93
S.Rüstəmin “Təbrizim” şeiri böyük səfərbəredici qüvvəyə malikdir. O, bədii
cəhətdən kamil olub, müasirliyi ilə seçilən əsər kimi öz dəyərini saxlamaqdadır.
Çıxarılmış nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə
diqqət yetirilir. Bu, tədqiqat işinin düzgün istiqamətdə aparıldığına və başa
çatdığına əminlik hissi yaradır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Süleyman Rüstəm. “Təbrizim” – 3 saat
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2.
Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr aparmaqla
münasibət bildirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Rəmzi materiallardan istifadə yolu ilə moti-
vasiya yaratmaq olar. Bu məqsədlə Təbriz (https://www.youtube.com/watch?
v=QzGfjc13gq4) və Bakının (https://www.youtube.com/watch?v=H3c6oG-pKbE)
videogörüntülərinin nümayiş etdirilməsi mümkündür.
Dərslikdəki “Düşünün” başlıqlı sual ( Cənub mövzusunda yazılmış əsərlərdə,
sizcə, hansı məsələlərə daha çox diqqət yetirilir?) əsasında yığcam müsahibə
aparan müəllim şagirdlərin fəal iştirakı ilə tədqiqat sualının formalaşmasını həyata
keçirir.
Tədqiqat sualı: Vətənə həsr olunmuş əsərlərin ideya-məzmununda oxşar cəhət-
lərin olmasına səbəb, sizcə, nədir?
Şagirdlərin fərziyyələri dinlənilir və qeydlər aparılır.
Tədqiqatın aparılması. Tədqiqat A.Səhhətin “Vətən” şeirinin oxusu ilə
başlanır. Oxu fərqli formalarda həyata keçirilə bilər; şagirdlərin fəal iştirakı ilə
izahlı oxu, fərdi səssiz oxu, ikihissəli gündəliyin tətbiqi ilə oxu və s. Oxu prosesin-
94
də tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitə-
lərinin müəyyənləşdirilməsi həyata keçirilir.
Şeirin məzmununun öyrənilməsi, ideyasının müəyyənləşdirilməsi üzrə işi də
fərqli variantlarda təşkil etmək mümkündür. Dərslikdə təklif olunmuş tövsiyələr
əsasında işin təşkili vaxta qənaət baxımından məqsədəuyğundur. Yəni oxuya
ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək şeirin
məzmununa aid suallar tərtib edirlər. Suallar və onlara hazırlanmış cavablar qrup
sözçülərinin təqdimatı əsasında müzakirə edilir.
Əsərin ideyasının müəyyənləşdirilməsi və müzakirəsi də bu qayda ilə həyata
keçirilə bilər. Bu məzmunda aparılan iş ədəbi nümunələrin: S.Rüstəmin
“Təbrizim”, A.Səhhətin “Vətən” şeirinin müqayisə edilməsinə imkan yaradır.
Əsərlərin hansı xüsusiyyətlərə görə müqayisə ediləcəyi əvvəlcədən hər iki şeirin
ideya-məzmunu nəzərə alınmaqla müəyyənləşdirilir.
Məlumat mübadiləsi və müzakirə mərhələsində diqqət bu iki əsərin necə mü-
qayisə edildiyinə, müqayisədən çıxarılmış nəticəyə yönəldilir. Eləcə də deyilmiş
fikirlərin əlaqələndirilməsi, sistemə salınması, yanlış, birtərəfli mülahizələrin
cilalanması həyata keçirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
kimi səsləndirilmiş fikirlərin ümumiləşdirilərək vahid ideya halına salınması diqqət
mərkəzində saxlanılır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, hansı dövrdə
yazılmasından asılı olmayaraq, vətənə həsr olunmuş əsərlərdə sənətkarın doğma
yurda, soykökünə bağlılıq hisləri geniş əksini tapır. Vətənə dərin məhəbbət, xalqın
mənəvi dəyərlərinə ehtiram, səmimilik həmin əsərləri birləşdirən mühüm
cəhətlərdir. Vətənin əvəzedilməzliyi, onun uğrunda hər cür fədakarlığa hazır
olmaq, bədii dilin gözəlliyi, təravəti bu mövzuda əsər yazan bütün sənətkarların
diqqət yetirdiyi cəhətlərdəndir.
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır.
Dərsdə A.Səhhətin “Vətən” şeirindən bir parçanın ifadəli oxusu şagirdlərin
ifadəli oxu bacarıqlarının yeni mətn üzərində tətbiqi, möhkəmləndirilməsi
baxımından faydalıdır. Şeirin ideya-məzmununu dərindən mənimsəyən şagirdlər
beytlərin oxusu üçün ifaçılıq vəzifəsini, səsin çalarlarını müəyyənləşdirirlər.
Təfilələrin əks olunduğu cədvəldən, şərti işarələrdən istifadə edilməsi onların işini
xeyli asanlaşdırır.
Bir neçə ifanın dinlənilib müzakirə edilməsi məqsədəuyğundur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
95
Mövzu: Mir Cəlal. “Vətən yaraları” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu
hazırladığı plan əsasında yaradıcı nağıl edir.
1.1.5.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Hekayə ilə bağlı müzakirələrdə mövzuya tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla
nail olmaq mümkündür . Məsələn, İkinci Dünya müharibəsinə aid filmlərdən
kadrlar nümayiş etdirməklə, yaxud dərslikdəki “Yada salın” başlıqlı suallar
əsasında yığcam müsahibə aparmaqla bunu həyata keçirmək olar. Hər iki halda
müharibələrin bəşəriyyətə gətirdiyi fəlakətlər yada salınır, ölkəmizin hal-hazırda
müharibə şəraitində olması xatırladılır. Tədricən tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı: İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak
olan insanların xatirəsinin bu gün də əziz tutulmasına səbəb nədir?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılmasına hekayənin ilk iki parçasının oxunması ilə başlanılır.
Müəllim qarşıya qoyduğu məqsəddən, sinfin səviyyəsindən və s. asılı olaraq,
oxunun növünü müəyyənləşdirir. Oxu başa çatdıqdan sonra şagirdlər cütlük
şəklində işləməklə mətnkənarı suallara cavab hazırlayırlar. Fikirləri üst-üstə düşən,
yaxud yaxın olan şagirdlərin kiçik qruplarda birləşərək araşdırmalarını davam
etdirmələrinə imkan yaradılır. Qruplarda cavablar dəqiqləşdirilir, ümumiləşdirilir,
vahid fikir şəklində formalaşdırılır. Məhz bundan sonra təqdimatlar əsasında
məlumat mübadiləsi və müzakirə reallaşdırılır.
Məlumat mübadiləsi və müzakirə. Bu mərhələdə, ilk növbədə, qrupların bir-
birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaradılır. Mübahisə
doğuran məqamları müzakirəyə yönəltmək lazımdır. Döyüşə atılarkən və
yaralandıqdan sonra əsgərin keçirdiyi hislər, düşüncələr ciddi müzakirə obyektinə
çevrilməli, mübahisəli görünən məqamlara aydınlıq gətirilməlidir. Müəllim
müzakirəni elə istiqamətləndirməlidir ki, müharibənin insanların ən munis
duyğularına qarşı olduğu aşkara çıxsın.
Yaradıcı nağıletmə ilə bağlı dərslikdə təklif edilmiş tapşırığın yerinə yetirilmə-
sinə vaxt ayrılır. Bu, məzmunla bağlı mənimsənilənlərin möhkəmləndirilməsində
və şagirdlərin şifahi nitqinin inkişafında əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: |