96
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4.
Hekayə janrının xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Hekayənin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan
sözlərin
mənasının hansı səviyyədə qavranıldığı müxtəlif yollarla müəyyənləşdirilə bilər.
Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi
məqsədəuyğundur. Şagirdlərə evdə oxunmuş 3, 4 və 5-ci parçaları bir daha
nəzərdən keçirmək, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək, sonra
cütlük şəklində işləməklə həmin parçalarla bağlı suallar hazırlamaq təklif edilir.
Növbəti işi dərslikdəki tövsiyədən fərqli qurmaq da olar. Yəni sualları məzmunca
oxşar olan cütlüklər kiçik qruplarda birləşərək fikirlərini
dəqiqləşdirir və qrupun
ümumi rəyi əsasında hazırlanmış son variantı digər qruplarla mübadilə edirlər.
Dəyişdirilmiş suallara hazırlanmış cavablar əsasında təqdimatlar formalaşdırılır. Bu
proses
tədqiqatın aparılması mərhələsi kimi qəbul edilir.
Məlumat mübadiləsi, müzakirə. Qruplar təqdimatlar əsasında bir-birinin işi
ilə tanış olur. Qruplar bir-birinin sualları ilə tanış olduğundan məlumat mübadiləsi
az vaxt aparır və müzakirə ilə qovuşur. Bu məqamda bədii
təsvir və ifadə
vasitələrinin hansı səviyyədə qavranıldığına xüsusi diqqət yetirilir. Müzakirənin
səmərəli keçməsi isə müəllimin istiqamətləndirici suallardan istifadə etməsindən
xeyli dərəcədə asılıdır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində şagirdlər
faşizmə qarşı mübarizədə azərbaycanlı əsgərlərin iştirakını tarixi zərurət kimi
əsaslandırmağa çalışırlar. Onlarda belə bir qənaət möhkəmlənir ki, əsgərlərimiz
doğma yurddan uzaqlarda döyüşsələr də, faşizmə qarşı mübarizədə yüksək əzm və
şücaət göstərmişlər.
Həmvətənlərimiz sülh naminə, bəşəriyyəti faşizm bəlasından
qorumaq məqsədi ilə canlarından keçmişlər. Bu müharibədə həlak olanların
xatirəsinin əziz tutulmasının mühüm səbəbi də budur.
Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənaətlə
tədqiqat sualının arasındakı səsləşmələrə diqqət yetirilir.
Dərslikdə təklif edilmiş “
Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı
tapşırığın icrasına vaxt ayrılır. Şagirdlərin hər birinin işinin məzmun və keyfiyyəti
97
barədə aydın təsəvvür qazanmaq baxımından tapşırığın fərdi olaraq yerinə
yetirilməsi məqsədəuyğundur. Vaxt çatışmazlığı yaranarsa, tapşırıq
kiçik qruplarla
iş formasında da icra edilə bilər. Belə olduqda müəllim qrupdakı hər bir şagirdin
fəaliyyəti barədə təsəvvür qazanmağa çalışmalıdır.
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə təqdimatın
dinlənilməsi və müzakirəsi həyata keçirilir. Müzakirədə bütün şagirdlərin fəal
iştirakına nail olunmalıdır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.1
Hekayəni janr (növ) baxımından dramla müqayisə edir.
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.3.
Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh
edir, onlara əsaslandırılmış münasibət bildirir.
3.1.3.
Müqayisə xarakterli məruzə yazır.
Dərsin gedişi:
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirə edilməsi əsasında müəyyənləşdirilə bilər.
Müəllimin müvafiq qiymətlən-
dirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli
yollardan istifadə etmək mümkündür. Məsələn, həm İkinci Dünya müharibəsi, həm
də yurdumuzun məruz qaldığı Qarabağ müharibəsini əks etdirən vizual görüntüləri
nümayiş etdirməklə müsahibə təşkil etmək mümkündür. Motivasiyanın yaradılması
yollarından biri də dərslikdəki “Düşünün” başlıqlı sual (İkinci
Dünya müharibəsi
illərində yazılmış bədii əsərlərin müasir oxucu üçün əhəmiyyəti nə ola bilər?)
əsasında yığcam müsahibənin aparılmasıdır. Müsahibə tədricən tədqiqat sualının
müəyyənləşdirilməsinə gətirib çıxarır.
Tədqiqat sualı: Ədalətli müharibədə qalib gəlməyin başlıca şərtləri hansılardır?
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.
Tədqiqatın aparılmasını fərqli təlim metodlarının və iş formalarının tətbiqi
ilə təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə
hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin
” tapşırığına
müraciət