212
4. Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
5. Əsərdən
seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında
yaradıcı danışın.
Oxu başa çatdıqdan sonra şagirdlər tövsiyələrə uyğun olaraq, cütlük şəklində
işləməklə mətnkənarı suallara cavab hazırlayırlar. Sonra həmin cütlüklər üçüncü
parçanın məzmununa aid suallar tərtib edirlər. Cavabları məzmunca eyni, yaxud
oxşar olan şagirdlər kiçik qruplarda birləşib, tərtib
etdikləri də daxil olmaqla, bütün
suallarla bağlı fikir mübadiləsi aparırlar. Yalnız bundan sonra qrup sözçülərinin
təqdimatları əsasında
fikir mübadiləsi və
müzakirə aparılır.
Əsərin məzmunu ilə bağlı qazanılmış məlumatın dərinləşdirilməsi və sistemə
salınmasında bu mərhələnin əhəmiyyəti böyükdür. Müzakirə zamanı aşağıdakı
suallardan istifadə etməklə əsərin ilkin qavranılmasını dərinləşdirmək olar:
1. Anabacı kim idi və məşğələdən evinə qayıdan qəhrəmana müraciət etməkdə
məqsədi nə idi?
2. Anabacının əlindəki kağızda nə yazılmışdı?
3. Anabacı ilə söhbətin məzmunu nədən ibarət idi?
4. Anabacı xəstəyə yardım üçün verilən pulu alanda nə dedi?
5. Gətirdiyi coraba görə pul təklifini Anabacı nə üçün rədd etdi?
6. Anabacının
hərəkətləri, davranışı əsərin qəhrəmanında hansı düşüncələr,
suallar doğurdu?
Dərslikdəki növbəti tapşırıq (Əsərdən seçdiyiniz hissəyə ad verin,
məzmununu
hazırladığınız plan əsasında yaradıcı danışın) məzmunun mənimsənilməsi üzrə işin
davamı kimi özünü göstərir. Bu prosesdə fəal dinləməyə və müzakirəyə nail
olunmalıdır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində
müəllimin istiqamətləndirici suallardan istifadə etməsi faydalıdır. Diqqət Anabacı
obrazına cəlb edilməklə şagirdlərdə belə qənaət möhkəmlənir ki, şərəf hissini
unutmayan, ləyaqətlə ömür sürən insanlar başqalarından
hörmət görür və nüfuz
sahibi olurlar. Onlar həm ailədə, həm də cəmiyyətdə ədalətli, doğruçu, sözübütöv
insanlar kimi tanınır və sevilirlər.
Çıxarılmış nəticənin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilməsinə
diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasın-
da aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Hissələrəayırma
Plantərtibetmə
Nağıletmə
Müəyyənləşdirmə
Əsaslandırma
Nümayişetdirmə
213
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Tanış olmayan sözlə-
rin mənasını lüğət-
lərdən,
sorğu kitabla-
rından istifadə et-
məklə aydınlaşdır-
maqda çətinlik çəkir.
Tanış olmayan sözlə-
rin mənasını lüğət-
lərdən, sorğu kitabla-
rından suallar ver-
məklə və kömək əsa-
sında aydınlaşdırır.
Tanış olmayan
sözlərin mənasını
lüğətlərdən, sorğu
kitablarından,
əsasən, aydınlaşdırır.
Tanış olman sözlərin
mənasını
lüğətlərdən, sorğu
kitablarından
istifadə etməklə
aydınlaşdırır.
Hekayəni hissələrə
ayırır, seçdiyi hissə-
nin planını tərtib et-
məkdə, məzmununu
yaradıcı nağıl et-
məkdə çətinlik çəkir.
Hekayəni hissələrə
ayırır, seçdiyi hissə-
nin planını suallar
verməklə və kömək
əsasında tərtib edir,
məzmununu qismən
yaradıcı nağıl edir.
Hekayəni hissələrə
ayırır, seçdiyi
hissənin planını
tərtib edir,
məzmununu, əsasən,
yaradıcı nağıl edir.
Hekayəni hissələrə
ayırır, seçdiyi
hissənin planını
tərtib edir,
məzmununu yaradıcı
nağıl edir.
Hekayədə bədii
təsvir və ifadə vasitə-
lərini
müəyyənləş-
dirməkdə çətinlik
çəkir.
Hekayədə bədii təsvir
və ifadə vasitələrini
suallar verməklə və
kömək əsasında
müəyyənləşdirir.
Hekayədə bədii
təsvir
və ifadə
vasitələrini, əsasən,
müəyyənləşdirir.
Hekayədə bədii
təsvir və ifadə
vasitələrini
müəyyənləşdirir.
Müzakirələrdə fərqli
fikirlərə dözümlülük
nümayiş etdirməkdə
çətinlik çəkir.
Müzakirələrdə fərqli
fikirlərə qismən
dözümlülük
nümayiş
etdirir.
Müzakirələrdə fərqli
fikirlərə, əsasən,
dözümlülük nümayiş
etdirir.
Müzakirələrdə fərqli
fikirlərə dözümlülük
nümayiş etdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladır.
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2. Digər obrazların və müəllifin
mühakimələrinə əsaslanmaqla ədəbi
qəhrəmanları səciyyələndirir.
Müəllifin mühakimələrindən çıxış
etməklə hekayənin qəhrəmanlarını
səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə
vasitələrinin (metonimiya, inversiya,
simvol) rolunu aydınlaşdırır.
Hekayənin təsir gücünün artmasında
bədii təsvir və ifadə vasitələrinin
rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin
mövzusunu,
ideya-bədii xüsusiyyətlərini və
konfliktini şərh edir, əsaslandırılmış
münasibət bildirir.
Hekayənin mövzusunu, ideya-bədii
xüsusiyyətlərini şərh edir, onlara
əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Bədii nümunələrlə bağlı təqdimat
və çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla
əsərin ideya-bədii xüsusiyyətlərini şərh
edir.
Hekayə ilə bağlı təqdimat və
çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla
əsərin ideya-bədii xüsusiyyətlərini şərh
edir.