Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

 65
Dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında müsahibə aparmaqla motiva-
siyanın yaradılması vaxta qənaət baxımından məqsədəuyğundur. 
Tədqiqat sualı:  “Vətənin müstəqilliyi, xalqın azadlığı  uğrunda  şəhid olanlar 
əbədi həyat qazanırlar” fikrini doğru saymaq olarmı?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  İlk növbədə, hekayənin oxusu və  məzmununun 
mənimsənilməsi həyata keçirilir. Sinfin səviyyəsindən, məqsəddən və s. asılı 
olaraq, oxunu fərqli variantlarda təşkil etmək mümkündür. Əsərin dil və 
üslubundakı özəllik, mənası aydın olmayan sözlərin çox olması  səsli (ucadan) 
oxunun tətbiqinə də əsas verir. Oxunun hansı formada aparılmasından asılı olmaya-
raq, tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə 
vasitələrinin müəyyənləşdirilməsi həmin prosesdə həyata keçirilir. 
 
 İlk üç parçanın oxusu başa çatdıqdan sonra şagirdlər mətnkənarı suallara 
cütlük  şəklində cavab hazırlayırlar. Üçüncü parçanın məzmununa aid sualların 
tərtib edilməsi isə ya fərdi, ya da cütlük şəklində yerinə yetirilir. Cavabları üst-üstə 
düşən və ya yaxın olan şagirdlərin kiçik qruplarda birləşərək araşdırmalarını davam 
etdirmələrinə imkan yaradılır. Bütün cavabları müzakirə edib müəyyən nəticəyə 
gələn qruplar təqdimat  əsasında fikir mübadiləsi  aparırlar. Bu prosesdə bütün 
sinfin fəallığı  təmin edilir, mətndə qaranlıq mətləbin qalmasına imkan verilmir. 
Müzakirə mərhələsində mətnin – oxunmuş parçaların məzmunu ilə bağlı qazanıl-
mış təsəvvürün tam, bütöv, dolğun olmasına səy göstərilir. Başqa sözlə, mətnkənarı 
suallara hazırlanmış cavablar müzakirə obyekti olsa da, mətnin bütövlükdə məzmu-
nu barədə  əhatəli təsəvvürün formalaşdırılması  məqsədi unudulmur. Deməli, 
oxunmuş hissənin məzmunu ilə bağlı qazanılmış təsəvvürün tamlığına nail olmaq 
üçün əvvəlcədən hazırlanmış, mətnkənarı suallardan fərqlənən suallar əsasında yığ-
cam müsahibə aparmaq mümkün və faydalıdır. 
Dərslikdə şifahi təqdimat üçün təklif edilmiş mövzular ilkin təəssüratın aşkara 
çıxarılması və dərinləşdirilməsi baxımından faydalıdır. Təqdimatların hazırlanması, 
dinlənilməsi və müzakirəsi müəllimin diqqətindən kənarda qalmamalıdır.   
Əsərin bütövlükdə öyrənilməsi həyata keçirilmədiyindən nəticə və ümumiləş-
dirmə mərhələsinin tələbləri növbəti dərsdə yerinə yetirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 


 66
Mövzu: Yusif Vəzir Çəmənzəminli. “Zeybək qızı” – 3 saat 
İkinci saat: Məzmun üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yaradıcı nağıl edir. 
1.1.4.  
  Hekayə janrının xüsusiyyətlərini müəyyənləşdirir. 
1.1.5. 
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Evdə oxunmuş parçaların məzmununun hansı  səviyyədə  mənimsənildiyini 
aşkara çıxarmaq üçün təcrübədə nağıletməyə üstünlük verilir. Vaxta qənaət baxı-
mından bu məqsədlə  təqdimatların dinlənilməsini və müzakirəsini təşkil etmək 
daha faydalıdır.  
Müəllim müvafiq qiymətləndirmə meyarlarına müraciət etməklə qiymətləndir-
məni həyata keçirir.  
Məzmunun öyrənilməsinə  həsr edilmiş bu dərsi müəllim fərqli variantlarda 
təşkil edə bilər.  İstənilən halda, şagirdlər hekayənin məzmunu haqqında bütöv, 
dolğun təsəvvür qazanmalıdırlar. Onlara evdə oxuduqları dördüncü və beşinci 
parçaları bir daha nəzərdən keçirmək, mətnkənarı suallara cütlük şəklində cavab 
hazırlamaq təklif edilir. Sonra kiçik qruplarda birləşən cütlüklər fikir mübadiləsi 
aparmaqla cavablarını  dəqiqləşdirir və ümumiləşdirirlər. Qrup işlərinin nəticələri 
məlumat mübadiləsi, müzakirə  mərhələsində  təqdimatlar  əsasında açıqlanır və 
müzakirə edilir. Bu prosesdə müəllim mənası yeni öyrənilmiş sözlərdən, bədii 
təsvir və ifadə vasitələrindən necə istifadə edildiyinə,  şagirdlərin  şifahi nitqinə 
diqqət yetirir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.  Müəllim  əvvəlcədən 
hazırladığı suallardan istifadə etməklə  şagirdləri  əsaslandırılmış  nəticələr 
çıxarmağa istiqamətləndirir. Kiçik bir hekayə vasitəsi ilə böyük tarixi hadisə haq-
qında təsəvvür qazanan şagirdlərdə belə qənaət möhkəmlənir ki, vətənini və xalqını 
sevən kəs onların taleyinə biganə qala bilməz. Belə insanlar şəxsi həyatlarını, 
talelərini doğma vətənlərinin, mənsub olduqları xalqın taleyindən ayrı  təsəvvür 
etmirlər. Vətənin, xalqın mənafeyini hər  şeydən uca tutan bu insanları heç bir 
çətinlik, məhrumiyyət qorxutmur, bu yolda ölümü onlar özləri üçün şərəf sayırlar. 
Belə insanların ölümü xalq matəmi kimi qarşılanır. Onlar şəhidliyin zirvəsinə 
ucalmış insanlar kimi əbədi ömür və xalqın sonsuz məhəbbətini qazanırlar. 
Əldə olunmuş nəticələrin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə