112
Tədqiqat sualı: Uzun ayrılıqdan sonra vətənə dönən insan başqaları ilə hansı
hiss və düşüncələrini bölüşər?
Şagirdlərin
fərziyyələri dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Əsərin (birinci hissənin) oxusu fərqli yollarla həyata
keçirilə bilər; fərdi səssiz oxu, səsli oxu və s. tətbiqi mümkündür. Əsərin dili cənub
şivəsində olduğu üçün tanış olmayan söz və ifadələrə xüsusi həssaslıqla
yanaşılmalıdır.
Əsərin oxusuna ayrılan vaxt başa çatdıqdan sonra dərslikdə təklif edilmiş
tapşırıqların ardıcıl olaraq yerinə yetirilməsi məqsədəuyğundur. Tapşırığın
məzmununda dəyişiklik etməkdə müəllim sərbəstdir. Bu, müəllimin məqsədindən,
sinfin səviyyəsindən və s. asılı olaraq, həyata keçirilə bilər. Dərslikdəki tapşırıqlar
bir-biri ilə sıx bağlı olub məzmunun dərindən qavranılmasına imkan yaradır.
Poemada cənub ləhcəsinə məxsus sözlərin fərqli yazılışını və deməli, onların
fərqli
tələffüzünü ardıcıl müşahidə etmək mümkündür. Bunların aydınlaşdırılması
məzmunun dərindən başa düşülməsi baxımından vacibdir. Bu, tapşırıqda ayrıca
tələb kimi daxil edilmişdir.
Əsərdə sətiraltı mənalar, fikrin dolayısı ilə ifadə olunduğu cümlələr – misralar
da az deyildir. Təcrübədən məlumdur ki, şagirdlərin əksəriyyəti bunu ilkin oxuda
anlamaqda çətinlik çəkirlər. Tapşırıqda şagirdlərin diqqəti bu məsələyə cəlb
edilmiş, cütlük şəklində işləməklə qaranlıq mətləblərə aydınlıq gətirmələrinə
istiqamət verilmişdir. Həmin misraları əvvəlcədən müəyyənləşdirən müəllim,
ehtiyac duyulan məqamlarda şagirdlərin diqqətini onlara cəlb etməlidir.
Müşahidələr
göstərir ki, bədii mətndəki məcazları seçməkdə çətinlik çəkməyən
bir çox şagirdlər onların növünü müəyyənləşdirməkdə köməyə ehtiyac duyurlar.
Məhz buna görə dərsliyə bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdiril-
məsi ilə bağlı tapşırıq daxil edilmişdir. Bu tapşırıq nəzəri məlumatın tətbiqi, eləcə
də bədii mətnin məzmununun dərindən qavranılması baxımından əhəmiyyətlidir.
Dərslikdəki növbəti tapşırıq – suallara cavab hazırlamaq tələbi məzmunla bağlı
qazanılmış təsəvvürün tamlığına imkan yaradır.
Tapşırıqları cütlük şəklində yerinə yetirən şagirdlər kiçik qruplarda birləşərək
cavabları dəqiqləşdirir, fərqli fikirlərə münasibət bildirir, ümumiləşdirmə aparırlar.
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində aparılan
iş kiçik
qrupların təqdimatına əsaslanır. Əsərin məzmunu üzrə tam, dürüst təsəvvürün for-
malaşması bu mərhələlərdə aparılan işlərdən çox asılıdır. Müəllim fikirlərin sərbəst
şəkildə ifadə edilməsinə, müzakirələrin diskussiya xarakteri almasına səy göstər-
məlidir.
Aparılmış bütün işlərlə bağlı dərsin sonunda nəticənin çıxarılmasına diqqət
yetirilir. Bu, müəllimin istiqamətləndirici sualları əsasında həyata keçirilir. Sinif
yekun qənaətə ikinci dərsdə – əsərin məzmununun mənimsənilməsi tamamlandıq-
dan sonra gəlir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
113
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Məhəmmədhüseyn Şəhriyar.
“Heydərbabaya salam” – 4 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4.
Poema janrının xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5.
Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Poemanın evdə oxunmuş ikinci hissəsinin məzmununun və tanış olmayan
sözlərin mənasının hansı səviyyədə qavranıldığı fərqli yollarla müəyyənləşdirilə
bilər. Bütün hallarda, müəllimin müvafiq qiymətləndirmə meyarlarına
müraciət
etməsi məqsədəuyğundur.
Şagirdlərə evdə oxunmuş hissəni bir daha nəzərdən keçirmək, sonra kiçik qrup-
larda birləşərək dərslikdə təklif olunmuş tapşırığı ardıcıl olaraq yerinə yetirmək
təklif olunur.
Tapşırığın məzmunca dəyişdirilməsində müəllim sərbəstdir.
Tapşırığa suallar əlavə etmək, yaxud onda ixtisar aparmaq bir sıra şərtlərlə (müəlli-
min məqsədindən,
sinfin səviyyəsindən, reallaşdırılması nəzərdə tutulan standart-
lardan və s.) bağlıdır.
Dərs yaxşı planlaşdırıldıqda, vaxtdan qənaətlə istifadə edildikdə dərslikdə təklif
edilmiş digər iki tapşırığa – müzakirəyə, poemanın janr xüsusiyyətlərinin müəy-
yənləşdirilməsinə vaxt ayırmaq mümkün olur. İkinci tapşırığın fərdi olaraq yerinə
yetirilməsi məqsədəuyğundur.
Bütün bu proses
tədqiqatın aparılması mərhələsi kimi qəbul edilir.
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında
müzakirə olunur. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda fərqli fikirlərin
meydana çıxmasına imkan verən məqamlar da vardır. Müəllim bundan istifadə
edərək müzakirənin diskussiyaya çevrilməsinə səy göstərməlidir. Müzakirədə hələ
formalaşmamış, pərakəndə fikirlərin meydana çıxması təbiidir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
kimi deyilmiş bütün fikirlər ümumiləşdirilməli, vahid ideya şəklinə salınmalıdır.
Nəticədə şagirdlər vətənini, el-obasını, onun hər qarış torpağını, daşını,
ünsiyyətdə
olduğu və olmadığı həmyerlilərini sonsuz məhəbbətlə sevən həssas şair obrazı
barədə dolğun təsəvvür qazanmış olurlar. Onlarda belə bir qənaət möhkəmlənir ki,
şair xatirələrini danışmaqdan yorulmur, aşıb-daşan məhəbbət dolu hislərini ifadə
etməkdən usanmır. Müəllif fərəh, sevinc hislərini, özünə hakim
kəsilmiş şirinli-
acılı düşüncələrini hamı ilə bölüşmək istəyir... Çıxarılmış nəticələrin fərziyyələrlə
və tədqiqat sualı ilə müqayisəsi diqqət mərkəzində saxlanılır.