dövlət rəmzi kimi
bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması və s.)
istifadə etmək olar. Müəllimin You Tube saytı vasitəsilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bayraq meydanının təntənəli
açılış mərasimini əks etdirən videosüjetə baxış təşkil etməsi daha
məqsədəuyğundur (https://www.youtube.com/watch?v=W_UMdjovGS4).
Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual (Azərbaycanın Dövlət Bayrağına
həsr olunmuş əsərlərdə hansı məsələlərə önəm verilməsini əhəmiyyətli hesab
edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sualını formalaşdırmaq
mümkündür.
205
Tədqiqat sualı: “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının
müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq,
tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə əlaqədar qazanılmış bilik və
bacarıqların yada salınması və tətbiqinə istiqamət verilməsi faydalıdır. Şagirdlər
təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar:
– şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması;
– müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin
müəyyənləşdirilməsi;
– əsərin bədii təsir gücünü artıran vasitələrin (təsvir və ifadə vasitələrinin və s.)
rolunun aydınlaşdırılması;
– şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması.
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin.
Cavab verin” tapşırığından istifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın
uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrin
mənimsənilməsindən də xeyli dərəcədə asılıdır. Dərslikdəki “Əsərin
təhlilinə
hazırlaşın” mətninə şagirdlərdə həssas, diqqətli münasibətin formalaşdırılması
vacibdir. Bu mətnlərlə işləmək bacarığına şagirdlər əvvəlki siniflərdə yiyələnmiş
olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəbləşdiyini unutmaq olmaz. Bunu
da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu materiallarda əksini tapmış
tövsiyələr şagirdlərin təlimi fəaliyyətinə həmişə səmərəli istiqamət verir:
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq,
vətənimizin müstəqilliyi şairin ən böyük idealı, həyatının əsas mənası idi. Onu
“milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər əsərlərində
olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını dərin
məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin
deyildir. 10 aprel 1919-cu ildə Bakı şəhərində, parlament binasının üzərində
dalğalanmış üçrəngli milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu
gözəl sənət əsəri yaranmışdır.
Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə
çalışın. Şeirdə bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə,
sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyə münasibət bildirin.
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq
tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi
aparmaq üçün sonra
kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da
faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s.
asılı olaraq, “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər.