Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə50/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

 119
müəllim qrupdakı  şagirdlərin birgə  fəaliyyətinə, ümumi işdə  hər kəsin payının 
olmasına diqqət yetirir.  
Məlumat mübadiləsi, müzakirə.  Bütün qrupların eyni tapşırığın üzərində 
işləməsi məlumat mübadiləsinin müzakirə ilə qovuşmasına səbəb olur. Müəllim 
müzakirədə  hər kəsin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradır. Onun 
istiqamətləndirici suallardan istifadə etməsi diskussiyaya imkan yaratmalıdır. 
Məsələn, “Musa kişinin günahlandırılmasının  əsl səbəbi, sizcə, nədir?” sualı 
mübahisəli fikirlərin yaranmasına səbəb olur. Hətta  şagirdlərdən yanlış  nəticə 
çıxaranlar, dəcin pozulmasında Musa kişinin günahkar olması fikrini irəli sürənlər 
də ola bilər. Müəllim  şagirdlərin diqqətini hakim təbəqənin xalqı qorxu altında 
saxlamaq üçün qabaqcadan bütün ehtimalları  nəzərə aldıqlarına yönəltməlidir. 
“Musa kişi günahsız olduğu halda, niyə and içmədi?” sualı da birmənalı 
qarşılanmır. Müəllim Qurana əlbasmanın məqsədyönlü şəkildə mərasimləşdirilmə-
sinin psixoloji qorxu vasitəsinə çevrilməsinə diqqəti cəlb etməlidir.  
Müəllim cavablara əlavələr etmək, sual vermək istəyənlərə imkan yaradır. 
Dərslikdəki “Bilik və bacarıqlarınızı  tətbiq edin” başlıqlı tapşırığın icrasına 
vaxt ayrılır və elan edilir. Tapşırığın hər iki bəndini  şagirdlər fərdi olaraq yerinə 
yetirirlər.  İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra nəticələr təqdimatların 
dinlənilməsi və müzakirənin aparılması ilə dəyərləndirilir.  
İndiyə qədər deyilmiş fikirlərin əsasında ümumi qənaətin müəyyənləşdirilməsi 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində mühüm 
vəzifə kimi qarşıya qoyulur. Əsərin məzmununun öyrənilməsinə həsr edilən hər iki 
dərsdə həyata keçirilən işlərin əsasında şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, 
ədalətsizliyin, haqsızlığın hökm sürdüyü cəmiyyətdə  həqiqi zəhmət adamının 
əməyi layiqincə qiymətləndirilə bilməz. Onların əməyi hesabına var-dövlət sahibi 
olanlara, hədsiz sərvət toplayanlara heç bir xahiş, yalvarış təsir edə bilməz. İnsan 
əzabına,  əziyyətinə laqeydləşən bu cür amansız, zalım ağaları öz mənafelərindən 
başqa, heç nə maraqlandırmır.  
Çıxarılmış  nəticənin tədqiqat sualı  və irəli sürülmüş  fərziyyələrlə müqayisə 
edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 120
Mövzu: Mirzə İbrahimov. “Gələcək gün” – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə romanın qəhrəmanlarını səciyyələndirir. 
1.2.4.   
  Romanın mövzusunu, ideya-bədii xüsusiyyətlərini və kon-
fliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1. 
 
  Romanla bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirə  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün fərqli 
yollardan istifadə etmək mümkündür. Bunlardan biri də  dərslikdəki “Düşünün” 
başlıqlı sual (Cənubi Azərbaycanda milli azadlıq hərəkatının və onun qurbanlarının 
yazıçılarımızı daim düşündürməsinə  səbəb, sizcə, nədir?)  əsasında yığcam 
müsahibənin aparılmasıdır. Müsahibə  tədricən tədqiqat sualının müəyyənləşdiril-
məsinə gətirib çıxarır.    
Tədqiqat sualı: Zalımın zülmündən qurtulmaq, azadlığa nail olmaq üçün doğru 
yol nədir?                                                                                                                                           
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılmasını  fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə 
təşkil etmək mümkündür. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” 
mətninə  və “Araşdırın.  Fikirləşin. Cavab verin”  tapşırığına müraciət edilməsi 
məqsədəuyğundur.                                         
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab 
verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqlərini (hər qrupa bir 
sual ayrılmaqla)  şagirdlərə  təqdim edir. Qrupların hər biri yerinə yetirdiyi işin 
mahiyyəti və  tədqiqat sualı üçün əhəmiyyəti barədə aydın təsəvvürə malik 
olmalıdır. Məhz buna görə də qrupların hələ tədqiqat ərəfəsində təlimatlandırılması 
məqsədəuyğundur. Məsələn, ikinci sualın üzərində  işləyən  şagirdlərin diqqətini 
Hikmət  İsfahani ilə  kəndlilərin qarşılaşması  səhnəsinə, başlıcası isə bütün kənd 
adamlarının düşüncəsinə hakim kəsilmiş “nə etməli?” sualına cəlb etmək məqsədə-
uyğundur. 
Üçüncü sualı (Əsərdə konflikt hansı qüvvələrin arasında baş verir? Bu konflikt 
olmaya bilərdimi?) araşdıran  şagirdlərin ayrı-ayrı obrazların üzərində dayanması 
ehtimalı güclü olduğundan onlar əvvəlcədən təlimat alır, konfliktin əks qütblərində 
böyük qüvvələrin dayandığını anlamış olurlar.  
Qrupların işini müşahidə edən müəllim ehtiyac yarandıqda istiqamətverici 
suallar vasitəsi ilə onlara yardım edir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə