48
olar?) tədqiqatın davamı kimi nəzərdə tutulmuşdur. Dərsdə aparılan araşdırma, bu
prosesə cəlb edilən əlavə materiallar müzakirənin səmərəli keçməsinə səbəb olur.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində
şagirdlərin fəallığının təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.
Başqa sözlə,
müəllim istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərin müstəqil fikir
söyləmələrinə, mövqelərini əsaslandırmalarına şərait yaratmalıdır. Şagirdlərdə belə
bir qənaət möhkəmlənir ki, söz sənəti xalqın taleyinə, arzu və istəyinə laqeyd qala
bilməz. Bədii söz ustası, əslində, mənsub olduğu xalqın
görən gözü, düşünən
beynidir. Yaşadığı dövrdə baş verən mühüm hadisələrin arxasında nəyin
dayandığını yazıçı hamıdan tez və dərindən duyur, bunu sənətin ecazkar dilinə
çevirərək müasirlərinə təqdim edir. O, başqalarının görə bilmədiyi, yaxud birtərəfli,
yanlış qavradığı həyati problemləri
daha təsirli boyalarla, həm də onların bədii
həllini verməklə əks etdirir. Bədii əsər yazıldığı dövrün həqiqi, gerçək mənzərəsi
barədə sonrakı nəsillərdə də aydın təsəvvür yaradır. Bütün bunlar ədəbiyyatın insan
və cəmiyyət üçün çox dəyərli olduğunun göstəricisidir.
Çıxarılmış nəticələrin fərziyyələrlə müqayisə edilməsi, tədqiqat sualı ilə
əlaqəsinin aydınlaşdırılması unudulmamalıdır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Müəllim üçün məlumat. Ev tapşırıqlarının müəyyənləşdirilməsində müəllim
sərbəstdir. O, dərslikdə təklif olunmuş tapşırıqlara yaradıcı yanaşa bilər;
tapşırıqlara əlavələr etmək, onlarda ixtisarlar aparmaq mümkündür. Müəllim
möhkəmləndirmək, yaxud reallaşdırmaq istədiyi standartlardan və s. çıxış edərək
bu istiqamətdə dəyişiklik edə bilər.
49
ƏN YENİ DÖVR
AZƏRBAYCAN ƏDƏBİYYATI
I MƏRHƏLƏ
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
YARANMASINDAN ƏSRİN ORTALARINA QƏDƏR
1. MİLLİ-MƏDƏNİ DİRÇƏLİŞ VƏ AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT (1918–1920)
Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə
aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi təqdimatların dinlənilib
müzakirə edilməsi yolu ilə müəyyənləşdirilir.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün
müxtəlif
yollardan – rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək
mümkündür. Dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə
aparmaqla da motivasiyanı yaratmaq olar.
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır.
Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə,
sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının
(şeirdə izahına ehtiyac
duyulan söz və ifadələrin, mətnaltı mənaların olduğu da
unudulmamalıdır) tətbiqi ilə təşkil edilə bilər. Əsərin oxusu üzrə işin bir variantı
dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər. Yəni şeiri fərdi olaraq səssiz oxuyan
şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli gündəlikdə qeydlər edirlər.
Əsərə münasibətdə mövqeləri eyni, yaxud yaxın olan şagirdlərin kiçik qruplarda
birləşmələrinə və fikirlərini bölüşmələrinə imkan yaradılır. Qrup sözçülərinin təq-
dimatları əsasında
fikir mübadiləsi və müzakirə aparılır. Həmin prosesdə bədii
təsvir və ifadə vasitələrinin hansı səviyyədə müəyyənləşdirildiyi aşkara çıxarılır.
Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu barədə şagirdlərdə dolğun
təsəvvürün yaranması məqsədi ilə istiqamətləndirici suallardan istifadə edə bilər.
50
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli gündəliyin arxa plana
keçirilməsi ola bilər. Yəni şagirdlər şeiri müstəqil (fərdi səssiz)
oxuduqdan sonra
ehtiyac duyduqları mətləbləri müəllimin sualları əsasında aydınlaşdırırlar. Məhz
bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar. Bu qeydlər hər bir şagirdin
məzmunu necə qavradığını, əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq
baxımından faydalıdır.
Müəllim üçün məlumat: Əsərin oxusundan sonra şagirdlərə ilkin təəssüratla-
rını bölüşmək imkanı yaradılır. Bu, əsərin ilkin qavranılması səviyyəsi barədə mü-
əllimin təsəvvür qazanması və sonrakı işini səmərəli qurması üçün əhəmiyyətlidir.
Oxunun hansı formada təşkilindən asılı olmayaraq –
nəticənin çıxarılması,
ümumiləşdirmənin aparılması mərhələsində həyata keçirilməli olan işlər
diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin
ümumiləşdirilməsi, son
qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli
keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq
etməsi məqsədəuyğundur.
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş
tapşırığın yerinə yetirilməsinə imkan yaranır.
Təqdimat üçün müəyyənləşdirilmiş mövzular həm məzmunun dərindən
mənimsənilməsi, həm də təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim
təqdimatların
fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına
xüsusi diqqət yetirməlidir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.