107
Məlumat mübadiləsi və müzakirə. Təqdimatlar əsasında aparılan məlumat
mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan
yaradır. Müzakirədə bütün sinfin fəal iştirakına, şagirdlərin hər birinin öz fikrini
sərbəst söyləməsinə nail olunmalıdır. Mətnkənarı suallar təkcə məzmunla bağlı
olmadığından geniş diskussiyaya yol açır. Müəllim diskussiyanı suallar vasitəsi ilə
səmərəli səmtə yönəldir.
Dərslikdəki növbəti tapşırıq (tərtib olunmuş plan əsasında bir hissənin
məzmununun geniş danışılması) mətnin dərindən qavranılması, şagirdlərin şifahi
nitqinin inkişaf etdirilməsi baxımından faydalıdır. Cavabların diqqətlə dinlənilməsi
təmin edilməli, müzakirəsinə vaxt ayrılmalıdır.
Müəllim çalışmalıdır ki, müzakirələrdə şagirdlərdə mübahisəyə dözümlülük,
tənqidi fikirlərə hörmət hissi formalaşsın.
Yekun nəticənin çıxarılması əsərin məzmunu bütövlükdə mənimsənildikdən
sonra – ikinci dərsdə həyata keçirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: E.Heminquey. “Qoca və dəniz” – 4 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Povestdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3.
Povesti hissələrə ayırır, seçdiyi hissənin məzmununu
hazırladığı plan əsasında yaradıcı nağıl edir.
1.1.5.
Povestdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Povestlə bağlı müzakirələrdə fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Povestin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin
mənasının hansı səviyyədə qavranıldığı müxtəlif yollarla müəyyənləşdirilə bilər.
Bütün hallarda, müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi
məqsədəuyğundur. Keçən dərsdə başlanmış tədqiqat işi məzmunun öyrənilməsinə
həsr olunan ikinci dərsdə davam etdirilir. Cütlük şəklində iş formasını seçən
müəllim şagirdlərə evdə oxuduqları 3-cü və 4-cü parçaların məzmununa aid suallar
və onların cavablarını hazırlamağı təklif edir.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cavabları məzmunca yaxın olan
cütlüklər kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və ümumiləşdirirlər. Bu
prosesdə müəllim qrupdakı şagirdlərin əməkdaşlığına xüsusi diqqət yetirir.
108
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında
müzakirə olunur. Müzakirənin səmərəli keçməsi üçün müəllim istiqamətləndirici
suallardan istifadə edir, hər kəsin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradır.
O, cavabların əsaslandırılmasına, fərqli fikirlərə tənqidi, eyni zamanda dözümlü
münasibət göstərilməsinə diqqət yetirir.
İndiyə qədər deyilmiş fikirlərin əsasında yekun qənaətin formalaşdırılması
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində mühüm
vəzifə kimi qarşıya qoyulur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki,
məqsədinə çatmaq üçün insan çox vaxt çətin sınaqlarla üz-üzə qalır. Bu sınaqlardan
üzüağ çıxmaq üçün o, çalışmalı, mübarizə aparmalı olur. Bunun üçün isə ondan
böyük iradi qüvvə, əzmkarlıq tələb olunur. Lakin uğur qazanmaq, məqsədə çatmaq
üçün hələ bunlar kifayət deyildir; çətinliklərin öhdəsindən gəlmək üçün təcrübəni
nəzərə almaq, ağılla, düşüncə ilə hərəkət etmək vacibdir. Ağıl, zəka və möhkəm
iradə qovuşaraq insanı yenilməz edir, qüdrətli, məğlubedilməz varlığa çevirir.
Çıxarılmış nəticənin tədqiqat sualı və irəli sürülmüş fərziyyələrlə müqayisə
edilməsinə vaxt ayrılır.
Dərslikdə təklif edilmiş “ Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı
tapşırıqları şagirdlər fərdi olaraq yerinə yetirirlər. İşin icrasına ayrılmış vaxt başa
çatdıqdan sonra bir neçə təqdimatın və nağıletmənin dinlənilməsi, müzakirəsi
həyata keçirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır.
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə povestin qəhrəmanlarını səciyyələndirir.
1.2.4.
Povestin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Povestin mövzusuna, problemə müqayisələr, ümumiləş-
dirmələr aparmaqla münasibət bildirir.
2.2.1.
Povestlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nü-
mayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirə əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarından istifadə etməsi məqsədəuyğundur.
109
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli yol-
lardan istifadə etmək mümkündür. Bunlardan biri də dərslikdəki “Düşünün”
başlıqlı sual (“İnsanın məğlubiyyəti yalnız müvəqqəti ola bilər” fikrini doğru
saymaq olarmı?”) əsasında yığcam müsahibənin aparılmasıdır. Müsahibə tədricən
tədqiqat sualının müəyyənləşdirilməsinə gətirib çıxarır.
Tədqiqat sualı: Bu əsəri yazmaqda yazıçının əsl niyyəti, sizcə, nədir?
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması
üçün araşdırma aparmağın vacib olduğu xatırladılır.
Tədqiqatın aparılmasını fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə
təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın”
mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məq-
sədəuyğundur.
Müəllimin müxtəlif mənbələrdən aşağıdakı qəbildən məlumatları toplayaraq
şagirdlərə – bütün qruplara təqdim etməsi tədqiqatın səmərəliliyinə əhəmiyyətli
dərəcədə təsir edir: “Qoca və dəniz”də Heminquey Allahı tapdı. Orada nəhəng
balıq var; Allah bu nəhəng balığı yaradıb ki, onu ovlasınlar. Allah qocanı da
yaradıb ki, bu nəhəng balığı tutsun. Allah bu balığı yeməli olan akulanı da yaradıb
və Allah onların hamısını eyni məhəbbətlə sevir. Deməli, Ernest Heminqueyin
qənaəti belədir ki, hər şeyi Allah yaradıb və Allah yaratdıqlarının hər birini eyni
məhəbbətlə sevir”. (U.
Folkner)
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab
verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqlərini (hər qrupa bir
sual ayrılmaqla) şagirdlərə təqdim edir. Tədqiqat başlanmamışdan əvvəl qrupların
təlimatlandırılması məqsədəuyğundur. Başlıcası isə, qruplardan hər birinin icra
edəcəyi işin məğzi barədə aydın təsəvvür qazanmasına nail olunmalıdır.
Məlumat mübadiləsi. Bu, geniş fikir mübadiləsinin həyata keçirildiyi
mərhələdir. Başqa sözlə, qrupların bir-birinin işinin məzmunu barədə əhatəli
məlumat eşitməsi və mənimsəməsi vacibdir. Bu, müzakirənin səmərəli keçməsini
təmin edən mühüm şərtlərdəndir. Qrup sözçülərinin əhəmiyyətli, daha vacib
məsələlərin üzərində dayanmalarına, sözçülüyə, təkrara yol verməmələrinə diqqət
yetirilməlidir. Bu mərhələdə söylənilmiş fikirlərdə pərakəndəliyin, birtərəfli, yaxud
yanlış mülahizələrin mövcud olmasına təbii baxılmalıdır.
Məlumatın müzakirəsi və təşkili. Fikirləri əlaqələndirmək, aralarında körpü
salmaq, maksimum ümumiləşdirmə aparmaqla sistemləşdirmək bu mərhələdə
diqqət mərkəzində saxlanılır. Bütün bunlar müəllimdən yüksək səriştə və çeviklik
tələb edir. Yanlış və birtərəfli mülahizələri şagirdlərin özlərinin aradan qaldırmala-
rına nail olmaq üçün o, istiqamətləndirici suallardan məharətlə istifadə edir, “nə
üçün?”, “niyə?”, “hamı belə düşünürmü?”, “kimin mövqeyi fərqlidir?”, “daha
tutarlı nümunə ola bilərmi?” və s. suallarla müzakirənin canlı, məhsuldar keçməsi-
nə çalışır. Müzakirənin səmərəli təşkili şagirdlərin fəallığına, ardıcıl olaraq dialoqa
girmələrinə səbəb olur.
Nəticə, ümumiləşdirmə. Müəllimin istiqamətləndirici sualları əsasında ümu-
miləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, əsərdə insanın,
təbiətin və bütün canlıların bir-biri ilə qarşılıqlı əlaqədə mövcud olması fikri
Dostları ilə paylaş: |