69
həyatı yaşayır. Belə vətəndaşın
üzü gülməz, əli işə yatmaz, “əcnəbi işğalından
təhqir olunmuş şərəfi” ona dinclik verməz...
Tapşırıqdakı altıncı sual da (Əsərdəki konflikti müəyyənləşdirin. O, təbiidir-
mi?) digər suallar kimi tədqiqat sualının aydınlaşdırılmasında əhəmiyyətli rol
oynayır. Əsərin konflikti azad yaşamaq istəyən xalqla işğalçı qüvvələr arasında baş
verən münaqişə üzərində qurulmuş, tarixi həqiqəti əks etdirmiş, oxucular
tərəfindən təbii qəbul edilmişdir.
Məlumat mübadiləsi mərhələsində qrupların bir-birinin işinin məzmunu ilə
ətraflı tanış olmalarına imkan yaradılır. Çıxış edənlərin tapşırığın tələblərinə uyğun
olaraq, əsərdən nümunələr göstərmələrinə, daha əhəmiyyətli məsələlərin üzərində
dayanmalarına istiqamət verilir.
Deyilmiş fikirlərin əlaqələndirilməsinə, müqayisəsinə, sistemə salınmasına
məlumatın müzakirəsi və təşkili mərhələsində xüsusi diqqət yetirilir. Yanlış,
birtərəfli fikirlərin üstündən keçilmir, onlara diskussiya zəminində düzəlişlər və
əlavələr edilir. Hansı qrupun yerinə yetirməsindən asılı olmayaraq, müzakirədə
bütün suallara eyni münasibət, eyni yanaşma müşahidə olunur. Bu, təhlil dərsinin
uğuru, tədqiqatın səmərəliliyinin göstəricisi kimi dəyərləndirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Ümumiləşdirmənin
aparılması, deyilmiş fikirlərin vahid ideya şəklinə salınması bu mərhələdə ön plana
keçir. Şagirdlər əvvəlcədən hazırlanmış suallar vasitəsi ilə son nəticələrə istiqamət-
ləndirilirlər. Onlarda belə qənaət möhkəmlənir ki, hər
bir vətəndaş üçün xoşbəxtli-
yin və səadətin mənbəyi vətənin müstəqil, xalqın azad olmasıdır. Müstəqilliyi,
azadlığı əlindən alınmış ölkənin övladı olmaq doğma vətənində əsir, kölə
vəziyyətində yaşamaq deməkdir. Belə ölkənin vətəndaşına nə xoşbəxtlik, nə də
səadət nəsib olar.
Doğma yurdda yadelli kimi yaşamağı qəbul etməyən Midhəd əfəndi kimi
minlərlə gənc milli azadlıq uğrunda mübarizənin ön sıralarında getmiş,
bu yolda
canlarından belə keçmişlər.
Çıxarılmış nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə diq-
qət yetirilir.
“Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı atında verilmiş müzakirə mövzusu
(“Zeybək qızı” hekayəsini milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə
müqayisə əsasında müzakirə aparın) bilik və bacarıqların tətbiqi baxımından fayda-
lıdır. Müqayisə üçün əsərin müəyyənləşdirilməsində şagirdlərin rəyi nəzərə alınma-
lıdır. Bu məqsədlə sinifdə öyrənilmiş, yaxud müstəqil oxunmuş əsər seçilə bilər.
Müzakirədən əvvəl müqayisənin xüsusiyyətləri, tətbiqi qaydaları üzrə
mənimsənilmiş bilik və bacarıqların yığcam müsahibə ilə xatırladılması faydalıdır.
Müqayisənin nəticələri “Zeybək qızı” əsərinin yaratdığı təəssüratın zənginləş-
məsinə səbəb olur. Şagirdlər
belə qənaətə gəlirlər ki, növündən, janrından asılı
olmayaraq, milli azadlıq mövzusunda yazılmış əsərlərdə vətənin müstəqilliyi, xal-
qın azadlığı ideyaları hər şeydən uca tutulur, taleyüklü məsələ kimi dəyərləndirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
70
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzü: Almas İldırım. “Əsir Azərbaycanım” – 2 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır,
fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilib müzakirə
edilməsi ilə müəyyənləşdirilir. Müvafiq qiymətləndirmə meyarlarına müraciət
edilir.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə təşkil olunan iş fərqli
məzmunda ola bilər. Dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında müsahibə
aparmaq və tədqiqat sualını müəyyənləşdirmək vaxta qənaət baxımından
məqsədəuyğundur.
Tədqiqat sualı: Vətən mövzusunda yazılmış əsərdə kədərli, bədbin hislərin
ifadə edilməsinə səbəb, sizcə, nə ola bilər?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Əsərin oxusu fərqli şəkildə həyata keçirilə bilər. Şeirin
yığcam həcmi, dil-üslub aydınlığı fərdi səssiz oxunu tətbiq etməyə imkan verir.
Oxunun hansı formada həyata keçirilməsindən asılı olmayaraq, şagirdlərə ilkin
təəssüratlarını bölüşmək imkanı yaradılır. Tanış olmayan sözlərin mənasının aydın-
laşdırılması, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi
həmin mərhələ-
də reallaşdırılır. Fikirlərini ikihissəli gündəlikdə qeyd etmək təklifini alan şagirdlər
mətnə daha diqqətlə yanaşır, müstəqil fəaliyyətlərini genişləndirirlər.
Fikirləri üst-üstə düşən, yaxud oxşar olan şagirdlərin kiçik qruplarda birləşərək
cavablarında dəqiqləşdirmələr, ümumiləşdirmələr aparmalarına imkan yaradılır.
Yalnız bundan sonra qrup sözçülərinin təqdimatı əsasında əldə olunmuş nəticələr
barədə fikir mübadiləsi və müzakirə aparılır.
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində qrupların
bir-birinin
işi ilə ətraflı tanış olmalarına imkan yaradılır. Ayrı-ayrı misralarda ifadə olunmuş
fikirlərin şərhi, mətnaltı mənaların açıqlanması diqqət mərkəzinə çəkilir. Şeirdə ək-
sini tapmış mətləblərə məhz bu mərhələdə əsaslı aydınlıq gətirilir.
Bu mətləblər isə
az deyildir; vətən həsrəti, vətəndən kənarda xoşbəxt yaşamağın mümkün olmaması,
eyni zamanda doğma yurdun acı taleyi, bədbinlik, ələm, dərd, “sərsəm gediş”...
Bütün bunların nümunələr əsasında şərh edilməsi və mənimsənilməsi təkcə növbəti
mərhələnin deyil, həm də təhlilin uğurlu olmasına əhəmiyyətli təsir edir.