67
Dərslikdəki
“Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı tapşırıqlar
həm
nəzəri anlayışlarla, həm də məzmunla bağlı qazanılmış biliklərin dərinləşdirilməsi,
möhkəmləndirilməsi baxımından faydalıdır. Üçüncü tapşırıq əsərin hekayə janrında
olduğunu əsaslandırmağı, dördüncü isə süjetin mərhələlərini müəyyənləşdirməyi
tələb edir. Məzmun standartlarının tələbləri əsasında
təklif olunan bu qəbildən
tapşırıqların vaxtaşırı icra etdirilməsi məqsədəuyğundur. Təcrübədən məlumdur ki,
bu məzmunda olan tapşırıqları icra etməkdə çətinlik çəkən şagirdlər az deyildir.
Məhz buna görə də ehtiyac yaranan hallarda hekayə janrının xüsusiyyətləri və süjet
xəttinin mərhələləri barədə mənimsənilənlərin üzərinə qayıtmaq məqsədəuyğundur.
Beşinci tapşırıq məzmunun dərindən qavranılmasını təmin etməklə bərabər, ob-
razlı təfəkkürün, şifahi nitqin inkişafı baxımından da faydalıdır. Şagirdlərin fəaliy-
yətini müşahidə edən müəllim əsərin bitkin hissələrə nə cür ayrıldığı, plan tərtibi-
nin necə, hansı səviyyədə yerinə yetirildiyi barədə təsəvvür qazanmağa çalışmalı-
dır. Yaradıcı nağıletməyə hansı səviyyədə əməl edildiyi də müəllimin
diqqət mər-
kəzində olmalıdır. Şagirdlər mətnin əsiri olmamalı, əlavələri ilə onu zənginləşdir-
məlidirlər.
Tapşırıqların nəticələri təqdimatlar əsasında müzakirə edilir, ümumiləşdirmə
aparılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır.
Mövzu: Yusif Vəzir Çəmənzəminli. “Zeybək qızı” – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.4.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və kon-
fliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Hekayənin mövzusuna, problemə müqayisələr, ümumi-
ləşdirmələr aparmaqla münasibət bildirir.
2.2.1.
Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nüma-
yiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların
dinlənilməsi və
müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarların-
dan istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanı müxtəlif yollarla yaratmaq
olar. Müharibə mövzusunda filmlərdən müvafiq fraqmentin nümayiş etdirilməsi,
68
bədii və musiqi əsərlərindən parçaların səsləndirilməsi, milli azadlıq və müstə-
qilliklə bağlı müdrik deyimlərin xatırladılması və s. motivasiya yaratmaq üçün
vasitə ola bilər. 20 Yanvar faciəsi
ilə əlaqədar materiallar, milli azadlıq uğrunda
canını qurban verən şəhidlərimiz barədəki mənbələr – bədii və elmi əsərlər,
incəsənət nümunələri və s. tətbiq edilməklə motivasiya yaratmaq mümkündür.
Dərslikdəki “Düşünün” başlıqlı sual (Öz səadətini, xoşbəxtliyini xalqının azad-
lığında görən insanlar barədə nə düşünürsünüz?) əsasında aparılan yığcam müsa-
hibə motivasiyanı az vaxt ərzində təşkil etməyə imkan verir.
Tədqiqat sualı: “Vətəni müstəqil, xalqı azad olmayan şəxs əsl xoşbəxtliyini və
səadətini tapa bilməz” fikrini doğru hesab etmək olarmı?
Fərziyyələr
dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Hansı təlim metodlarının, iş formalarının tətbiqindən
asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın.
Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət edilməsi faydalıdır. Kiçik
qruplarda işdən istifadəyə üstünlük verən müəllim şagirdlərin “Əsərin təhlilinə
hazırlaşın” mətni ilə tanış olmaları üçün vaxt ayırır. Ardınca “Araşdırın. Fikirləşin.
Cavab verin” başlıqlı tapşırıq əsasında hazırladığı iş vərəqlərini qruplara təqdim
edir.
Məktəblərimizdə kiçik qruplarda iş formasının tətbiqində bir cəhət hələ də
özünü qüsur kimi göstərir. Qrupdakı şagirdlərin heç də hamısı tapşırığın icrasında
eyni dərəcədə iştirak etmir. Odur ki, müəllim müşahidələrinə ara verməməli,
başlıcası isə qrup daxilində vəzifə bölgüsünün aparılmasına nail olmalıdır.
Təhlil dərslərində kiçik qruplarda iş formasının ardıcıl
tətbiqi şagirdlərdə belə
bir fikir formalaşdırır ki, hər qrupun fəaliyyətinin nəticəsi görülən ümumi işə
töhfədir. Bu, onlarda məsuliyyət hissini birə-beş artırır. Elə buna görə də müəllim
şagirdlərin bu mövqeyinin güclənməsinə çalışmalı, nümunələrlə əsaslandırmalıdır
ki, ümumi işin müvəffəqiyyəti ayrı-ayrı qrupların uğurlu fəaliyyətindən asılıdır.
Şagirdlər icra etdikləri tapşırığın tədqiqat sualının aydınlaşdırılmasındakı rolunu işə
başladıqları andan aydın təsəvvür etməlidirlər. Müəllim bu məsələdə onlara bələdçi
olmalıdır. Məsələn, ikinci sualın (Sizcə, yazıçının bu mövzuya müraciət etməsinə
səbəb nədir?) üzərində işləyən qrup “Əsərin təhlilinə hazırlaşın” mətnindəki
məlumatlardan, milli azadlıq hərəkatlarına Y.V.Çəmənzəminlinin
rəğbəti barədə
öyrəndiklərindən bəhrələnə bilər. Mənbələrdən şagirdlərə məlum olur ki, yazıçı
Türkiyədə baş verən hadisələri böyük maraq və narahatlıqla izləmiş, bu ölkəni
azad, müstəqil görmək arzusunu heç vaxt gizləməmişdir. Bu əsəri qələmə
almağının ən mühüm səbəbi də məhz Türkiyədəki milli azadlıq hərəkatına bəslədi-
yi böyük rəğbət hissi idi.
Yaxud üçüncü sualın (Midhəd əfəndi obrazını səciyyələndirin...) üzərində
işləyən şagirdlər işğal olunmuş vətəninin dərdini çəkən, həyəcan, kədər, qəzəb
hissini heç cür gizlədə bilməyən Midhəd əfəndi obrazını təhlil
etməklə müəllifin
niyyətini də açıqlamış olurlar. Əsərdəki təsvirlərdən, müəllif mühakimələrindən
aydın olur ki, düşmən tapdağı altında olan vətəninin və həmvətənlərinin acınacaqlı
vəziyyəti Midhəd əfəndiyə özü ilə bağlı hər şeyi unutdurmuşdur. Rahatlığını itirən
bu ziyalının gəldiyi qənaət budur ki, müstəqil olmayan ölkənin vətəndaşı əsir