Microsoft Word ?d?b-9 Mv capa doc


Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

 53
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsinin səmərəli 
təşkili üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması faydalıdır. 
Bu suallar şagirdlərin fəallaşdırılması vasitəsi olmalı, onları müstəqil fikir 
söyləməyə, ümumiləşdirmələr aparmağa yönləndirməlidir.  İndiyə  qədər deyilmiş 
bütün fikirlərin ümumi ideya halına salınması və ümumiləşdirilməsi bu mərhələdə 
xüsusi diqqət yetirilən məsələlərdən olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir 
ki, müstəqilliyini  əldə edən Azərbaycanın milli bayrağının parlament binasının 
üzərində qaldırılması şairdə böyük sevinc və qürur hissi yaratmış, türk xalqlarının 
da bu taleyi yaşamasını arzulamışdır. 
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılması, şagirdlərin 
irəli sürmüş olduqları  fərziyyələrlə müqayisə edilməsi həmin mərhələdə  həyata 
keçirilən mühüm vəzifələrdən olur. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Cəfər Cabbarlı. “Ana” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
       
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi yolu ilə müəyyənləşdirilə bilər. Deməli, Ə.Cavadın “Azərbaycan bayrağı”na 
şeirini çoxlu sayda şagirdə ifadəli oxutmaq məqsədəuyğun deyildir. Bir neçə şagir-
din ifadəli oxusunun dinlənilməsi və müzakirə edilməsi real vəziyyətin aydınlaş-
dırılmasına imkan verir. Müəllim müvafiq qiymətləndirmə meyarına müraciət edir.  
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli məzmunda təşkil 
etmək olar. İlk növbədə, motivasiyanın yaradılması vacibdir. Bunun üçünsə 
müxtəlif yollardan istifadə etmək mümkündür. Məsələn, rəmzi material qismində 
anaya həsr edilmiş mahnıdan, bədii əsərdən parçanın səsləndirilməsi, bədii filmdən 
fraqmentə, rəsm nümunəsinə baxılması, atalar sözlərinin, ibrətamiz kəlamların və 
s. xatırladılması əsasında müsahibə aparmaqla motivasiyanı yaratmaq maraqlı olar. 
Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların  əsasında 
müsahibə aparmaqla motivasiyanı yaratmaq daha məqsədəuyğundur. Yığcam 
müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır. 


 54
Tədqiqat sualı: Ana mövzusuna bədii ədəbiyyatda tükənməz maraq göstərilmə-
sinin səbəbi, sizcə, nədir?
 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  İlk növbədə,  şeirin oxusu və  məzmununun 
mənimsənilməsi həyata keçirilir. Oxu fərqli variantlarda təşkil edilə bilər. Məsələn, 
sinfin səviyyəsi yüksək olarsa, mətni şagirdlərin müstəqil oxumasına vaxt ayırmaq 
mümkündür. Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılma-
sına, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət yetirilir. 
Oxuya ayrılmış vaxt başa çatdıqdan sonra məzmunla bağlı qaranlıq qalmış mətləb-
lərə aydınlıq gətirilir. Bu, bütün sinfin iştirakı və fəallığı şəraitində həyata keçirilir. 
Məzmunun daha dərindən qavranılması, mənimsənilənlərin möhkəmləndirilməsi 
məqsədilə şagirdlər onlara təklif edilmiş bəndlərin məzmununa aid ya cütlük şək-
lində, ya da kiçik qruplarda suallar tərtib edirlər. Suallar şagirdlərin arasında dəyiş-
dirilir və onlara cavab hazırlanır. Sualların necə tərtib edilməsi və onlara hazırlan-
mış cavablar barədə təqdimatlar edilməklə fikir mübadiləsi və müzakirə aparılır. 
İkihissəli gündəliklə bağlı təcrübəsi olan sinifdə şeirin oxusunu ondan istifadə 
ilə  də  həyata keçirmək olar. Lakin bu halda da məzmunla bağlı qazanılmış 
məlumata aydınlıq gətirilməsi, dəqiqləşdirmə  və  dərinləşdirmə istiqamətində  iş 
aparılması vacibdir. Bu zərurət  əruz vəznində yazılmış “Ana”nın ideya-
məzmunundakı mürəkkəblikdən irəli gəlir.  
Üçüncü variant dərslikdə “məzmun üzrə  iş” başlığı altında təklif edilənlərin 
ardıcıllıqla yerinə yetirilməsi ola bilər. Yəni  şeirin izahlı oxusunu həyata keçirən 
müəllim bu prosesə şagirdlərin fəal qoşulmasını təmin edir. Nisbətən asan misra və 
bəndlərin izahını  şagirdlərin öhdəsinə buraxan müəllim, yalnız  ən zəruri hallarda 
istiqamətləndirici suallardan istifadə etməklə  işə müdaxilə edir. Məzmunu çətin 
olan misra və bəndlər isə şagirdlərlə fikir mübadiləsi zəminində müəllim tərəfindən 
izah olunur. Tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və 
ifadə vasitələrinin müəyyənləşdirilməsi də bu prosesdə həyata keçirilir. 
Dərslikdəki tövsiyəyə uyğun olaraq, növbəti addım kiçik qrupların yaradılması 
olur. Hər qrup iki bəndin (qrupların sayından asılı olaraq, bölgü fərqli ola bilər) 
üzərində  işləməklə  məzmunu daha dərindən mənimsəmək üçün işi davam etdirir. 
Bəndlərin məzmununa aid sualların tərtibi, nəsrəçevirmə  və s. şagirdlərin maraq 
göstərdikləri iş növlərindəndir. Sonda təqdimat  əsasında  fikir mübadiləsi  və 
müzakirə aparılır.   
Oxunun, məzmun üzrə  işin hansı formada təşkilindən asılı olmayaraq, 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsinin səmərəli 
keçməsinə imkan yaranır.  İstiqamətləndirici suallardan istifadə edən müəllim bu 
mərhələdə şagirdlərin maksimum fəallıq nümayiş etdirməsinə nail olur. Şagirdlərdə 
belə bir qənaət möhkəmlənir ki, qədim dövrlərdən başlayaraq, ədəbiyyatımızda ana 
mövzusuna xüsusi diqqət yetirilmiş  və bu mövzuda onlarla gözəl sənət  əsəri 
yaradılmışdır. Müxtəlif dönəmlərdə yaşamış böyük söz ustaları bu mövzuda 
yazdıqları  əsərlərində ananı böyük minnətdarlıq hissi ilə xatırlamış, qazandıqları 
bütün uğurları onun adı ilə bağlamışlar. Beləliklə,  ədəbiyyatımızda belə bir fikir 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə