Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

 77
qaldırmasına səbəb olmuşdur. Bu dalğanın güclənəcəyini, repressiya qurbanlarının 
sayının artacağını duyan gənc  şair bu şeirində yüzlərlə, minlərlə yaradıcı insanın 
düşüncəsinə hakim kəsilən problemə toxunmuş, günahsız insanlara qarşı çevrilmiş 
dəhşətli cinayətə etirazını, bu qanlı olaya münasibətdə mövqeyini ifadə etmişdir. 
Çıxarılmış  nəticənin tədqiqat sualı ilə  əlaqəsi aydınlaşdırılır, fərziyyələrlə 
müqayisəsinə diqqət yetirilir. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır. 


 78
SİNİFDƏNXARİC OXU DƏRSİ 
Repressiya və ədəbiyyat – 1 saat 
 
 
Standartlar 
Təlim nəticələri 
1.1.2.  
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Sinifdənxaric oxu dərsi  şagirdlərin “Milli mədəni dirçəliş  və Azərbaycan Xalq 
Cümhuriyyəti dövründə  ədəbiyyat” (1918–1920)” və “Siyasi-ictimai ziddiyyətlər və 
münaqişələr dövründə  ədəbiyyat” (1920–1940) bölməsi üzrə müstəqil oxuduqları 
əsərlər (Əhməd Cavadın “Göy göl” və Almas İldırımın “A dağlar” şeirləri) üzrə keçilir. 
Sinifdənxaric oxu dərsinə əvvəlcədən hazırlıq işləri görülür, dərs ilinin əvvəlindən 
əsərlərin müstəqil oxunması  və mövzu ilə bağlı müəyyənləşdirilmiş sinifdənxaric iş 
səciyyəli tapşırıqların yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. 
Dərsə hazırlıq dövründə  şagirdlər arasında kiçik qruplar şəklində  iş bölgüsü 
aparılır, hər iki sənətkarla bağlı  təqdimat hazırlayır, fənn kabinetində repressiya qur-
banlarına, mühacirətdə yaşamağa məcbur olmuş sənətkarlara, o cümlədən Ə. Cavad və 
A.İldırımın həyat və yaradıcılığına həsr olunmuş guşə (sənətkarların portreti, öz əsər-
lərindən və onlara həsr olunmuş tədqiqatlardan ibarət kitabların sərgisi, ədəbi bülleten, 
divar qəzeti və s.) təşkil edir, internetdən (YouTube) videomateriallar toplayırlar. 
 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu.  Dərsin  əvvəlində  şagirdlərin fənn 
kabinetində tərtib etdikləri stendə baxış keçirilir, səs yazıları dinlənilir. 
İnternetdən vətənindən didərgin salınmış Azərbaycan  şairi Almas İldırımın 
(https://www.youtube.com/ watch?  v=eqARXqkoJqQ) və repressiya qurbanı olan 
Ə.Cavadın (https://www.youtube.com/ watch? v= Z3Uch_JCQRI) ömür və  sənət 
yolundan bəhs edən filmlərdən fraqmentlərə baxılır.  
 Hər iki film üzrə  təəssüratlar dinlənilir, rəy mübadiləsi aparılır. Müzakirə 
tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır. 
Tədqiqat sualı:  Sənətkarın bədii yaradıcılığı onun təqib edilməsi, azadlıqdan 
məhrum edilməsi üçün əsas ola bilərmi? 
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması. Kiçik qruplara tapşırıqların əks olunduğu iş vərəqləri 
təqdim olunur.
 


 79
I qrup  
Ə. Cavadın həyat və yaradıcılığı haqqında informasiya xarakterli məruzə hazır-
layın. Məruzədə aşağıdakı cəhətlərə diqqət yetirin: 
1.  Şairin Azərbaycan Demokratik Respublikasının nəğməkarı adlandırılmasının 
səbəbi 
2. Azərbaycan Respublikasının Dövlət Himninin yaradıcılarından olması 
3. Repressiya qurbanı olmasının səbəbləri 
4. Nəşr olunmuş kitabları və s.  
 
II qrup  
A.İldırımın həyat və yaradıcılığı haqqında informasiya xarakterli məruzə 
hazırlayın. 
Məruzədə aşağıdakı məsələlərə diqqət yetirin. 
1. A.İldırımın qürbət lirikasının parlaq nümunələrinin yaradıcısı olması 
2. Şairin yaradıcılığında Vətən mövzusunun aparıcı yer tutması 
3. Mühacirətə getməsinin səbəbləri 
4. Nəşr olunmuş kitabları 
 
III qrup  
1.  Ə.Cavadın “Göy göl” şeirini bir daha diqqətlə oxuyun, şairin Göy gölə 
münasibətini aydınlaşdırmağa çalışın. 
2. Göy gölün gözəlliyinə şairin heyranlığı hansı misralarda daha təsirli ifadə edil-
mişdir? 
3. Əsərdə hansı bədii təsvir vasitələri işlənmişdir? Onların rolunu aydınlaşdırın. 
4. Şeirin ilk bəndinin ifadəli oxusuna hazırlaşın: 
–  Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə  nə çatdıracağınızı aydınlaşdırıb 
dəftərinizdə (şeirin mətninin kənarında) yazın. 
– Sonra bəndin oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki, 
məzmundan asılı olaraq, misraların hər birinin oxusunda da fərqli səs çalarları 
yarana bilər. 
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirib şərti işarələrlə gös-
tərin. 
 
IV qrup  
1. A.İldırımın “A dağlar” şeirini bir daha diqqətlə oxuyun. Şairin Vətən həsrəti hansı 
misralarda daha qabarıq ifadə olunub?  
2. Şairin öz vətənini yaslı adlandırmasına səbəb nədir? 
3. “Söylə nədən dəli Kürüm çağlamaz, İçdən coşub öz gününə ağlamaz” misralarında 
hansı fikir ifadə edilmişdir?  
4. Şeirdə hansı bədii təsvir və ifadə vasitələrinin işləndiyini müəyyənləşdirin, əsərin 
təsir gücünün artmasında rolunu aydınlaşdırın.  
5. Şeirin ilk bəndinin ifadəli oxusuna hazırlaşın: 
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb dəf-
tərinizdə (şeirin mətninin kənarında) yazın. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə