104
ÜÇÜNCÜ BÖLMƏ ÜZRƏ
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə Mehdi Hüseynin “Nişan üzüyü” hekayəsi üzrə aparıla bilər
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN
SUAL VƏ TAPŞIRIQLAR
1. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Əminə xala surətini
səciyyələndirin.
2. Əminə xalanın övladlarına münasibətini aydınlaşdırıb qısaca yazın. Fikrinizi
təsdiq edən nümunələr göstərin.
___________________________________________________________________
___________________________________________________________________
2. Salman haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi qısaca yazın.
___________________________________________________________________
___________________________________________________________________
3. Hekayənin mövzusunu və onda qaldırılmış problemi müəyyənləşdirib qısaca
yazın.
___________________________________________________________________
___________________________________________________________________
5. Hekayədə işlənmiş “gözləri yol çəkirdi” ifadəsinin qarşılığını müəyyənləşdirin.
A)
intizarda idi
B) təşviş içində idi
C) kədərli idi
D) ürəyi sıxılırdı
E) peşman idi
6. Əsərdəki bədii təsvir və ifadə vasitələrinin növünü
müəyyənləşdirib cədvəldə
qeyd edin.
Digər obrazların
mühakimələri
Müəllifin bu obrazla
bağlı mühakimələri
Sizin münasibətiniz
Əsərdən nümunələr Bədii təsvir və ya ifadə
vasitəsinin növü
Onların pulemyotları yağış kimi güllə yağdırırdı.
Vuruşurduq, nə vuruşurduq...
Niyə, nə olub, kasıbın qeyrəti olmaz?!.
105
7. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət göstərin:
8. Aşağıdakı fikirlərdən hansını hekayəyə aid etmək olmaz.
A) Əsərdə arxa cəbhədə çalışan insanların həyatından danışılır.
B) Arxa cəbhədə çalışan insanlar cəbhəyə yardım
etməyin vacib olduğunu dərk
edirlər.
C) Əminə xalanı narahat edən, düşündürən yalnız oğlunun taleyidir.
D) Əsər xalqımızın müharibə dövründəki həyatı barədə təsəvvür yaradır.
E) Hekayədə xalqımıza məxsus qürur, mərdlik, səmimilik kimi xüsusiyyətlər əksini
tapıb.
9. Əminə xala obrazını sizə tanış olan hansı ədəbi qəhrəmanla müqayisə edərsiniz?
Nə üçün?
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
Əsər hekayə
janrındadır,
çünki ...
106
ƏN YENİ DÖVR
AZƏRBAYCAN ƏDƏBİYYATI
II MƏRHƏLƏ
XX əsrin ortalarından günümüzə qədər
4. MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ ƏDƏBİYYAT
(1946–1960)
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Povestdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3.
Povesti hissələrə ayırır, seçdiyi hissənin
məzmununu
hazırladığı plan əsasında geniş nağıl edir.
1.1.5.
Povestdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Povestlə bağlı müzakirələrdə fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına
fərqli yollarla
nail olmaq mümkündür
. Dərslikdəki “Yada salın” başlıqlı suallardan istifadə vaxta
qənaət baxımından məqsədəuyğundur.
Həmin suallar əsasında aparılan yığcam
müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır.
Tədqiqat sualı: Məqsədə yalnız iradənin gücü ilə çatmaq mümkündürmü?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Povestin məzmununun öyrənilməsinə oxu
növlərindən
birinin tətbiqi ilə başlamaq olar. Seçim etməkdə müəllim sərbəstdir. O, sinfin
səviyyəsindən, oxunun növ və formaları ilə şagirdlərin tanışlıq dərəcəsindən, real-
laşdıracağı standartdan və s. çıxış etməklə bu məsələni həll edir.
Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına,
məcazların müəyyənləşdirilməsinə diqqət yetirilir.
Əsərin ilk iki parçasının oxusuna ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər
mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar. Mövqeləri yaxın olan
cütlər kiçik qruplarda birləşirlər. Cavablarını dəqiqləşdirən və ümumiləşdirən
şagirdlər təqdimata hazırlaşırlar.