Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

 59
2. İCTİMAİ-SİYASİ ZİDDİYYƏTLƏR VƏ REPRESSİYA 
DÖVRÜNDƏ ƏDƏBİYYAT (1920–1940) 
 
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.3.  
  Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yaradıcı nağıl edir. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Müəllim üçün məlumat.  Motivasiya yaradılmamışdan  əvvəl  şagirdlərin 
“şərəf” və “ləyaqət” anlayışları barədəki məlumatlarının aşkara çıxarılması 
məqsədi ilə onlara müraciət edilir: – Siz “ləyaqət”, “şərəf” sözlərini eşitmisiniz. 
Bədii əsərlərdə bu sözlərə az rast gəlməmisiniz, baxdığınız filmlərdə də bu sözləri 
az eşitməmisiniz. “Ləyaqətli insan”, “filankəs ləyaqətli adamdır”, “filankəs şərəfli 
ömür yaşamışdır” ifadələri sizə nə deyir? İnsanın öz ləyaqətini uca tutması, şərəfli 
olması nə deməkdir? 
Yığcam müsahibə aparılmaqla suallara aydınlıq gətirilir. Şagirdlərin öz həyati 
təcrübələrinə, incəsənət  əsərlərinə müraciət etmələrinə, fikirlərini nümunələrlə 
əsaslandırmalarına imkan yaradılır.    
Motivasiya, problemin qoyuluşu.  Rəmzi materiallardan, yaxud suallardan 
istifadə etməklə motivasiya yaratmaq olar. Dərslikdəki “Yada salın” başlıqlı suallar 
əsasında yığcam müsahibə təşkil etməklə motivasiyanın yaradılması daha az vaxt 
aparır. Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır. 
 
Tədqiqat sualı : Şərəfli və ləyaqətli olmaq insanın həyatdakı mövqeyində hansı 
rolu oynaya bilər? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  Bu, ilk növbədə, oxunun təşkilini tələb edir. 
Hekayənin oxusu fərqli  şəkillərdə aparıla bilər. Bu, sinfin səviyyəsindən, oxu 
metodları ilə  şagirdlərin tanışlıq dərəcəsindən, müəllimin məqsədindən asılıdır. 
Məsələn, vaxta qənaət baxımından fərdi səssiz oxunu seçən müəllimin dərslikdəki 
tövsiyələri ardıcıl həyata keçirməsi məqsədəuyğundur. Yəni oxu başa çatdıqdan 
sonra  şagirdlər cütlük şəklində  işləməklə  mətnkənarı suallara cavab hazırlayırlar. 
Sonra həmin cütlüklər üçüncü parçanın məzmununa aid suallar tərtib edirlər. 
Cavabları  məzmunca eyni, yaxud oxşar olan şagirdlər kiçik qruplarda birləşib, 


 60
tərtib etdikləri də daxil olmaqla, bütün suallarla bağlı fikir mübadiləsi aparırlar. 
Yalnız bundan sonra qrup sözçülərinin təqdimatları  əsasında  fikir mübadiləsi  və 
müzakirə aparılır.  Əsərin məzmunu ilə bağlı qazanılmış  məlumatın dərinləşdiril-
məsi və sistemə salınmasında bu mərhələnin əhəmiyyəti böyükdür.   
Dərslikdəki növbəti tapşırıq (Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu 
hazırladığınız plan əsasında yaradıcı danışın) məzmunun mənimsənilməsi üzrə işin 
davamı kimi özünü göstərir. Bu prosesdə  fəal dinləməyə  və müzakirəyə nail 
olunmalıdır. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində müəlli-
min istiqamətləndirici suallardan istifadə etməsi faydalıdır. Diqqət Anabacı obra-
zına cəlb edilməklə  şagirdlərdə belə  qənaət möhkəmlənir ki, şərəf hissini 
unutmayan, ləyaqətlə ömür sürən insanlar başqalarından hörmət görür və nüfuz 
sahibi olurlar. Onlar həm ailədə, həm də cəmiyyətdə ədalətli, doğruçu, sözübütöv 
insanlar kimi tanınır və sevilirlər.  
Çıxarılmış  nəticənin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisə edilməsinə 
diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır

  
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Müəllifin mühakimələrindən çıxış etməklə hekayənin  
qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh 
edir, onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1. 
  Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif 
mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin 
ideya-bədii xüsusiyyətlərini şərh edir. 
 
 


 61
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət, mənlik 
hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin, atalar 
sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi aparılma-
sı yerinə düşər. Bir variant da ilk dərsdən  şagirdlərin diqqətinə çatdırılan 
“Düşünün” başlıqlı sual (Şərəf və ləyaqətini qorumaq üçün insanda hansı keyfiy-
yətlər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat sualının for-
malaşdırılması ilə yekunlaşdırmaq ola bilər. 
Tədqiqat sualı:  Ehtiyac içində  məhrumiyyətlərlə dolu ömür yaşayan hekayə 
qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca tutmasına səbəb, sizcə, nədir? 
Fərqli fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir. Fərziyyələrin fərqli 
olduğuna diqqəti çəkən müəllim doğru cavabın müəyyənləşdirilməsi üçün tədqiqat 
aparmağın vacib olduğunu xatırladır. 
Tədqiqatın aparılması.  Hansı metod və  iş formalarının seçilməsindən asılı 
olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  və “Araşdırın. 
Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuyğundur.
 
Kiçik 
qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki tapşırığa yaradıcı 
yanaşa bilər. Sualların dəyişdirilməsi, onlara əlavələr edilməsi, yeni cədvəl 
formalarının təklif edilməsi və s. müəllimin istəyindən asılı olaraq, həyata keçirilə 
bilər. Hər qrupa iş  vərəqində bir sual təklif edilsə  də, bütün qrupların  əlavə 
mənbələrlə  təmin edilməsi məqsədəuyğundur. Məsələn, K.Talıbzadənin tərtib 
etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı “Həmişə yadımda olan insan” 
mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün maraqlı  mənbədir. Eləcə  də 
T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq olmasaydı” (Bakı, 2012) 
kitablarından seçilmiş bölmələrlə tanışlıq  şagirdlərin daha səmərəli tədqiqat 
aparmalarına imkan yaradar. 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil edilmiş bütün suallar 
tədqiqat sualının aydınlaşdırılmasına dəyərli töhfə verir. Başqa sözlə,  əsərin 
mövzusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin aydınlaşdırılması, 
yazıçı mühakimələrinə diqqət yetirməklə baş qəhrəmanın səciyyələndirilməsi və s. 
tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir. 
Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim buna laqeyd 
qalmamalı, cədvəllərdəki tələblərə  əhatəli cavab yazılmasına diqqət yetirməlidir. 
Cədvəllərin formasına, qeyd edildiyi kimi, müəllim yaradıcı yanaşa bilər. O, lazım 
gələrsə, cədvəllərə  əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda 
sərbəstdir. 
Məlumat mübadiləsi  mərhələsində kiçik qrupların təqdimatlarının fəal 
dinlənilməsi təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı  səriştə ilə 
çatdırdıqlarına müəllim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların xatırladıl-
masına yol verilmir. Bunun yerində həyata keçirilməsi şagird təqdimatlarının daha 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə