214
Dərsin tipi:
induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
İnteqrasiya: Az.d. – 2.1.2. 2.2.3., X.d. – 2.1.2. 2.1.3.
Metod və priyomlar: müsahibə, problemin həlli, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına
fərqli yollarla
nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət, mənlik
hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin, atalar
sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi aparılma-
sı yerinə düşər. Bir variant da ilk dərsdən şagirdlərin diqqətinə çatdırılan
“Düşünün” başlıqlı sual (Şərəf və ləyaqətini qorumaq üçün insanda hansı keyfiy-
yətlər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat sualının for-
malaşdırılması ilə yekunlaşdırmaq ola bilər.
Motivasiyanın yaradılmasının bir variantı da internetdən istifadə ilə şagirdlərin
ədibin 130 illiyi ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
hazırladığı ədəbi-bədii kompozisiyadan (http://www.clb.az/files/mv/AShaiq.pdf)
müəllimin məqsədəmüvafiq saydığı bir parça ilə tanışlığı ola bilər.
Tədqiqat sualı: Ehtiyac içində məhrumiyyətlərlə dolu ömür yaşayan hekayə
qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca tutmasına səbəb, sizcə, nədir?
Fərqli
fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir.
Tədqiqatın aparılması. Hansı metod və iş formalarının seçilməsindən asılı
olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi
məqsədəuyğundur.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır:
“Bizim evə gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı
qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam
təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə
gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf
atamın 1923-cü ildə qələmə aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb
olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun
corabı təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə
qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə
müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı...”
Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla
insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşdirmə aparmış, parlaq,
yaddaqalan ədəbi qəhrəmanını – Anabacı obrazını yaratmağa nail olmuşdur.
Əsərin üzərində müşahidələrinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin
hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.
215
Mətnlə tanışlıqdan sonra şagirdlərin diqqəti “Araşdırın. Fikirləşin. Cavab
verin” tapşırığına yönəldilir. “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil
edilmiş bütün suallar tədqiqat sualının aydınlaşdırılmasına dəyərli töhfə verir.
Başqa sözlə, əsərin mövzusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin
aydınlaşdırılması, yazıçı mühakimələrinə diqqət yetirməklə baş qəhrəmanın
səciyyələndirilməsi və s. tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir.
1. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi
müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin.
Əsərin
mövzusu
Əsərdə diqqətə
çatdırılan başlıca
problem
Problemin həllini
yazıçı nədə
görür?
Problemin həlli
barədə siz nə
düşünürsünüz?
2. Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Anabacı obrazı
Onun xarakterindəki
başlıca
cəhətlər
Müəllifin bu obraz
haqqında mühakimələri
Sizin ona
münasibətiniz
3. Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi
nümunələrlə əsaslandırın.
4. Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə
edin.
Əsərin bədii təsir gücünü artıran vasitələr
Bədii təsvir və ifadə
vasitələri (nümunələrlə
əsaslandırmalı)
Obrazlı söz, ifadə və
cümlələr (nümunələrlə
əsaslandırmalı)
Təsvirlər (nümunələrlə
əsaslandırmalı)
5. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası
Nə üçün belə düşünürsünüz?
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki tapşırığa
yaradıcı yanaşa bilər. Sualların
dəyişdirilməsi, onlara əlavələr edilməsi, yeni cədvəl
formalarının təklif edilməsi və s. müəllimin istəyindən asılı olaraq, həyata keçirilə
bilər. Hər qrupa iş vərəqində bir sual təklif edilsə də, bütün qrupların əlavə
216
mənbələrlə təmin edilməsi məqsədəuyğundur. Məsələn, K.Talıbzadənin tərtib
etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı “Həmişə yadımda olan insan”
mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün maraqlı mənbədir. Eləcə də
T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq olmasaydı” (Bakı, 2012)
kitablarından seçilmiş bölmələrlə tanışlıq şagirdlərin daha səmərəli tədqiqat
aparmalarına imkan yaradar.
Tədqiqat zamanı şagirdlərə hekayənin müəllifi və Anabacı obrazları ilə bağlı
cavablarında əsərdən aşağıdakı iki nümunəyə də münasibət
bildirmələri tövsiyə
edilir:
1. Bir аz sоnrа bu qоcа və düşkün qаdınа əl tutmаq məqsədi ilə bir qədər pul
vеrmək istərkən dik-dik üzümə bахdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə sаtmаq üçün gətirməmişəm. Оnun üçün bаzаr vаr.
Bunu sənə bəхşiş gətirmişəm, – dеyə əllərini çаrşаbının аltındа bir-birinə sıхаrаq
sахlаdı. О bu sözləri dеyərkən gözlərindəki ildırımlar tа qəlbimin içində pаrtlаyаn
kimi оldu, yохsul, miskin bildiyim bu qаrının bu qədər qəhər və hiddəti qаrşısındа
biiхtiyаr titrədim.
Hər zаmаn hüzn, iztirаblа məni yаrаlаyаn bu miskin qаdın bu dəfə məğrurluğu
ilə məni qоrхutdu. Bir dаhа üzünə bахdım. Bu dəfə üzünə qəhər və hiddət
qığılcımlarının yerinə vəzifələrini bitirmiş оlаnlаrа məxsus qürur rəngi çökmüşdü.
Gözlərinin bахışı, ziyası qəlbinin rаhаt-rаhаt döyündüyünü göstərirdi. Hеç bir
zаmаn
görmədiyim bu rəng, bu işıq nədən dоğmuşdu?
2. Köhnə nəslin sоn qəhrəmаnı оlаn bu qаdın hələ qаrşımdа оturmuş, mənə
mеydаn охuyur, həm də аtа-bаbаdаnqаlmа kеçmiş əхlаq və səciyyələrini bütün hаl
və hərəkətləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı tаriхi оlаn bu qаdın,
nəzərimdə dаhа böyümüş, dаhа cаnlаnmış, sanki mənə: “Yохsul оlsаm dа, qəlbim
geniş, ruhum ucаdır” dеmək istəyirdi. Çох gözəl, bunu mən də еtirаf еdirəm.
Lаkin, еy yüksək qаdın, söylə, altmış illik səfil bir həyаtın sənə yükləmiş оlduğu
аğır yüklər bеlini bükmüş, gözlərinin nurunu аlmış, dizlərini taqətsiz etmiş olduğu
hаldа, necə olmuş ki, qəlbinə, ruhuna tохunmаmışdır? Sən mənə bunu аnlаt!
Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim buna laqeyd
qalmamalı, cədvəllərdəki tələblərə əhatəli cavab yazılmasına diqqət yetirməlidir.
Cədvəllərin formasına,
qeyd edildiyi kimi, müəllim yaradıcı yanaşa bilər. O, lazım
gələrsə, cədvəllərə əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda
sərbəstdir.
Məlumat mübadiləsi mərhələsində kiçik qrupların təqdimatlarının fəal dinlə-
nilməsi təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı səriştə ilə çatdır-
dıqlarına müəllim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların xatırladılmasına
yol verilmir. Bunun ehtiyatla və yerində həyata keçirilməsi şagird təqdimatlarının
daha məzmunlu olmasında, həmin mərhələnin səmərəliliyində az rol oynamır.
Bütün bunlara baxmayaraq, cavablarda pərakəndəlik, əsaslandırılmamış mülahizə-
lər, birtərəfli yanaşma müşahidə edilir. Bunlar
məlumatın müzakirəsi və təşkili
mərhələsində aradan qaldırılır. Müzakirənin diskussiya xarakterli olmasına, hər bir
şagirdin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradılır. Başlıcası isə, hər qrupun
cavabına digər qrupların yaradıcı yanaşmaları təmin edilməlidir. Başqa sözlə, hər