73
Nəticə, ümumiləşdirmə. Fikirlərin ümumi ideya halına salınması,
tədqiqat
sualının cavabının formalaşdırılması kimi mühüm vəzifələr bu mərhələdə həyata
keçirilir. Müəllimin yönəldici sualları əsasında ümumiləşdirmə aparan şagirdlərdə
belə bir qənaət möhkəmlənir ki, A.İldırım xalqının azadlığına, vətəninin müstəqilli-
yinə edilən qəsdlə heç cürə barışa bilmir. Şeir milli azadlığı öz əqidəsinə çevirən,
yurdunun əsir vəziyyətindən sarsılan vətənpərvər şairin mövqeyini ifadə edən gözəl
sənət nümunəsidir. Əsər şairin bütün yaradıcılığı üçün səciyyəvi olan ələmli, hüzn-
lü
ovqata malik olsa da, onda Vətənin acı taleyinə, düşdüyü ağır vəziyyətə etiraz
motivləri də əksini tapmışdır.
Çıxarılmış nəticələr tədqiqat sualı və şagirdlərin irəli sürdükləri fərziyyələrlə
müqayisə edilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Mikayıl Müşfiq. “Həyat sevgisi” – 2 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə
aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi ifaların dinlənilib müzakirə
edilməsi yolu ilə müəyyənləşdirilir. Müvafiq qiymətləndirmə meyarlarına müraciət
edilir.
Motivasiya, problemin qoyuluşu. Motivasiya yaratmaq üçün rəmzi material-
lardan – müdrik deyimlərdən,
atalar sözü və məsəllərdən, bədii mətnlərdən və s.
istifadə etmək olar. Buna dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında
yığcam müsahibə aparmaqla da nail olmaq mümkündür.
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır.
Tədqiqat sualı: Sizcə, sənətkarı yazıb-yaratmağa sövq edən səbəblər nə ola
bilər?
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
Tədqiqatın aparılması. Əsərin oxusu üzrə iş, dərslikdə göstərildiyi kimi, fərqli
şəkillərdə təşkil edilə bilər. Lakin unudulmamalıdır ki, əsərlə ilkin tanışlıqdan, bu
prosesdə yaranan emosional ovqatdan çox şey asılıdır. Yəni əsərin öyrənilməsi ilə
bağlı aparılacaq sonrakı işlərin nə dərəcədə uğurlu olmasına
ilk oxunun necə təşkil
74
edilməsi və nəticəsi əhəmiyyətli dərəcədə təsir edir. Məhz bu oxu prosesində
reallaşan emosional-obrazlı qavrama sonrakı mərhələlərdə – əsərin məzmununun
öyrənilməsində və təhlildə yüksək idraki fəallığa səbəb olur. Doğrudan da, ilkin
bədii-emosional təsir şagirdləri ovsunlayır, motivasiyaedici rol oynayaraq əsərin
estetik dəyərini duymağa, dərk etməyə və dəyərləndirməyə sövq edir. O nəinki
idraki fəallığın dərs boyu qorunub saxlanılmasını təmin edir,
həm də şagirdlərin
“emosional yaddaşına” dərin iz salır, ümumi inkişafı üçün faydalı olur, onlarda söz
sənətinə maraq və məhəbbət formalaşdırır.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra kiçik qruplar yaradılır, hər qrup iki
bənd (fərqli də ola bilər) üzərində işləməklə ikihissəli gündəlikdə qeydlər edir.
Müəllim şagirdlərin fəaliyyətini diqqətlə müşahidə edir, qrup üzvlərinin hər birinin
ümumi işə töhfəsinin nədən ibarət olduğunu müəyyənləşdirir. Məktəb təcrübəsin-
dən
məlumdur ki, gənc şairin bu mövzuda əsər yazması, ümumiyyətlə, onun məz-
munu şagirdləri ciddi düşündürür. Bu, ikihissəli gündəlikdə qeydlərin geniş fikir
mübadiləsi, mübahisə, diskussiya zəminində aparılmasına səbəb olur. Bu prosesdə
tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, bədii təsvir və ifadə vasitələ-
rinin müəyyənləşdirilməsinə diqqət yetirilir.
Məlumat mübadiləsi mərhələsində bütün şagirdlərdə fəallıq müşahidə edilir.
Şeirin məzmunu ilə tanış olan şagirdlər təqdimat edənlərin sözünü tez-tez kəsir,
əlavələr, düzəlişlər etməyə cəhd göstərirlər. Bu müdaxilələr səmərəli istiqamətlən-
dirilir, vaxt itkisinə yol verilmir. Şeirin məzmunu barədə dolğun təsəvvürün yara-
dılması məqsədi ilə şagirdlərin hər birinə sual vermək, sərbəst fikir bildirmək
imkanı yaradılır.
Məlumatın müzakirəsi mərhələsində diqqət təkcə ayrı-ayrı bəndlərdə ifadə
olunmuş fikrin necə başa düşüldüyünə yönəldilməməlidir; şairi riqqətə gətirən,
həyəcanlandıran, yaşayıb-yaratmağa səsləyən mətləblər
bir-bir nəzərdən keçirilmə-
li, mahiyyətinin dərk edilməsinə nail olunmalıdır. Bu, müəllifin hislər aləminin,
həyata baxışının, mövqeyinin başa düşülməsinə əhəmiyyətli dərəcədə təsir edir.
Nəticədə tədqiqat sualının aydınlaşdırılmasına yol açılmış olur.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə
qədər deyilmiş fikirlərin ümumiləşdirilərək bir ideya halına salınmasına xüsusi
diqqət yetirilir. Mənimsənilmiş bilik və bacarıqlar, müəllimin istiqamətləndirici
sualları bunun həyata keçirilməsinə imkan verir. Şagirdlərdə belə bir qənaət möh-
kəmlənir ki, müəllifin yaşayıb-yaratmaq həvəsi, istəyi həyata, təbiətə,
insanlara
sonsuz məhəbbətindən irəli gəlir. O özünü dünyanın, təbiətin ayrılmaz parçası
sayır, “işıqlı dünyadan”, “aydan”, “günəşdən”... “əl çəkməyin” mümkünlüyünü
təsəvvür edə bilmir...
Çıxarılmış nəticənin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilməsinə
diqqət yetirilir.
Dərslikdə təklif edilmiş mövzular üzrə şagirdlərin təqdimata hazırlaşması üçün
vaxt ayrılır. Təqdimatların fəal dinlənilməsinə və müzakirəsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.