Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə42/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

 98
edilməsi məqsədəuyğundur.  Şagirdlərin aşağıdakı  qəbildən mənbələrlə  təmin 
edilməsi araşdırmanın səmərəliliyinə ciddi təsir edir: "Aldığımız cəbhə məktubunda 
bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə 
qarşı daha kinli və amansız oldum". (Səməd Vurğun) 
 “1941-1945-ci  illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı, 
"Yollar", "Anaların üsyanı", "Vətən yaraları", "Mərcan nənə", "Silah qardaşları" 
kimi çoxlu hekayələr yazdı. Bunların bəzisində  səfərbərlik ruhu və  cəbhəyə 
yollanmaq əzmi əks etdirilirdisə, digər qismində faşizmə qarşı mübarizəyə qalxan 
döyüşçü surəti yaratmaq niyyəti əsasdı. Söz yox ki, Mir Cəlal da bütün ölkəni Vətən 
kimi qəbul edir, onun müxtəlif milli tərkibli ordusuna ümidlər bəsləyirdi. Ona görə 
əsgərin həm fiziki, həm də  mənəvi qüdrəti, onu mübarizəyə  çəkən amillər 
araşdırılırdı. "Vətən yaraları" o zaman böyük rəğbətlə qarşılandı, döyüşçülərin, 
"oxucuların əlindən düşməyən bir əsər oldu”. (Y.İsmayılov) 
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab 
verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqlərini (hər qrupa bir 
sual ayırmaqla)  şagirdlərə  təqdim edir. Qrupların işini müşahidə edən müəllim 
ehtiyac yarananda yönəldici suallar vasitəsilə  şagirdlərə  dəstək olur. Önəmli olan 
budur ki, hər qrup icra edəcəyi tapşırığın mahiyyətini, tələbini başa düşsün. Deməli, 
yeri gəldikcə  təlimatlandırmanın həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, 
əsgər obrazının xarakterindəki başlıca cəhətləri aydınlaşdırmalı olan qrup onun 
zəngin mənəvi aləmi, məntiqi düşüncəsi, bir sözlə, maraqlı həyat fəlsəfəsi barədə 
aydın təsəvvürə malik olmalı və bunları nümunələrlə açıqlamalıdır. 
Məlumat mübadiləsi və müzakirə  mərhələsində düşmənlə mübarizədə 
əsgərləri dözümlülük, qəhrəmanlıq göstərməyə sövq edən amillərin açıqlanmasına 
xüsusi diqqət yetirilir.  
İkinci sual (Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem, sizcə, 
nədir? Müəllif həmin problemin həllini nədə görür?) insanların dinc həyatını 
amansız dəhşətlərə çevirən müharibə  təhlükəsi probleminin aşkara çıxarılmasını 
nəzərdə tutur. Bu sualın müzakirəsi zamanı  şagirdlər problemin ayrı-ayrı  cəhətlə-
rini: yarımçıq qalmış ömürlər, övlad itirmiş analar, ayrı düşmüş dostlar və s. sada-
laya bilərlər. Müəllim bu deyilənləri başlıca problemin aşkara çıxarılmasına yönəlt-
məlidir.  
Əsgər obrazının təhlili üzrə suallara hazırlanmış cavabların müzakirəsi 
müharibə  şəraitində yaşayan bir ölkənin gənclərinin vətənpərvərlik ruhunda 
tərbiyəsinə yönəldilməlidir.  
Beşinci
 
tapşırığın
 
(Hekayəni növ və janr baxımından oxuduğunuz bir dram 
əsəri ilə müqayisə edin) müzakirəsi zamanı müəllim  şagirdlərin dram janrı ilə 
tanışlığının çox da geniş olmadığını nəzərə alaraq, remarka, dialoq, monoloq kimi 
anlayışların üzərində dayanmağın vacib olduğunu onlara xatırlatmalıdır.  
Altıncı
 
tapşırığın müzakirəsi zamanı bədii təsvir və ifadə vasitələrinin, məsələn, 
epitet (...anamın isti nəvazişlərinə tutulum), təşbeh (... bu atılan güllələrin biri də 
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və  kəsif üfüqlərinə bir 
bayraq kimi açılıb-örtülən alov da mənəm), metafor (Uca çinarlar, yaşıl təpələr baş 
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua 


 99
verir), təzad (Yıxıla-dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, 
qayğısız körpəlik günləri başlasın) və s. əsərə  gətirdiyi bədii gözəllik müəyyən 
edilməklə yanaşı, onların emosional təsir gücü də qeyd olunmalıdır. 
Nəticə, ümumiləşdirmə.  Əvvəlki mərhələdə  həyata keçirilən işlər  əsasında 
ümumiləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, düşmənlə mü-
barizədə əsgərlərin ruh yüksəkliyinin, mənəvi keyfiyyətlərinin rolu çox böyükdür. 
Eyni məqsəd uğrunda mənəvi birliyə sahib olan ordu düşməni məğlub etməyə 
qadirdir.  
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsi, 
tədqiqat sualı ilə necə səsləşməsi də diqqət mərkəzində saxlanılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 


 100
SİNİFDƏNXARİC OXU DƏRSİ 
Müharibə qadın yazıçılarımızın yaradıcılığında – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2. 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə şeirin lirik qəhrəmanını səciyyələndirir. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4. 
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
  
 
  Şeirlə bağlı  təqdimat və  çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.1.2.  
  Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 
 
Sinifdənxaric oxu dərsi  şagirdlərin müstəqil oxuduğu  əsərlər – Nigar 
Rəfibəylinin “Vətən qızları”, Mirvarid Dilbazinin “Rahat yatardımı körpələrimiz” 
şeirləri üzrə keçilir. 
 Dərsə hazırlıq dövründə bütün şagirdlərin sinifdənxaric oxu üçün tövsiyə 
olunan  əsərləri mütaliə etməsi diqqət mərkəzində saxlanılır.  Şagirdlər müəllimin 
tövsiyəsi ilə sinifdənxaric oxu dərsinə hazırlıq işləri görür, müharibə mövzusunda 
əsərlərdən ibarət kitab sərgisi təşkil edir, hər iki sənətkara həsr olunmuş divar 
qəzeti tərtib edir, oxuduqları  əsərlərə illüstrasiyalar çəkirlər. Həmçinin internet 
materiallarına müraciət olunur, səsləndirilmək üçün musiqi əsəri, döyüş səhnələrini 
əks etdirən videomateriallar seçilir. 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu.  Dərsin  əvvəlində “Ananın səsi” mahnısı 
(https://www.youtube.com/watch?v=jAX5ohklnVM) dinlənilir. Sonra “Hədəf 
Bakıdır” filmindən fraqmentlərə baxış keçirilir (https://www.youtube. 
com/watch?v=kQGKmJqpG5I). 
Mahnı  və film üzrə  təəssüratlar öyrənilir, rəy mübadiləsi və müzakirə 
nəticəsində tədqiqat sualı müəyyənləşdirilir. 
Tədqiqat sualı: Qadın yazıçılarımızın müharibəyə  həsr olunmuş  əsərlərində 
fərqli hansı fikirlər əks oluna bilər? 
Şagirdlərin fərziyyələri dinlənilir, lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması. Kiçik qruplara iş vərəqləri təqdim olunur. 
 
I qrup 
N.Rəfibəylinin “Vətən qızları” şeiri üzrə araşdırma aparın.  
1. Əsərdə vətən qızlarının dinc dövrdə hünəri haqqında hansı fikirlər söylənilir? 
2. Şair müharibə zamanı vətən qızlarının qəhrəmanlığı haqqında nə deyir? 
3.  Əsərdəki ana obrazını  səciyyələndirən söz və ifadələri seçin, münasibətinizi 
bildirin. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə