Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə52/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

 123
soydaşımız üçün şərəf məsələsi olmalıdır. Yüksək bədii keyfiyyətləri ilə seçilən 
“Gələcək gün” əvəzlənən nəsillərin vətənimizin, xalqımızın tarixi dərdlərini 
öyrənmələri üçün mötəbər mənbədir.  
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsi, 
tədqiqat sualı ilə necə səsləşməsi diqqət mərkəzində saxlanılır. 
Dərsdə vaxtdan qənaətlə istifadə  dərslikdə  təklif edilmiş tapşırığın 
(Dərsliyinizdə  əsərlə bağlı verilən illüstrasiya təsəvvürünüzə uyğundurmu? Nə 
üçün?) yerinə yetirilməsinə vaxt ayırmağa imkan verir. Tapşırığı  fərdi olaraq 
yerinə yetirən şagirdlər işin nəticəsinə münasibət bildirirlər. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 


 124
SİNİFDƏNXARİC OXU DƏRSİ 
“Biz hökmən qalib gələcəyik!”– 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.   
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış et-
məklə povestin qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Povestin təsir gücünün artmasında bədii vasitələrinin rolunu 
aydınlaşdırır. 
1.2.4.   
  Povestin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
  
 
  Povestlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.1.2.  
  Povestin mövzusuna, problemə müqayisələr, ümumiləş-
dirmələr aparmaqla münasibət bildirir. 
 
Sinifdənxaric oxu dərsi  şagirdlərin “Müharibədən sonrakı dövrdə  ədəbiyyat 
(1946–1960) bölməsi üzrə müstəqil oxuduqları əsər (İ.Qasımov və H.Seyidbəylinin 
“Uzaq sahillərdə” povesti) üzrə keçilir. 
Dərsə hazırlıq dövründə bütün şagirdlərin povestdən tövsiyə olunan parçaları 
müstəqil oxuması diqqət mərkəzində saxlanılır. Sinifdə II Dünya müharibəsində 
Azərbaycan xalqının iştirakına həsr olunmuş  videomateriallar, kitab və  şəkillər 
toplanmış guşə yaradılır.  
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müvafiq meyarlardan istifadə ilə 
müəyyənləşdirilir.  
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür. İki variantı  nəzərdən keçirək.  Şagirdlər dərsin  əvvəlində 
guşə ilə tanış olur, “Uzaq sahillərdə”  povesti  əsasında çəkilmiş  bədii filmdən 
fraqmentə baxırlar. Rəy mübadiləsi tədqiqat sualının formalaşdırılması ilə 
yekunlaşır. Yaxud şagirdlərin ifasında Mehdi Hüseynzadəyə  həsr olunmuş kiçik 
ədəbi-bədii kompozisiya dinlənilir.  
 
I şagird 
Tibb elmləri namizədi Bikə Əlizadə qardaşı Mehdi Hüseynzadə haqqında xati-
rələrində yazır: – Qəm yeməyin, mən sizin başınızı aşağı etməyəcəm. Biz hökmən 
qalib gələcəyik! 
Biz 1941-ci ilin isti bir avqust günündə qardaşım Mehdi Hüseynzadəni Bakı 
vağzalından cəbhəyə yola salarkən bu, onun son sözü oldu. Mehdi cəbhədə özünü 
xalqımızın qəhrəman oğlu kimi göstərdi. O, azğın alman faşistləri ilə vuruşa-vuruşa 
Volqa sahillərindən Adriatik dənizi sahillərinə  qədər  şərəfli və mübariz bir yol 
keçdi.  


 125
Qardaşım Mehdinin mehriban xasiyyəti, iti qartal baxışları elə bil indi də 
gözümün qarşısındadır. Mehdi sənəti və  ədəbiyyatı çox sevirdi. O, çəkdiyi rəsm 
əsərləri üzərində həmişə böyük həvəslə işləyirdi. Hərdənbir şeir də yazırdı.  
Mehdini dəfn edərkən yoldaşları onun cibindən çıxan bir şeiri və gümüş 
üzüyünü mənə göndərmişdilər. Mən  şeiri oxuyan kimi Mehdinin xəttini o saat 
tanıdım, gözlərim yaşardı. Mehdinin Azərbaycan haqqında yazdığı  şeir belə 
başlayırdı: 
Nə ola, bir sarı yarpaq olaydım 
Ey xəzən yelləri, alaydın məni, 
Uca dağlar aşıb, dərələr keçib, 
Vətən torpağına salaydın məni. 
Mehdinin müharibə illərində göstərdiyi igidlik yüksək qiymətləndirilmiş, ona 
Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli bir ad verilmişdir. Ona verilən bu yüksək ad 
Mehdinin qohumlarını və Mehdini tanıyanları ürəkdən sevindirir.  
 
 
II şagird  
Tərlan könlüm uçub qonub budağa
Dolğun gözlə göz gəzdirir bu dağa,  
Qərib yerdə tab etmirəm bu dağa, 
Düşər xəyalıma o diyar mənim. 
 
 
III şagird 
Gecə ay üzünə salırkən işıq, 
Dalğalı suyuna verir yaraşıq, 
Burax bu qəmzəni, olaq biz aşiq 
Çünki o Xəzərin vurğunuyam mən. 
 
Sonra “Uzaq sahillərdə” filmindən fraqment nümayiş etdirilir: 
(https://www.youtube.com/watch?v=W564lUo7RQg).  
Rəy mübadiləsi və müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir. 
 
Tədqiqat sualı: Mehdi Hüseynzadəni – Mixaylonu doğma vətənindən 
uzaqlarda döyüşə, qəhrəmanlığa sövq edən nə olub? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir. 
 
Tədqiqatın aparılması. Tapşırıqların əks olunduğu iş vərəqləri kiçik qruplara 
təqdim olunur. Hər qrupa qısa təlimat verilir. Tədqiqat prosesində ehtiyac yaranan 
məqamlarda müəllim istiqamətləndirici suallarla bu və ya digər qrupa yardım edir. 
 
I qrup 
1. Nitqinə, davranışına əsaslanmaqla Mehdi obrazını səciyyələndirin. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə