Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə36/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

 84
– müqayisənin aparılması qaydaları (obyektlərin arasındakı  əlaqənin açılması, 
obyektlərin arasındakı oxşarlığın, fərqin səbəbinin aydınlaşdırılması, müqayisədən 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması);  
– müqayisə xarakterli mətnlərin (inşa, esse, məruzə) əhəmiyyəti; 
– müqayisə xarakterli mətnlərin quruluşu
– məlumat xarakterli məruzə ilə bağlı  mənimsənilənlərin müqayisə xarakterli 
məruzə üçün zəmin olması. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müqayisə 
xarakterli mətnlərin oxşar və  fərqli xüsusiyyətləri, belə  mətnlərin yazılması 
prosesində gözlənilməsi vacib olan qaydalar və s. barədə indiyə qədər deyilənlərin 
ümumiləşdirilməsinə daha çox diqqət yetirilir. Şagirdlərdə belə bir qənaət 
möhkəmlənir ki, müqayisə xarakterli mətnlərin – inşa, esse, məruzənin yazılmasın-
da riayət edilməli olan ümumi qaydalarla bərabər, onların hər birinə məxsus cəhət-
lər də vardır. Bu özünəməxsusluq həm onların məzmununda, həm də dil-üslub 
xüsusiyyətlərində özünü göstərir.  
Dərsdə vaxtdan səmərəli istifadə aşağıdakı məzmunda işin aparılmasına imkan 
verir.  Şagirdlərə müqayisə xarakterli mətnlər – inşa, esse, məruzə üçün mövzu 
müəyyənləşdirmək təklif olunur. Fikir mübadiləsi zəminində müəyyənləşdirilən üç 
mövzu üzrə yazıya hazırlıq (hər şagird bir mövzu üzərində işləməklə) ev tapşırığı 
kimi təklif edilir. Sinifdə hər üç mətn (inşa, esse, məruzə) üzrə yazı nümunəsinin 
icra olunacağı vurğulanır. 
Müəllim üçün məlumat. Mövzular həm ədəbi əsərlər üzrə, həm də sərbəst ola 
bilər.  Əvvəlki siniflərdə öyrənilmiş  bədii  əsərlərə müraciət etmək mümkün və 
faydalıdır. Məsələn, “Azad və Fərda obrazlarının müqayisəli təhlili”, “ Koroğlu və 
Bolu bəy surətlərinin müqayisəli səciyyəsi” inşa, “S. S. Axundovun hekayələrinin 
kiçik qəhrəmanları”, “Yurdumuzun baharı və qışı” esse, “Şifahi xalq ədəbiyyatın-
da epik janr”, “C.Məmmədquluzadənin yaradıcılığında hekayə janrı” məruzə 
mövzuları kimi təklif oluna bilər. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Evdə iş. Müqayisə xarakterli yazıya (inşa, esse, məruzə) hazırlıq. 
 


 85
Mövzu: Müqayisə xarakterli mətni – inşa, esse və məruzəni  
necə yazmalı? – 2 saat 
İkinci saat: Müqayisə xarakterli yazıların icrası 
   
 
Standartlar 
Təlim nəticələri 
3.1.1.  
  İnşanın (essenin, məruzənin) məzmununa uyğun üslub 
müəyyənləşdirir. 
3.1.3.  
  Müqayisə xarakterli inşa, esse, məruzə yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilir. Hər üç mətn (inşa, esse, məruzə) üzrə şagirdlərin 
müstəqil apardıqları hazırlıq işlərinin məzmunu barədə sinfin təsəvvür qazanması-
na nail olmaq vacibdir. Bu, sonrakı işin səmərəli təşkilinə istiqamət verir. 
Müqayisə xarakterli inşa, esse və məruzə üçün ümumi olan cəhətlər müəllimin 
sualları  əsasında xatırladılır. Bu ümumi cəhətləri, müqayisənin xüsusiyyətlərini 
mənimsəyən  şagirdlər seçdikləri mövzular üzrə plan tərtib etməkdə  çətinlik 
çəkmirlər.  İnşa, esse, məruzə olmaqla, fərqli mətnlər üzrə hazırlaşan  şagirdlərin 
diqqəti bu yazıların spesifik cəhətlərinə də yönəldilir. Məsələn, inşada plana ciddi 
əməl etməyin, sitatlardan, faktlardan geniş bəhrələnməyin vacib olması vurğulanır. 
Essedə  həm məzmun, həm də quruluş baxımından sərbəstliyə geniş meydan 
verildiyi, fikrin obrazlı ifadəsinə diqqət yetirildiyi bir daha yada salınır. Məruzədə 
isə fakt və  rəqəmlərin mühüm yer tutduğu, fikrin dəqiq və  yığcam ifadə 
edilməsinin zəruriliyi xatırladılır. Bütün bunların yazıların fərqli üslublarda ərsəyə 
gəlməsinə səbəb olmasına da diqqət yetirilir. 
Yazının icrasına başlamazdan  əvvəl aşağı siniflərdə  mənimsənilmiş bilik və 
bacarıqlar xatırladılmaqla yığcam müsahibə aparılır: 
– mövzunun aydın təsəvvür edilməsi və müstəqil şərh olunması; 
– sitat, fakt, və  rəqəmlərin sistemə salınması, onlardan istifadə  məqamlarının 
müəyyənləşdirilməsi (inşa və məruzə üçün); 
– fikrin ifadə tərzinin aydın təsəvvür edilməsi; 
– bədii təsvir və ifadə vasitələrinin, obrazlılığın digər vasitələrinin tətbiqi ilə bağlı 
təsəvvürün canlandırılması və şərhi. 
İşin icrasına ayrılan vaxt əvvəlcədən elan edilir. Şagirdlərdən heç birinin 
fəaliyyəti müəllimin müşahidəsindən kənarda qalmır. Ehtiyac yaranan məqamlarda 
müəllim istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərə yardım edir.  
 İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra yazıların səviyyəsi barədə 
müəyyən təsəvvür qazanmaq mümkündür. Bunun üçün icra olunmuş inşa, esse və 
məruzələrdən nümunələrin təqdimat  əsasında dinlənilməsi və müzakirə edilməsi 
məqsədəuyğundur. Müzakirə prosesində  aşağıdakı  məsələlərin diqqət mərkəzində 
saxlanılması (bunlardan özünüqiymətləndirmə meyarları kimi də istifadə oluna 
bilər) məqsədəuyğundur: 
– yazı mövzuya uyğundurmu? 


 86
– yazının (inşa, məruzə) məzmunu onun hissələrinə (giriş,  əsas hissə, nəticə) 
uyğundurmu? 
– yazının (inşa, məruzə) hissələri (giriş,  əsas hissə, nəticə) arasında  əlaqə 
gözlənilibmi? 
– yazıda müqayisənin xüsusiyyətləri nəzərə alınıbmı? 
– yazıda müqayisə qaydalarına əməl olunubmu? 
– yazıda sitat, fakt və rəqəmlərdən necə istifadə edilib? 
– yazıda (essedə) bədii təsvir və ifadə vasitələrindən, obrazlılığın digər vasitələrin-
dən necə istifadə olunub? 
– yazı (inşa, xüsusən məruzə) tədqiqat xarakterlidirmi? 
– yazıda üslub özəlliyi müşahidə olunurmu? 
Vaxt məhdudluğu dərsdə yazıların geniş təhlilinə və müzakirəsinə imkan ver-
mir. Yazıların təkmilləşdirilməsinin (sinifdə aparılan müzakirə şagirdlərə səmərəli 
istiqamət vermiş olur) ev tapşırığı kimi təklif olunması  məqsədəuyğundur. 
Qiymətləndirmə növbəti dərsdə davam etdirilə bilər. 
 Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur. 
Evdə iş. Müqayisə xarakterli yazıların (inşa, esse, məruzə) təkmilləşdirilməsi. 
 
Mövzu: Səməd Vurğun. “Ananın öyüdü” – 3 saat 
Birinci saatƏsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5. 
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1. 
  Şeirlə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələdə  iş  fərqli məzmunda təşkil 
oluna bilər. Məsələn, Səməd Vurğunun sözlərinə yazılmış  “Şəfqət bacısı” 
mahnısının müşayiəti ilə  İkinci Dünya müharibəsinə aid filmin döyüş kadrlarını 
nümayiş etdirdikdən sonra müsahibə aparmaq və  tədqiqat sualını formalaşdırmaq 
mümkündür. Eləcə  də  dərslikdəki “Yada salın” başlıqlı suallar üzrə  yığcam 
müsahibə apararaq tədqiqat sualını müəyyənləşdirmək olar. 
Tədqiqat sualı:  Cəbhəyə  oğul yola salan ananın nəsihətləri hansı  məzmunda 
ola bilər? 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə