189
Mövzu: Xəlil Rza Ulutürk.
“Qaytar mənim qüdrətimi, Azərbaycan!”– 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Müəllifin mühakimələrindən çıxış etməklə obrazları səciyyə-
ləndirir.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin
rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir, onlara
əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Şeirlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən top-
ladığı materiallara əsaslanmaqla əsərin
ideya-bədii xüsusiy-
yətlərini şərh edir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi müna-
sibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin həmin prosesdə müvafiq
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Təhlil dərsində motivasiyanın yaradılması
üçün fərqli yollardan istifadə etmək olar. Rəmzi (simvolik) materiallardan,
suallar-
dan və s. istifadə etməklə motivasiyanı yaratmaq və son nəticədə tədqiqat sualını
formalaşdırmaq mümkündür. İlk dərsdən şagirdlərin diqqətinə çatdırılan
“Düşünün” başlıqlı sual
(“Vətən üçün təhlükə yarananda həqiqi sənətkarın qələmi
süngü, özü əsgər olur” cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?) əsa-
sında yığcam müsahibə aparan müəllim bu yolla da tədqiqat sualını müəyyənləş-
dirə bilər.
Tədqiqat sualı: “Bu şeirdə böyük vətənpərvər, qorxmaz azadlıq mücahidi,
ustad şair görürük” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Təhlil dərsi müxtəlif təlim metodları, iş formaları
tətbiq edilməklə təşkil oluna bilər. Dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin”
tapşırığına və “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi vacibdir.
“Əsərin təhlilinə hazırlaşın” mətninin başa düşülərək mənimsənilməsi həyata
keçirilir. Şairin yaradıcılığı, öyrənilən əsərlə bağlı müxtəlif
tədqiqat əsərlərindən
toplanmış məlumatdan necə istifadə edilməsinin səmərəli olması barədə şagirdlərə
istiqamət verilir. Müəllimin ictimai-siyasi mövzuda olan lirik əsərlər haqqında əla-
və nümunələr göstərməsi, dərslikdəki “Qısa ədəbiyyatşünaslıq terminləri lüğə-
ti”ndəki məlumatlardan şagirdlərin bəhrələnməsini təmin etməsi məqsədəuyğundur.
Tədqiqatın kiçik qruplarda aparılmasına üstünlük verən müəllim “Araşdırın.
Fikirləşin. Cavab verin” tapşırığındakı sualların (hər qrupa bir sual ayırmaqla) əks
olunduğu iş vərəqlərini qruplara təqdim edir. Tapşırığın bütün tələbləri tədqiqat
190
sualının aydınlaşdırılmasında müəyyən rol oynayır.
Müəllim tədqiqat başlanmaz-
dan əvvəl verdiyi təlimatlarda bu məsələ ilə yanaşı, hər qrupun hansı məsələlərə
daha çox diqqət yetirməli olduğu barədə tövsiyə verir.
Məlumatın mübadiləsi və müzakirəsi mərhələsində kiçik qrupların təqdimat-
larının dinlənilməsi və müzakirəsi həyata keçirilir. Qrupların bir-birini fəal dinlə-
məsi,
suallar verməsi, öz mövqelərini əsaslandırması diqqət mərkəzində saxlanılır.
Müzakirədə müəllifi narahat edən problemlər – müstəqilliyin qorunub sax-
lanmasına mane olan əngəllər, ölkəyə dəyən mənəvi və maddi zərər, Vətən
torpağının işğal altında olması, Azərbaycan həqiqətinə göz yumulması,
düşmənin
qəddar, vəhşi əməlləri və s. bir-bir nəzərdən keçirilir.
Şagirdlər Azərbaycanın qələbəsinə şairin qəti inam bəsləməsinin səbəblərini
açıqlayır, xalqın azadlıq istəyini, mübarizlik əzmini xatırladırlar.
Şairin Xocalı qətliamını törədən düşmənin mənfur obrazını ustalıqla yarat-
dığına diqqəti çəkən şagirdlər əsərdən fikirlərini təsdiq edən nümunələr göstərirlər.
Əsər yüksək bədii məziyyətləri ilə diqqəti cəlb edir. Mətn daxilində ustalıqla
əlaqələndirilən söz və ifadələr müəllifin fikrini sərrast ifadə edir, asan qavranılır,
dərin emosionallıq yaratmaq keyfiyyətləri ilə seçilir. Orijinallığı ilə seçilən
məcazlar əsərin bədii təsir gücünün artmasında, estetik təsirinin tamlığında
əhəmiyyətli rol oynayır. Tapşırığın tələblərinə uyğun olaraq
bu məsələlər əsərdən
seçilən nümunələr əsasında şərh edilir.
Müəllim ehtiyac duyulan məqamlarda yığcam izahlarla şagirdlərə istiqamət
verir, onları əlavə məlumatlardan, müşahidələrindən bəhrələnməyə yönəldir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəlli-
min istiqamətləndirici sualları olmadan belə, şagirdlər vətənini, xalqını sonsuz
məhəbbətlə sevən, azadlığı hər şeydən uca tutan, imperiyaya qarşı cəsarətli çıxışları
ilə xalqı ayağa qaldıran müəllif obrazını asanlıqla təsəvvür edir və yüksək
qiymətləndirirlər. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki,
vətəninin müstə-
qilliyi, xalqının azadlığı yolunda hər cür fədakarlığa hazır olan Xəlil Rza Ulutürk
əsərdə həm böyük sənətkar, həm də imperiyaya qarşı mübarizə aparmış, minlərlə
azadlıq mücahidinin ümumiləşdirilmiş obrazı kimi qavranılır.
Çıxarılmış nəticənin tədqiqat sualı və şagirdlərin irəli
sürdükləri fərziyyələrlə
müqayisə edilməsinə vaxt ayrılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.