Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

 45
Alt standart:                    3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla 
əsərin ideya-bədii xüsusiyyətlərinə münasibət bildirir. 
Təlim nəticəsi:                  Povestin (hekayənin, şeirin...) ideya-bədii 
xüsusiyyətlərinə müşahidələrinə, əlavə məlumatlara 
əsaslanmaqla münasibət bildirir. 
Qiymətləndirmə meyarı: Münasibətbildirmə 
 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Müşahidələrinə, 
əlavə məlumatlara 
əsaslanmaqla  
əsərin   ideya-bədii 
xüsusiyyətlərinə 
münasibət bildir-
məkdə çətinlik çəkir. 
Əsərin  
ideya-
bədii xüsusiyyətlə-
rinə qismən müşa-
hidələrindən, 
əlavə məlumatlardan 
çıxış etməklə  müna-
sibət bildirir.  
Əsərin  
ideya-
bədii xüsusiyyət-
lərinə, əsasən, müşa-
hidələrindən, 
əlavə məlumatlardan 
çıxış etməklə  müna-
sibət bildirir. 
 
Əsərin  
ideya-
bədii xüsusiyyət-
lərinə müşahidə-
lərinə, 
əlavə məlumatlara 
əsaslanmaqla müna-
sibət bildirir.  
 
 
Alt standart:                    3.1.3. 2,5-3 səhifə həcmində mühakimə, təsvir, 
müqayisə xarakterli mətnlər (inşa, esse, məruzə) yazır. 
Təlim nəticəsi:                 Mühakimə (təsvir, müqayisə) xarakterli inşa  (esse, 
məruzə) yazır. 
Qiymətləndirmə meyarı: İnşayazma, esseyazma, məruzəyazma 
 
 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Müqayisə (müha-
kimə, təsvir) xarak-
terli inşa, (esse, 
məruzə)  yazmaqda 
çətinlik çəkir. 
Müqayisə (mühaki-
mə, təsvir) xarakter-
li inşanı  (esse, mə-
ruzəni)   mövzunu  
qismən əhatə etmək-
lə,  fikrin ifadəsində 
məntiqilik və ardı-
cıllığı  gözləməklə  
yazır. 
Mühakimə (təsvir, 
müqayisə) xarakterli 
inşanı  (esse, məru-
zəni)   mövzunu, 
əsasən, əhatə 
etməklə,  fikrin 
ifadəsində mən-
tiqilik və ardıcıllığı  
gözləməklə  yazır. 
Mühakimə (təsvir, 
müqayisə) xarakterli 
inşanı  (esse, məru-
zəni)  mövzunu 
əhatə etməklə, fikrin 
ifadəsində mən-
tiqilik və ardıcıllığı  
gözləməklə yazır. 


 46
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI 
İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ 
 
Mövzu: Həyat həqiqətləri və zəngin ədəbiyyatımız – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.2.   
  Əsərlərin mövzusuna, problemə müqayisələr, ümumiləşdir-
mələr aparmaqla münasibət bildirir. 
2.2.1. 
  Əsərlərlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Sinfi yeni götürən müəllimin diaqnostik qiymətləndirmə aparması məqsədəuy-
ğundur. Buna daha az vaxt sərf etməyin mühüm şərti müəllimin  əvvəlcədən 
müvafiq hazırlıq işini aparmasıdır. Diaqnostik qiymətləndirmənin çevik, 
şagirdlərin tanış olduqları üsul və vasitələrini seçən müəllim bunu qısa müddət 
ərzində həyata keçirə bilər.  
Diaqnostik qiymətləndirmənin reallaşdırılmasına ehtiyac olmayan siniflərdə isə 
iş  fərqli məzmunda təşkil edilir. Şagirdlərin yay tətili dövründə mütaliə etdikləri 
bədii nümunələrlə bağlı  yığcam müsahibə, fikir mübadiləsi təşkil edən müəllim, 
onların diqqətini yeni dərsliklə tanışlığa, 9-cu sinifdə ədəbiyyat fənninin məqsəd və 
vəzifələrinə  cəlb edir. Bütün bunlar tədqiqat sualının formalaşdırılması ilə 
yekunlaşır. 
Tədqiqat sualı: “Həyat həqiqətlərinə sadiqlik bədii ədəbiyyatın sevilməsini və 
uzunömürlü olmasını  təmin edən mühüm şərtlərdəndir” fikrini doğru saymaq 
olarmı?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması. Şagirdlər, ilk növbədə, dərslikdəki “Həyat həqiqətləri 
və  ədəbiyyatımız” mətni ilə tanış olurlar. Mətnin oxusunu fərqli yollarla həyata 
keçirmək olar. Bu yolu müəllimin özü seçməlidir. Yəni sinfin ümumi hazırlıq 
səviyyəsini, bu və ya digər metodla tanışlıq dərəcəsini, dərsə  cəlb edilmiş  əlavə 
materialların həcmini nəzərə alan müəllim nəzərdə tutduğu vaxt çərçivəsində 
oxunun həyata keçirilməsinə imkan verən optimal yol müəyyənləşdirməlidir. Bir 
sinifdə  fərdi səssiz oxu ilə  uğur qazanmaq mümkündürsə, başqa sinifdə  səsli 
oxunun izlənilməsi, yaxud İNSERT, ziqzaq (zəncirvari oxu) və s. faydalı ola bilər. 
Oxu ilə bağlı yeni metodlardan istifadəni qarşısına məqsəd qoyan müəllim 
şagirdlərin həmin metodlarla hansı  səviyyədə tanış olmalarından çıxış edərək 
təlimatlandırma aparır. 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra tanış olmayan sözlərin necə 
mənimsənildiyi aşkara çıxarılır. Eləcə də şagirdlər üçün qaranlıq qalmış mətləblərə 


 47
(bu,  ümumiləşdirmə, fərdiləşdirmə  və s. bağlı ola bilər) istiqamətləndirici suallar 
vasitəsilə aydınlıq gətirilir.  
Tədqiqat dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq 
əsasında davam etdirilir. Bu, müxtəlif iş formalarının tətbiqi ilə  həyata keçirilə 
bilər. Məktəblərdə kiçik qruplarda işin təşkilinə daha çox üstünlük verilir. Lakin bu 
məsələdə müəllim populyarlığın təsiri altına düşməməlidir. Xüsusən vaxt qıtlığı 
yaranarsa, digər iş formalarına müraciət etmək faydalıdır. 
Tapşırıqdakı suallara müəllim yaradıcı yanaşa bilər. Bu zaman tapşırığa suallar 
əlavə etmək, yaxud onda ixtisarlar aparmaq mümkündür. 
Dərslikdəki “Həyat həqiqətləri və  zəngin  ədəbiyyatımız” mətni tapşırığın 
icrasına  əhəmiyyətli istiqamət versə  də,  şagirdlərin  əlavə  mənbələrə müraciət 
etməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müəllimin aşağıdakı məzmunda olan 
materialları  şagirdlərə  təqdim etməsi məqsədəuyğundur: “Sənət yarandığı gündən 
gerçəkliyi  əks etdirməyə, aləmi dərk etməyə, idraki rol oynamağa çalışmışdır. 
Sənəti həyatdan xaric təsəvvür etmək mümkün deyildir. Böyük romantiklər də 
həyatla bağlı olmuşlar. Əsərin ayağı həyat zəminindən üzülərsə, o, bədii əsər ola 
bilməz. Dahi romantik şair Nizami və Füzulinin əsərlərində coşqun və tükənməz 
həyat mənbəyi vardır... Vaqif öz qoşmalarında həyat və dünya gözəlinin real və 
təbii təsvirini verdiyi kimi, “Görmədim” şeirində dövrünün bir sıra çirkinliklərini 
də  tənqid etmişdir.  Şifahi xalq aşıq  şeirində  və yazılı  ədəbiyyatımızda aşıq  şeiri 
tərzində yazan şairlərin  əsərlərində  də eyni vəziyyəti görə bilirik. Bu şairlər 
həyatın müəyyən sahələrini, həyatdakı ictimai eyibləri düzgün əks etdirməyə 
çalışmışlar”. (F.Qasımzadə) 
 Kiçik qruplarda iş formasını seçən müəllim tapşırıqdakı sualları iş vərəqlərində 
əks etdirərək (hər qrupa bir sual ayırmaqla)  şagirdlərə  təqdim edir. Müəllimin 
istiqamətləndirici sualları əsasında şagirdlərin xatırladıqları biliklər (müxtəlif tarixi 
dövrlərdə baş vermiş mühüm siyasi hadisələrin ədəbiyyata təsiri, fərqli dönəmlərdə 
yaranmış  bədii nümunələrdə  həyat həqiqətlərinə, insana münasibət) tapşırığın ilk 
üç sualına cavabların hazırlanmasında az əhəmiyyət kəsb etmir. Bu suallar, 
həmçinin  əsərin mövzusunun, onda qaldırılmış problemin aydınlaşdırılması, 
münasibət bildirilməsi ilə bağlı qazanılmış bilik və bacarıqların tətbiqinə də imkan 
yaradır. İşini bu məzmunda quran müəllim VIII sinfin dərsliyindən müxtəlif tarixi 
dönəmlərə  məxsus nümunələrdən (sinifdənxaric oxu materiallarından seçilməsi 
daha məqsədəuyğundur) mənbə kimi istifadə olunmasını şagirdlərə tövsiyə edir.  
Dərsin  məlumat mübadiləsi  mərhələsində  təqdimatların fəal dinlənilməsinə, 
ehtiyac yaranan məqamlarda sualların verilməsinə imkan yaradılmalıdır. Qrupların 
bir-birinin işi ilə ətraflı tanış olmaları müəllimin diqqət mərkəzində dayanmalıdır. 
Növbəti – məlumatın müzakirəsi və  təşkili  mərhələsində  əvvəlki mərhələdə 
deyilmiş fikirlərin əlaqələndirilməsi, sistemə salınması, birtərəfli, yaxud yanlış mü-
lahizələrə aydınlıq gətirilməsi diqqət mərkəzinə çəkilir. Aparılan dəqiqləşdirmələr, 
cavabların zənginləşdirilməsi ümumi fikrin formalaşmasına  əhəmiyyətli dərəcədə 
təsir edir. 
Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” tapşırığının tələbi (Müzakirə edin: 
Həyat həqiqətlərinə göz yuman, yaxud onu təhrif edən  ədəbiyyatın taleyi necə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə