110
əsaslandırılmışdır. Onların
hər birinin mövcudluğu, hər birinin həyatı digəri üçün
önəmlidir. Onlar bir-birindən yararlanaraq mövcud olmaq imkanı qazanır və həyat
davam edir. İnsan ağlı, zəkası, əzmi, tükənməz qüdrəti ilə ucadır. Yer üzünün əşrəfi
olan insan öz əməyi, polad iradəsi ilə bütün mövcud olanların fövqündə durmaq
haqqını qazanmışdır.
Çıxarılmış başlıca nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə
müqayisəsinə, tədqiqat sualı ilə əlaqəsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Ernest Heminquey. “Qoca və dəniz” – 4 saat
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.4
Povestin janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.2.1.
Povesti janr və növ baxımından hekayə ilə müqayisə edir.
2.2.1.
Povestlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında
müəyyənləşdirilir, müvafiq qiymətləndirmə meyarına müraciət
olunur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına müxtəlif
yollarla nail olmaq mümkündür. Məsələn, qoca balıqçının düşüncələri ilə bağlı
müsahibə təşkil etməklə tədqiqat sualını formalaşdırmaq olar. Yaxud məşhur
alimlərin, yazıçıların povest haqqındakı fikirləri əsasında müsahibə təşkil etməklə
tədqiqat sualını müəyyənləşdirmək mümkündür.
Tədqiqat sualı: “Qoca və dəniz” povesti hansı keyfiyyətlərinə görə bugünkü
oxucu üçün əhəmiyyətli sayıla bilər?
Fərziyyələr dinlənilir və qeyd edilir. Fərziyyələrin
fərqli olduğuna diqqəti
çəkən müəllim onların yoxlanılmasının – tədqiqatın aparılmasının zəruri olduğunu
qeyd edir.
Tədqiqatın aparılması. Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlıqlı
tapşırıqların yerinə yetirilməsi üzrə işi fərqli formalarda təşkil etmək olar.
Dərslikdə, ilk növbədə, müzakirə üçün mövzular təklif edilmişdir. Şagirdlərin
hamısının (cütlük şəklində, yaxud kiçik qruplarda) həmin mövzuların hər birinin
üzərində işləməsi və müzakirəyə hazırlaşması vacibdir. Müəllim əsərdən
nümunələrin
seçilməsinə, tapşırıqların ardıcıl yerinə yetirilməsinə diqqət edir.
111
Müəllim
müzakirəni necə təşkil edəcəyini əvvəlcədən planlaşdırmalıdır. Bu
dərsdə məlumat mübadiləsi önəmli deyildir; mövzuların ardıcıl müzakirəsi birbaşa
müəllimin təşkilatçılığı, istiqamətləndirici sualları ilə həyata keçirilir.
Dərslikdə təklif olunmuş debat (“İnsan övladı məğlubiyyət üçün yaranmayıb.
Onu məhv etmək olar, məğlub eləmək olmaz”) bu mərhələ ilə qovuşur. Debat üzrə
aparılan iş, eləcə də müzakirə “povest
mövzusuna, qaldırdığı problemə, bütövlükdə
ideya-məzmununa görə dünya ədəbiyyatını zənginləşdirən gözəl sənət əsəridir”
fikrinin üzərində köklənir.
Dərslikdəki növbəti tapşırıq fərdi olaraq yerinə yetirilir. Bir neçə təqdimatın
dinlənilib müzakirə edilməsi faydalıdır.
Nəticə və ümumiləşdirmə mərhələsində
şagirdlərdə belə bir qənaət möhkəm-
lənir ki, əsərdə bədii həllini tapmış məsələlər – insan mənəviyyatı, onun ətraf mü-
hitə münasibəti, gerçəkliklə əlaqəsi, yenilməzliyi, qüdrəti
sənəti və cəmiyyəti bütün
zamanlarda düşündürən aktual problem olmuşdur. Həyatın mənası, onun fəlsəfəsi
həcmcə heç də böyük olmayan bu povestdə təkrarolunmaz müdrikliklə araşdırılmış
və əvəzolunmaz sənətkarlıqla ifadə edilmişdir.
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsi,
tədqiqat sualı ilə necə səsləşməsi diqqət mərkəzində saxlanılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Məhəmmədhüseyn Şəhriyar.
“Heydərbabaya salam” – 4 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3.
Poemanı hissələrə ayırır, seçdiyi hissənin məzmununu
hazırladığı plan əsasında yaradıcı nağıl edir.
1.1.5.
Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilir. Həmin prosesdə müəllimin müvafiq qiymət-
ləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla
nail olmaq mümkündür
. Məsələn, Rübabə Muradovanın ifasında əsərin mətninə
bəstələnmiş mahnını səsləndirməklə müsahibə təşkil etmək olar. Yaxud
dərslikdəki
“Yada salın” başlıqlı suallar əsasında yığcam müsahibə aparmaq mümkündür. Hər
iki halda tədqiqat sualı tədricən formalaşdırılır.