51
Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün
təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur.
Müvafiq
meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar.
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya,
yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün
əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləş-
dirilməsi vacibdir.
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Motivasiyaya fərqli yollarla nail olmaq
mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr
olunmuş mahnıdan, yaxud bədii əsərdən parçanın səsləndirilməsi,
dövlət rəmzi
kimi bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması
və s.) istifadə etmək olar. Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual (Azərbayca-
nın dövlət bayrağına həsr olunmuş əsərlərdə hansı məsələlərə önəm verilməsini
əhəmiyyətli hesab edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sua-
lını formalaşdırmaq mümkündür.
Tədqiqat sualı: “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının
müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq,
tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə əlaqədar qazanılmış bilik və
bacarıqların yada salınması və tətbiqinə istiqamət verilməsi faydalıdır. Şagirdlər
təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar:
–
şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması;
– müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin
müəyyənləşdirilməsi;
– əsərin bədii təsir gücünü artıran vasitələrin (təsvir və ifadə vasitələrinin və s.)
rolunun aydınlaşdırılması;
– şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması.
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin.
Cavab verin” tapşırığından istifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın
52
uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın”
mətnindəki tövsiyələrin
mənimsənilməsindən də xeyli dərəcədə asılıdır.
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq
tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq üçün sonra
kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da
faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s.
asılı olaraq, “Araşdırın.Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər.
Başqa sözlə, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə etmək
mümkündür. Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdıran
müəllim
tapşırığın suallarını (hər qrupa bir sual təqdim etməklə) iş vərəqlərində əks
etdirməlidir.
Həmin tapşırıqdakı suallar vəsaitdə təklif edilmiş tədqiqat sualının araşdırılma-
sına, aydınlaşdırılmasına imkan yaradır. Məsələn, ikinci sualın üzərində işləyən
şagirdlər aydınlaşdırırlar ki, milli bayrağımıza həsr olunmuş digər əsərlərdən fərqli
olaraq, bu şeirdə mövzu daha genişdir, elə buna görə də o, başqalarından
məzmunca
da seçilir, fərqlənir. Üçüncü sual da tədqiqat sualı ilə sıx bağlıdır. Onu
araşdıran şagirdlərə məlum olur ki, əsərdə əksini tapmış mühüm mətləblərdən biri
bütün türk xalqlarının taleyi ilə bağlı mövqeyin ifadə edilməsidir. Tapşırığın digər
sualları da tədqiqat sualındakı başlıca tələbin aydınlaşdırılmasına, ümumilikdə
tədqiqatın səmərəli aparılmasına zəmin yaradır.
Dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə şagirdlərdə həssas, diqqətli
münasibətin formalaşdırılması vacibdir. Bu mətnlərlə işləmək bacarığına şagirdlər
əvvəlki siniflərdə yiyələnmiş olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəb-
ləşdiyini unutmaq olmaz. Bunu da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu
materiallarda əksini tapmış tövsiyələr şagirdlərin təlimi
fəaliyyətinə həmişə səmə-
rəli istiqamət verir.
Hansı təlim metodlarının, iş formalarının tətbiqindən asılı olmayaraq, tədqiqa-
tın gedişində bütün şagirdlərin fəaliyyəti müəllimin nəzarəti altında olmalı, diqqə-
tindən yayınmamalıdır.
Məlumat mübadiləsi mərhələsində araşdırmaların nəticələri barədə ətraflı
məlumatın verilməsi və fəal dinləmə təmin edilməlidir. Fikirlərin birtərəfli, dayaz,
hətta yanlış olması hallarına təbii baxılmalı, sualların verilməsinə imkan
yaradılmalıdır. Bu mərhələdə başlıca məqsəd şagirdlərin (qrupların) bir-birinin
işinin məzmunu ilə tanış olmalarıdır. Cavabların dəqiqləşdirilməsi, dərinləşdirilmə-
si, sistemə salınması növbəti mərhələdə həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində səsləndirilmiş fikirlərə müna-
sibət bildirilir, birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilir, deyilənlərin əlaqə-
ləndirilməsi, müqayisə edilməsi, vahid xətt əsasında sistemə salınması həyata ke-
çirilir. Müzakirənin diskussiya xarakterli olması, hər
bir şagirdə sərbəst fikir
mübadiləsi aparmaq imkanının yaradılması təmin edilir. Şagirdlər hiss etməlidir ki,
onların cavabı ümumi işə bir töhfə kimi qəbul edilir, diqqətdən kənarda heç nə
qalmır. Bu, onların daha məsuliyyətli olmaları və həvəslə işləmələri üçün stimul
rolunu oynayır.