Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

 62
məzmunlu olmasında, həmin mərhələnin səmərəliliyində az rol oynamır. Bütün 
bunlara baxmayaraq, cavablarda pərakəndəlik,  əsaslandırılmamış mülahizələr, 
birtərəfli yanaşma müşahidə edilir. Bunlar məlumatın müzakirəsi və  təşkili 
mərhələsində aradan qaldırılır. Müzakirənin diskussiya xarakterli olmasına, hər bir 
şagirdin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradılır. Başlıcası isə, hər qrupun 
cavabına digər qrupların yaradıcı yanaşmalarının təmin edilməsidir. Başqa sözlə, 
hər bir qrupun şagirdləri digər qrupların əldə etdikləri nəticələrə təkcə təqdimatlar 
əsasında deyil, hekayə ilə bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində 
ciddi münasibət bildirməli, tutarlı  əlavələr etməli, onlarda zəruri düzəlişlər 
aparmalıdır. Məsələn, tapşırığın 2-ci sualı (Hekayənin mövzusunu və onda 
qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə 
qeydlər edin) üzərində  işləyən qrupun təqdimatına digər qruplar münasibət 
bildirərkən cədvəldə əksini tapmış bütün tələblərlə (əsərin mövzusu; əsərdə diqqətə 
çatdırılan başlıca problem; problemin həllini yazıçı  nədə görür; problemin həlli 
barədə şagirdlərin özləri nə düşünür) bağlı öz mövqelərini ortaya qoymalıdırlar. 
 
Deyilənlərin ümumi ideya halına salınması, ümumiləşdirmənin aparılması 
növbəti mərhələdə həyata keçirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələnin səmə-
rəli keçməsi müəllimin  əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan xeyli 
dərəcədə asılıdır. Bu, şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə, 
onlara mənimsədiklərinə  əsaslanmaqla fikirlərini ümumiləşdirmə  əsasında ifadə 
etməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil 
bir həyat” bu zərif qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa 
da, “dizlərini taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-baba-
danqalma keçmiş  əxlaq və  səciyyə” “köhnə  nəslin qəhrəmanı olan” bu qadında 
mənlik, şərəf və ləyaqət hissini qoruyub saxlamışdır. 
Çıxarılmış  nəticələr  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə, tədqiqat 
sualı ilə müqayisə edilir.   
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 63
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi 
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
3.1.1.  
  İnşanın, essenin məzmununa uyğun üslub müəyyənləşdirir. 
3.1.2.  
  Hekayənin ideya-bədii xüsusiyyətlərinə əlavə məlumatlara 
əsaslanmaqla münasibət bildirir. 
3.1.3.  
  Mühakimə xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Dərsdə növbəti addım dərslikdə təklif olunmuş mövzunun (Düşdüyü şəraitdən 
və  vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub saxlaya bilərmi?) 
müzakirəsi üzrə  işin təşkili ola bilər. Müzakirəni fərqli formalarda (diskussiya, 
debat və s.) aparmaq mümkündür. Müzakirənin səmərəli keçməsi ona hazırlıq 
işinin aparılmasından xeyli dərəcədə asılıdır. Hələ  dərsə bir neçə gün qalmış 
şagirdlərə bu sualın üzərində düşünmək, həyatda tanıdıqları insanların, tanınmış 
söz sənətkarlarının, elm adamlarının, siyasi xadimlərin həyatı, fəaliyyəti barədə 
bildiklərini təhlil etmək, müəyyən bir qənaətə gəlmək təklif olunur.  
Müzakirədə  şagirdlərin fikirlərini sərbəst ifadə etmələrinə, diskussiyada fəal 
olmalarına, mülahizələrini nümunələrlə əsaslandırmalarına diqqət yetirilir. 
Müzakirə  şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə  səbəb olur ki
ləyaqətli insan danışığına, davranışına,  əməllərinə  nəzarət etməyi və obyektiv 
qiymət verməyi bacarır. O, yersiz danışmaqdan, yüngül hərəkətlərdən uzaq olur. 
Belə adamlar vəzifə borcunu heç bir təmənna güdmədən layiqincə yerinə 
yetirdikləri kimi, xeyirxah olmaları ilə  də seçilirlər.  Şəxsi mənafe, mənsəb və s. 
üçün yaltaqlanmaq, başqalarının qarşısında alçalmaq belə adamlara yaddır. Öz 
zəhmətləri, halal qazancları ilə dolanan bu cür insanlarda pul, var-dövlət 
hərislərinə nifrət olur... Ləyaqətli adamlar həmişə haqqın,  ədalətin müdafiəçisi 
olurlar.  
İnsan həyatı mürəkkəb və ziddiyyətlidir, enişli, yoxuşludur. Elə buna görə  də 
ləyaqətli,  şərəfli ömür bəzən ona baha başa gəlir, itiriləsi, qurban veriləsi çox 
şeylər olur. Məhz bunun üçün də  ləyaqətli insanların birliyi, bir-birinə dayaq 
olmaları çox vacibdir. 
Məlumdur ki, tətbiq, müzakirə, yaradıcı  iş  dərslərində  motivasiyanın 
yaradılması, tədqiqat sualı daha çox önəm verilən, vaxt ayrılan təlim işi ilə bağlı 
olur.  İnşa və esse üzrə  işin yerinə yetirilməsinə bu dərsdə önəm verildiyindən 
motivasiya və tədqiqat sualı da onlarla bağlı həyata keçirilir. 


 64
Motivasiya, problemin qoyuluşu.  Dərslikdə  təklif olunmuş inşa və esse 
mövzuları (Hekayə insanlara, həyata baxışımda hansı  dəyişikliyə  səbəb oldu?; 
Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?) şagirdlərin diq-
qətinə çatdırılır. Sonra mühakimə xarakterli inşa və esse ilə bağlı  mənimsənilmiş 
bilik və bacarıqlar yığcam müsahibə ilə yada salınır. Müsahibə  tədqiqat sualının 
müəyyənləşdirilməsi ilə yekunlaşdırılır. 
Tədqiqat sualı:  Mühakimə xarakterli inşa və esse üçün təklif olunmuş 
mövzularda, başlıca olaraq, hansı məsələlərə diqqət yetirilməlidir? 
Fərziyyələr dinlənilir və qeydlər aparılır. 
Tədqiqatın aparılması. Öz istəklərinə əsasən seçdikləri mövzu üzrə plan tərtib 
edən şagirdlər müstəqil işləyirlər. Ehtiyac yaranan hallarda müəllim bu və ya digər 
şagirdə istiqamətləndirici suallarla yardım edir. Şagirdlərin müxtəlif mənbələrə 
müraciət etmələrinə, bir sıra hallarda cütlük şəklində fikir mübadiləsi aparmalarına 
imkan yaradılır.
 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra ayrı-ayrı  şagirdlərin təqdimatı 
əsasında fikir mübadiləsi və müzakirə aparılır. Sonrakı nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması  mərhələsində isə  əldə olunmuş  nəticələrlə 
fərziyyələrin müqayisə edilməsinə daha çox diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.
 
 
Mövzu: Yusif Vəzir Çəmənzəminli. “Zeybək qızı” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Hekayə ilə bağlı müzakirələrdə  fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müvafiq qiymətləndirmə meyarlarından istifadə 
edilir.  
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasını fərqli yollarla 
həyata keçirmək olar. Milli azadlıq, müstəqillik mövzusunda mahnının, marşların 
dinlənilməsi, bədii əsərdən parçanın oxunması, filmdən fraqmentə, rəsm nümunə-
sinə baxılması, atalar sözlərinin və s. xatırladılması əsasında müsahibə aparmaqla 
motivasiyanı yaratmaq maraqlı olar. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə