98
edilməsi məqsədəuyğundur. Şagirdlərin aşağıdakı qəbildən
mənbələrlə təmin
edilməsi araşdırmanın səmərəliliyinə ciddi təsir edir:
"Aldığımız cəbhə məktubunda
bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə
qarşı daha kinli və amansız oldum". (Səməd Vurğun)
“1941-1945-ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı,
"Yollar", "Anaların üsyanı", "Vətən yaraları", "Mərcan nənə", "Silah qardaşları"
kimi çoxlu hekayələr yazdı. Bunların bəzisində səfərbərlik ruhu və cəbhəyə
yollanmaq əzmi əks etdirilirdisə, digər qismində faşizmə qarşı mübarizəyə qalxan
döyüşçü surəti yaratmaq niyyəti əsasdı. Söz yox ki, Mir Cəlal da bütün ölkəni Vətən
kimi qəbul edir, onun müxtəlif milli tərkibli ordusuna ümidlər bəsləyirdi. Ona görə
əsgərin həm fiziki, həm də mənəvi qüdrəti, onu mübarizəyə çəkən amillər
araşdırılırdı. "Vətən yaraları" o zaman böyük rəğbətlə qarşılandı, döyüşçülərin,
"oxucuların əlindən düşməyən bir əsər oldu”. (Y.İsmayılov)
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab
verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqlərini (hər qrupa bir
sual ayırmaqla) şagirdlərə təqdim edir. Qrupların işini müşahidə edən müəllim
ehtiyac yarananda yönəldici suallar vasitəsilə şagirdlərə dəstək olur.
Önəmli olan
budur ki, hər qrup icra edəcəyi tapşırığın mahiyyətini, tələbini başa düşsün. Deməli,
yeri gəldikcə təlimatlandırmanın həyata keçirilməsi məqsədəuyğundur. Məsələn,
əsgər obrazının xarakterindəki başlıca cəhətləri aydınlaşdırmalı olan qrup onun
zəngin mənəvi aləmi, məntiqi düşüncəsi, bir sözlə, maraqlı həyat fəlsəfəsi barədə
aydın təsəvvürə malik olmalı və bunları nümunələrlə açıqlamalıdır.
Məlumat mübadiləsi və müzakirə mərhələsində düşmənlə mübarizədə
əsgərləri dözümlülük, qəhrəmanlıq göstərməyə sövq edən amillərin açıqlanmasına
xüsusi diqqət yetirilir.
İkinci sual (Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem, sizcə,
nədir? Müəllif həmin problemin həllini nədə görür?) insanların dinc həyatını
amansız dəhşətlərə çevirən müharibə təhlükəsi probleminin aşkara çıxarılmasını
nəzərdə tutur. Bu sualın müzakirəsi zamanı şagirdlər problemin ayrı-ayrı cəhətlə-
rini: yarımçıq qalmış ömürlər, övlad itirmiş analar, ayrı düşmüş dostlar və s. sada-
laya bilərlər. Müəllim bu deyilənləri başlıca problemin aşkara çıxarılmasına yönəlt-
məlidir.
Əsgər obrazının təhlili üzrə suallara hazırlanmış cavabların müzakirəsi
müharibə şəraitində yaşayan bir ölkənin gənclərinin vətənpərvərlik ruhunda
tərbiyəsinə yönəldilməlidir.
Beşinci
tapşırığın
(Hekayəni növ və janr baxımından oxuduğunuz bir dram
əsəri ilə müqayisə edin) müzakirəsi zamanı müəllim şagirdlərin dram janrı ilə
tanışlığının çox da geniş olmadığını nəzərə alaraq, remarka, dialoq,
monoloq kimi
anlayışların üzərində dayanmağın vacib olduğunu onlara xatırlatmalıdır.
Altıncı
tapşırığın müzakirəsi zamanı bədii təsvir və ifadə vasitələrinin, məsələn,
epitet (...anamın isti nəvazişlərinə tutulum), təşbeh (... bu atılan güllələrin biri də
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir
bayraq kimi açılıb-örtülən alov da mənəm), metafor (Uca çinarlar, yaşıl təpələr baş
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına
xeyir-dua
99
verir), təzad (Yıxıla-dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən,
qayğısız körpəlik günləri başlasın) və s. əsərə gətirdiyi bədii gözəllik müəyyən
edilməklə yanaşı, onların emosional təsir gücü də qeyd olunmalıdır.
Nəticə, ümumiləşdirmə. Əvvəlki mərhələdə həyata keçirilən işlər əsasında
ümumiləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, düşmənlə mü-
barizədə əsgərlərin ruh yüksəkliyinin, mənəvi keyfiyyətlərinin rolu çox böyükdür.
Eyni məqsəd uğrunda mənəvi birliyə sahib olan ordu düşməni məğlub etməyə
qadirdir.
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsi,
tədqiqat sualı ilə necə səsləşməsi də diqqət mərkəzində saxlanılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
100
SİNİFDƏNXARİC OXU DƏRSİ
Müharibə qadın yazıçılarımızın yaradıcılığında – 1 saat
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə şeirin lirik qəhrəmanını səciyyələndirir.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.1.
Şeirlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
2.1.2.
Şeirin
mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir.
Sinifdənxaric oxu dərsi şagirdlərin müstəqil oxuduğu əsərlər – Nigar
Rəfibəylinin “Vətən qızları”, Mirvarid Dilbazinin “Rahat yatardımı körpələrimiz”
şeirləri üzrə keçilir.
Dərsə hazırlıq dövründə bütün şagirdlərin sinifdənxaric oxu üçün tövsiyə
olunan əsərləri mütaliə etməsi diqqət mərkəzində saxlanılır. Şagirdlər müəllimin
tövsiyəsi ilə sinifdənxaric oxu dərsinə hazırlıq işləri görür, müharibə mövzusunda
əsərlərdən ibarət kitab sərgisi təşkil edir, hər iki sənətkara həsr olunmuş divar
qəzeti
tərtib edir, oxuduqları əsərlərə illüstrasiyalar çəkirlər. Həmçinin internet
materiallarına müraciət olunur, səsləndirilmək üçün musiqi əsəri, döyüş səhnələrini
əks etdirən videomateriallar seçilir.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində “Ananın səsi” mahnısı
(https://www.youtube.com/watch?v=jAX5ohklnVM) dinlənilir. Sonra “Hədəf
Bakıdır” filmindən fraqmentlərə baxış keçirilir (https://www.youtube.
com/watch?v=kQGKmJqpG5I).
Mahnı və film üzrə təəssüratlar öyrənilir, rəy mübadiləsi və müzakirə
nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.
Tədqiqat sualı: Qadın yazıçılarımızın müharibəyə həsr olunmuş əsərlərində
fərqli hansı fikirlər əks oluna bilər?
Şagirdlərin
fərziyyələri dinlənilir, lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Kiçik qruplara iş vərəqləri təqdim olunur.
I qrup
N.Rəfibəylinin “Vətən qızları” şeiri üzrə araşdırma aparın.
1. Əsərdə vətən qızlarının dinc dövrdə hünəri haqqında hansı fikirlər söylənilir?
2. Şair müharibə zamanı vətən qızlarının qəhrəmanlığı haqqında nə deyir?
3. Əsərdəki ana obrazını səciyyələndirən söz və ifadələri seçin, münasibətinizi
bildirin.