Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə51/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

 121
Məlumat mübadiləsi.  Geniş fikir mübadiləsi aparılan həyata keçirildiyi bu 
mərhələdə qrupların təqdimatlarının fəal dinlənilməsinə, qrupların bir-birinin işi ilə 
ətraflı tanış olmalarına şərait yaradılır.  
Məlumatın müzakirəsi və  təşkili.  Müzakirənin səmərəli təşkili  şagirdlərin 
fəallığına, ardıcıl olaraq dialoqa girmələrinə, fərqli fikirləri obyektiv dəyər-
ləndirmələrinə səbəb olur. Müəllim konkret məsələlərlə bağlı fərqli mövqeləri əks 
etdirən fikirlərin  əhatəli müzakirəsinə  səy göstərməlidir. Cavabların müqayisəsi, 
qruplaşdırılması xüsusi diqqət yetirilən məsələlərdən olur. 
Nəticə, ümumiləşdirmə.  Əvvəlki mərhələlərdə  işin səmərəli təşkili, xüsusən 
təhlil üzrə araşdırmaların yüksək səviyyədə həyata keçirilməsi, nəticənin çıxarılma-
sı, ümumiləşdirmənin aparılmasını xeyli asanlaşdırır. Müəllimin istiqamətləndirici 
sualları  əsasında ümumiləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir 
ki, müstəmləkə əsarətində, ağalar-qullar münasibətinin hökm sürdüyü şəraitdə xal-
qın xoşbəxt yaşaması qeyri-mümkündür. Xalq öz xoşbəxt gələcəyini ancaq mübari-
zə aparmaqla əldə edə bilər. 
 Çıxarılmış başlıca nəticənin  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə 
müqayisəsinə, tədqiqat sualı ilə necə səsləşməsinə diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 
 
Mövzu: Mirzə İbrahimov. “Gələcək gün” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1.
  
 
  Romanı növ və janr baxımından dramla müqayisə edir. 
1.2.3.  
  Romanın təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
2.2.1.  
  Romanla bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
3.1.3. 
  Müqayisə xarakterli məruzə yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilir. Müvafiq qiymətləndirmə meyarlarına 
müraciət olunur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılmasına müxtəlif 
yollarla nail olmaq mümkündür. Məsələn, Cənubi Azərbaycanda müxtəlif 
dövrlərdə baş vermiş milli azadlıq hərəkatına başçılıq edən tarixi şəxsiyyətlərin 


 122
vizual görüntülərini nümayiş etdirməklə müsahibə aparmaq və  tədqiqat sualını 
formalaşdırmaq olar. 
Tədqiqat sualı:  “Gələcək gün” romanının öz dəyərini bu gün də saxlamasına 
səbəb, sizcə, nədir? 
Sualla  əlaqədar fərqli fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir. 
Fərziyyələrin fərqli olduğuna diqqəti çəkən müəllim onların yoxlanılmasının – 
tədqiqatın aparılmasının zəruri olduğunu qeyd edir. 
Tədqiqatın aparılması. Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı  iş” başlıqlı 
tapşırıqlar fərqli təlim metodlarının və  iş formalarının tətbiqi ilə yerinə yetirilə 
bilər. Məsələn, ilk üç tapşırığın kiçik qruplarda yerinə yetirilməsi məqsədəuy-
ğundur. Həmin tapşırıqlar hər qrupa bir tapşırıq verməklə iş vərəqlərində şagirdlərə 
təqdim olunur. Tədqiqatöncəsi təlimatlandırmanın aparılması  məqsədəuyğundur. 
Bunu tapşırıqların məzmunu tələb edir. Məsələn, birinci tapşırığın (Əsərin bədii 
gözəlliyini təmin edən vasitələr hansılardır?..) üzərində  işləyən  şagirdlərə aydın 
olmalıdır ki, bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqla məhdud-
laşmaq olmaz. Diqqət həm də təhkiyənin şirinliyinə, canlı bədii lövhələrə, təsvirlə-
rin reallığına, obrazların nitqindəki fərdiliyə, söz və ifadələrin seçiminə və s. yönəl-
dilməlidir. 
Müəllim  şagirdlərin hələ  əsərin məzmunu üzərində  iş zamanı müəyyənləş-
dirdikləri bədii təsvir və ifadə vasitələrinin (məsələn, epitet: Onun gözlərində ağır 
bir peşmançılığın izləri vardı; təşbeh: O, motal kimi yıxıldığı yerdə düşüb qalmışdı; 
metafor: Gecə öz pərdəsini yığıb gedir; metonimiya: Kənd bir-birinə dəymişdi və 
s.) əsərə gətirdiyi gözəlliyi müəyyən etmək üçün cümləni onlarsız işlətməyi və nə-
ticəni müqayisə etməyi tövsiyə edə bilər. Bu, şagirdlərə bədii təsvir və ifadə vasitə-
lərinin rolunu nümunələr əsasında müşahidə etməyə imkan verir. 
İkinci tapşırıqla bağlı  şagirdlərə aydın olmalıdır ki, hər iki əsərdə qaldırılan 
taleyüklü problemlər bu gün də həllini tapmamışdır. 
 
Tədqiqatın gedişi zamanı müəllim şagirdlərin işinə nəzarət edir, lazım gəldikdə 
istiqamətverici suallar vasitəsilə onlara yardım edir.  
Dərslikdə müzakirə üçün nəzərdə tutulmuş mövzuya dərsin bu mərhələsində 
müraciət edilməsi məqsədəuyğundur. Bu müzakirə tədqiqat sualına aydınlıq gətiril-
məsinə az təsir göstərmir.  
Tədqiqatın sonunda qruplararası  məlumat mübadiləsi və müzakirə aparılır. 
Qrupların icra etdikləri tapşırıqlar xeyli fərqli olduğundan fəal dinləməyə nail 
olunması vacibdir. Qrupların bir-birinin işinin məzmunu ilə  ətraflı tanış olmaları 
canlı diskussiya şəraitində mümkündür. Müəllim başlıca diqqətini məhz buna 
yönəltməli, şagirdləri sual verməyə həvəsləndirməlidir. Qrupların bir-birinin işinin 
məzmunu ilə  ətraflı tanış olmaları obyektiv nəticənin çıxarılmasına,  əhəmiyyətli 
ümumiləşdirmənin aparılmasına səbəb olur.   
Nəticə  və ümumiləşdirmə  mərhələsində  şagirdlərdə belə bir qənaət 
möhkəmlənir ki, “Gələcək gün” romanında qaldırılan başlıca problem bu gün də 
mövcuddur. Müstəqilliyə çatmaq, Vətəninə, torpağına sahib olmaq Cənubi 
Azərbaycanda yaşayan soydaşlarımız üçün problem olaraq qalmaqdadır.  İkiyə 
bölünmüş, eləcə  də torpağının bir qismi işğal altında olan Vətən dərdi hər bir 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə