Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə43/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

 101
4. Əsərdəki ana, qadın obrazını digər qadınlara nümunə saymaq olarmı? Nə üçün? 
5. Aşağıdakı nümunələrdə hansı bədii təsvir və ifadə vasitələri işlənib? Fikrin təsir 
gücünün artmasında onların rolunu aydınlaşdırın. 
 
Əsərdən nümunələr Bədii 
təsvir və 
ya ifadə 
vasitəsinin 
növü 
Fikrin təsir 
gücünün 
artmasında 
rolu 
Şahin kimi qanadlanıb sən uçmusan havalarda,  
Vətən üçün aslan kimi vuruşmusan davalarda. 
...Bir quş kimi paraşütlə atılmısan göydən yerə. 
 
 
Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlər   
Həyat səni alqışlayır, tarix səni təqdir edir 
 
 
Göz dikmişdir qarı düşmən sənin isti ocağına  
 
O heç geri qalardımı üç istəkli qardaşından?  
 
 
6. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. 
 
II qrup 
N.Rəfibəylinin “Vətən qızları” şeiri üzrə araşdırma aparın. 
1. Ananın nişan üzüyünü döyüşən ordu üçün verməsi onu necə  səciyyələndirir? 
Fikrinizi əsaslandırın. 
2. Müxtəlif peşələrdə fəaliyyətinə əsaslanmaqla ana, qadın surətini səciyyələndirin. 
3. “Həyat səni alqışlayır, tarix səni təqdir edir” misrasında ifadə olunmuş fikri ay-
dınlaşdırın.  
4. Ananın hansı keyfiyyətləri düşmənə qalib gəlməkdə orduya kömək edir? 
5. “Viran qoyub obaları, tikir zülmün qalasını, Mələr qoyub ayrı salır analardan 
balasını” misralarında hansı  bədii ifadə vasitəsi işlənilib? Fikrin təsir gücünün 
artmasında onun rolunu izah edin. 
6. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldən istifadə edin. 
№  Əsərin başlıca ideyası  
Nə üçün belə 
düşünürsünüz? 
 
 
 
 
 
III qrup 
M.Dilbazinin “Rahat yatardımı körpələrimiz”  şeiri üzrə araşdırma 
aparın. 
1.  Əsərin lirik qəhrəmanı döyüşən ordudakı  əsgərə necə münasibət bəsləyir?  
Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.  
2.  Əsərdəki ananı  vətənpərvər saymaq olarmı? Nə üçün? Fikrinizi əsərdən 
nümunələrlə əsaslandırın.  
3. Şeirdə hansı fikirlər diqqəti daha çox cəlb edir? Nə üçün? 


 102
4. “Könlümə, nədənsə, bir sevinc gəlir, Sanki fırtınadan sular dincəlir” misraları 
ananın hansı hislərini ifadə edir? Fikrinizi əsaslandırın.  
5. Aşağıdakı nümunələrdə hansı bədii təsvir və ifadə vasitələri işlənib? Fikrin təsir 
gücünün artmasında onların rolunu aydınlaşdın. 
 
Əsərdən nümunələr Bədii təsvir və ya 
ifadə vasitəsinin 
növü 
Fikrin təsir 
gücünün 
artmasında rolu 
Gecədir, yatmıram axşamdan bəri 
Döyür soyuq yellər pəncərələri. 
 
 
Otağım işıqlı, istiykən, nədən 
Bilmirəm, könüldən üşüyürəm mən? 
 
 
Dağların boranlı yelləri əsir, 
Böyük bir ordutək qarşımı kəsir. 
 
 
Qafqazın qəzəbli, iti çovğunu 
Saxlaya bilməyir yollarda onu. 
 
 
Düşmən gülləsindən üfüqlər yanır, 
Səhər yaxınlaşır, göy işıqlanır. 
 
 
 
6. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldən istifadə edin. 
№  Əsərin başlıca ideyası  
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
 
 
 
IV qrup 
M.Dilbazinin “Rahat yatardımı körpələrimiz”  şeiri üzrə araşdırma 
aparın. 
1. “Rahat yatardımı körpələrimiz” şeiri hansı mövzuda yazılıb? 
2.  Əsərdəki ana obrazına necə münasibət bəsləyirsiniz? Onun övlad məhəbbəti 
hansı misralarda daha qabarıq ifadə olunub? 
3. “Otağım işıqlı, istiykən, nədən Bilmirəm, könüldən üşüyürəm mən” misralarında 
ananın xarakterindəki hansı cəhət keyfiyyəti üzə çıxır? 
4.  Əsərdəki ana obrazı  ədəbiyyat dərslərində öyrəndiyiniz hansı  əsərdəki ana 
obrazını xatırladır? Nə üçün? 
5. “Ana qucağında azad, bəxtiyar, Mənim körpəm kimi azmı körpə var?” 
misralarında hansı bədii ifadə vasitəsi işlənib? Fikrin təsir gücünün artmasında 
onun rolunu izah edin. 
6. “Düşmənlə üz-üzə durmasanız siz, Rahat yatardımı körpələrimiz?” misraları 
ananın əsgərlərimizə münasibətini necə əks etdirir? 
 
V qrup 
Aşağıdakı tapşırıqlar üzrə araşdırma aparın. 
1. “Vətən qızları” və “Rahat yatardımı körpələrimiz”  əsərlərini müqayisə edin. 
Cədvəldən istifadə edin. 


 103
Əsərlərin adı 
Hansı cəhətlərə 
görə müqayisə 
olunurlar? 
“Vətən qızları” 
“Rahat yatardımı 
körpələrimiz” 
Mövzu  
 
Problem  
 
Obrazlar  
 
 
İdeya  
 
Bədii xüsusiyyətlər  
 
2. Bu mövzuda əsərlərin müasirlərimiz üçün əhəmiyyəti nədir? 
3. Hər iki şeirdən seçdiyiniz parçanın ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən 
istifadə edin. 
Məlumat mübadiləsi və müzakirəsi.  Tədqiqatın aparılmasına ayrılmış vaxt 
başa çatdıqdan sonra təqdimatlar dinlənilir. Müzakirədə ana, qadın obrazlarının 
səciyyələndirilməsi, onlara münasibətin aşkara çıxarılması, əsərlərin bədii xüsusiy-
yətlərinin aydınlaşdırılması ön plana çəkilir. Şagirdlərin bu mövzuda əsərlərin mü-
asir dövrdə əhəmiyyəti barədə fikirləri dinlənilir və münasibət bildirilir. Diskussiya 
zamanı fərqli fikirlərə dözümlü münasibət, mülahizələrin əsaslandırılması, müstə-
qillik və fəallıq, müasir həyatla əlaqələndirmə diqqət mərkəzində saxlanılır. 
Nəticənin çıxarılması, ümumiləşdirmə aparılması  mərhələsində  müəllimin 
istiqamətləndirici sualları  əsasında  şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, 
qadın yazıçılarımızın  əsərlərində ananın, qadının müharibə illərində  çəkdikləri 
acılar çox təbii, inandırıcı  və  səmimi  şəkildə ifadə edilir. Onların yaratdıqları 
əsərlərdə qadınlar həm ön cəbhədə, həm də arxa cəbhədə  fədakarlıq göstərir, 
döyüşən orduya etibarlı dayaq olur, ləyaqətli övlad tərbiyə edirlər.  
Çıxarılmış nəticənin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır. 
Formativ qiymətləndirmədə  şagirdlərin fəallığı, özünüqiymətləndirmə  və 
qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə  işin ardıcıl və  səmərəli 
təşkili şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf 
etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər. 
 
Evdə iş. Kitabxanadan və ya internetdəki mənbələrdən (google.az, You Tube) 
istifadə etməklə “Azərbaycan qadını Vətənin müdafiəsində” mövzusunda şifahi 
təqdimat hazırlayın. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə