209
bayrağımız
hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və
xalqının imzasını qürurla təsdiqləyəcək.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılması, şagirdlərin
irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsi həmin mərhələdə həyata
keçirilən mühüm vəzifələrdən olur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında
aparılır.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Şərhetmə
Münasibətbildirmə
Müqayisəetmə
Ümumiləşdirməaparma
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Şeirdə bədii
təsvir
və ifadə vasitələrinin
rolunu
aydınlaşdırmaqda
çətinlik çəkir.
Şeirdə bədii təsvir
və ifadə vasitələrinin
rolunu suallar
verməklə, müəllimin
köməyi ilə
aydınlaşdırır.
Şeirdə bədii təsvir
və ifadə vasitələrinin
rolunu, əsasən,
aydınlaşdırır.
Şeirdə bədii təsvir
və ifadə vasitələrinin
rolunu aydınlaşdırır.
Şeirin mövzusunu,
ideya-bədii
xüsusiyyətlərini şərh
etməkdə, əsaslan-
dırılmış münasibət
bildirməkdə çətinlik
çəkir.
Şeirin mövzusunu,
ideya-bədii
xüsusiyyətlərini
şərh edir, suallar və
müəllimin köməyi
ilə əsaslandırılmış
münasibət bildirir.
Şeirin mövzusunu,
ideya-bədii
xüsusiyyətlərini
şərh edir,
münasibətini əksər
hallarda əsaslandırır.
Şeirin mövzusunu,
ideya-bədii
xüsusiyyətlərini
şərh edir, onlara
əsaslandırılmış
münasibət bildirir.
Şeirin mövzusuna
müqayisələr,
ümumiləşdirmələr
aparmaqla mü-
nasibət bildirməkdə
çətinlik çəkir.
Şeirin
mövzusuna
qismən müqayisələr,
ümumiləşdirmələr
aparmaqla
münasibət bildirir.
Şeirin mövzusuna,
əsasən, müqayisələr,
ümumiləşdirmələr
aparmaqla
münasibət bildirir.
Şeirin mövzusuna
müqayisələr,
ümumiləşdirmələr
aparmaqla
münasibət bildirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
210
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sər-
bəst) şeirlərdə və süjetli əsərlərdə (poema,
hekayə, povest, roman, dram) tanış olma-
yan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaş-
dırır.
Hekayədə tanış olmayan sözlərin
mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə
aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (poema,
hekayə, povest, roman, dram) hissələrə
ayırır,
plan tərtib edir, məzmununu
müxtəlif formalarda nağıl edir.
Hekayəni hissələrə ayırır, seçdiyi
hissənin məzmununu hazırladığı plan
əsasında yaradıcı nağıl edir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz,
sərbəst) şeirlərdə, süjetli ədəbi
nümunələrdə bədii təsvir və ifadə
vasitələrini (metonimiya, inversiya,
simvol) müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə
vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə
tənqidi münasibətini əsaslandırır, fərqli
fikirlərə dözümlülük nümayiş etdirir.
Hekayə ilə bağlı müzakirələrdə fərqli
fikirlərə dözümlülük nümayiş etdirir.
Dərsin tipi:
induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
İnteqrasiya: Az.d. – 2.1.1., X.d. – 1.1.2. 3.1.3. 3.1.4.
Metod və priyomlar: müsahibə, müzakirə, problemin həlli, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların
dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına
müraciət etməsi məqsədəuyğundur.
Müəllim üçün məlumat. Motivasiya yaradılmamışdan əvvəl şagirdlərin “şə-
rəf” və “ləyaqət” anlayışları barədəki məlumatlarının aşkara çıxarılması məqsədi
ilə onlara müraciət edilir: – Siz “ləyaqət”, “şərəf” sözlərini eşitmisiniz. Bədii əsər-
lərdə bu sözlərə az rast gəlməmisiniz, baxdığınız filmlərdə də bu sözləri az eşitmə-
misiniz. “Ləyaqətli insan”, “filankəs ləyaqətli adamdır”, “filankəs şərəfli ömür ya-
şamışdır” ifadələri sizə nə deyir? İnsanın öz ləyaqətini uca tutması, şərəfli olması
nə deməkdir?
Şagirdlərin “Ləyaqət əsil-nəsəblə deyil, ağıl və ədəblədir” atalar sözü barədə
mülahizələrini dinləmək də faydalıdır. S.Rüstəmin 5-ci sinif “Ədəbiyyat”
dərsliyindən (Bakınəşr, 2012) öyrənilmiş “Duz-çörək” şeirindən aşağıdakı bəndin
xatırladılması və yığcam fikir mübadiləsi də yeni mövzunun qavranılması üçün zə-
min yaradır:
211
İnsanın şərəfi, bəzəyi, məncə,
Deyildir
nə ipək, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Yığcam müsahibə aparılmaqla suallara, bədii nümunələrə aydınlıq gətirilir.
Şagirdlərin öz həyati təcrübələrinə, incəsənət əsərlərinə müraciət etmələrinə,
fikirlərini nümunələrlə əsaslandırmalarına imkan yaradılır.
Motivasiya, problemin qoyuluşu. Rəmzi materiallardan, yaxud suallardan
istifadə etməklə motivasiya yaratmaq olar. Dərslikdəki “Yada salın” başlıqlı suallar
əsasında yığcam müsahibə təşkil etməklə motivasiyanın yaradılması daha az vaxt
aparır.
Yada salın:
– Şərəf və ləyaqətini uca tutan hansı ədəbi qəhrəmanlarla tanışsınız?
– Onların hansı davranış və əməlləri sizin üçün daha dəyərlidir?
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır.
Motivasiyanın bir variantı da internetdən istifadə ilə şagirdlərin ədib haqqında
(https://az.wikipedia.org/wiki/Abdulla_Şaiq) materialla tanış edilməsi ola bilər.
Eyni zamanda görkəmli ziyalıların A.Şaiq haqqında fikirlərindən istifadə
məktəblilərin ədibin yaradıcılığına marağını artırır:
– Abdulla Şaiq
həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və
yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. (M.İbrahimov)
– Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu
çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular,
xeyirxah arzular baş qaldırmışdır. (İ. Əfəndiyev)
– Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi
yaşayacaqdır. (S. Rüstəm)
– Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi
xalqımızın qəlbində yaşayır, yaşayacaq da! (Ə. Bədəlbəyli)
Tədqiqat sualı: Şərəfli və ləyaqətli olmaq insanın həyatdakı mövqeyində hansı
rolu oynaya bilər?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Bu,
ilk növbədə, oxunun təşkilini tələb edir.
Hekayənin oxusu fərqli şəkillərdə aparıla bilər. Bu, sinfin səviyyəsindən, oxu
metodları ilə şagirdlərin tanışlıq dərəcəsindən, müəllimin məqsədindən asılıdır.
Əsərin oxusunun metodik baxımdan düzgün təşkilinə xüsusi diqqət yetirilməlidir.
Məsələn, vaxta qənaət baxımından fərdi səssiz oxunu seçən müəllimin dərslikdəki
sual və tapşırıqlar üzrə ardıcıl iş aparması məqsədəuyğundur.
1. Əsərin oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz) sonra parta
yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın.
2. Mətnin üçüncü parçasına aid suallar tərtib edin.
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların
cavabı ilə bağlı fikir mübadiləsi aparın.