Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

 151
BEŞİNCİ BÖLMƏ ÜZRƏ  
BİRİNCİ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Əliağa Kürçaylının “Şəhid meşə”şeiri üzrə aparıla bilər 
   
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN 
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Əsərin lirik növdə olduğunu əsaslandırın. Fikrinizi qısaca yazın.  
 
2. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin. 
 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar 
Onların növü 
 
 
 
3.  Şeirdə  işlənmiş  bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. 
Cədvəldən istifadə edin. 
 
Bədii təsvir və ifadə vasitələrinin 
işləndiyi misralar 
Fikrin təsir gücünün artmasında 
onların rolu 
 
 
 
4. Şeir hansı mövzuda yazılıb? 
 
A) Vətən 
B) Təbiət 
C) Əmək 
D) Qəhrəmanlıq 
E) Dostluq 
 
5. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? 
 
Ağaclar yıxıldı qollu-budaqlı, 
Yuvalar dağıldı çolpalarıyla. 
Çinarlı, söyüdlü, ağcaqovaqlı 
Meşə yoxa çıxdı sıx qatarıyla. 
 
A) Qorxu, çaşqınlıq 
B) Fərəh, heyranlıq 
C) Laqeydlik, soyuqqanlılıq 
D) Kədər, təəssüf 
E) Mübarizlik, çağırış 


 152
6.  Şərti işarələrdən istifadə etməklə  bənddə fasilələrin yerini, məntiqi vurğulu 
sözləri göstərin. 
 
Hər kəndə gedəndə dinləyirəm mən 
Şəhid bir meşənin şikayətini. 
Özün bir şitil də əkməmisən sən, 
Qoruya bilməzsən el sərvətini. 
 
7. “Elat” sözünün mənası hansı variantda düzgün verilib? 
 
A) Bir yurdda yaşayan el, camaat, xalq 
B) Eli, camaatı idarə edən şəxs 
C) Qəbilə, tayfa başçısı 
D) Elin qayğısını çəkən, xeyrində-şərində iştirak edən 
E) Eli düşməndən qoruyan igid 
 
8. Şeiri İ.Hüseynovun “Zəhər” hekayəsi ilə müqayisə edin.  
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________  
 
9. Şeirlə bağlı hansı fikir səhvdir? 
 
A) Əsərin adında epitet işlənilib. 
B) Şairin təbiətə məhəbbəti əks olunub. 
C) Kürün meşəni məhv etməsi təsvir olunub. 
D) Kolxoz sədrinin hərəkəti elin danlağına səbəb olur. 
E) Təbiəti qorumağa çağırış öz əksini tapıb. 
 
10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın. 
________________________________________________________________     
________________________________________________________________ 
________________________________________________________________ 
 
 


 153
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırır.  
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və mü-
zakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına 
müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür. Bu məqsədlə ana mövzusunda əvvəl öyrənilmiş 
əsərlərdən, atalar sözlərindən, anaya həsr olunmuş mahnıdan və s. istifadə etmək 
olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında 
yığcam müsahibənin aparılması daha faydalıdır. Müsahibə  tədricən tədqiqat 
sualının formalaşmasına imkan yaradır.  
Tədqiqat sualı: Ana və övlad münasibətlərinə həsr olunmuş əsərlərdə daha çox 
hansı fikirlər öz əksini tapır? 
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması.  Əsərin oxusu üzrə  işi fərqli məzmunda təşkil etmək 
mümkündür.  İlk növbədə,  şeirdən kiçik bir parçanı müəllimin nümunəvi ifadəli 
oxuması, yaxud bədii oxu ustasının ifasının dinləməsi məqsədəuyğundur  
(https://www.youtube.com/watch?v=OVuw26yyUjo). 
Oxunun hansı  şəkildə reallaşdırılmasından asılı olmayaraq, mətndəki tanış 
olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin 
müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılır. Oxuya ayrılan vaxt başa 
çatdıqdan sonra şagirdlər ilkin təəssüratlarını bölüşürlər. Növbəti tapşırığın 
(dərslikdə  əsərdən verilmiş misralarda ifadə olunmuş fikrin aydınlaşdırılması) 
cütlük  şəklində icra edilməsi mümkündür. Müəllimin məqsədindən asılı olaraq, 
sonrakı iki tapşırıq (ikihissəli gündəlik üzrə iş, təsvir və ifadə vasitələrinin növünün 
dəqiqləşdirilməsi) fərdi, yaxud cütlük şəklində yerinə yetirilə bilər.  İkihissəli 
gündəlik üzrə işin təşkili ayrıca diqqət tələb edir. Şagirdlərə izah olunur ki, şeirin 
məzmunu ilə bağlı  təəssürat, düşüncə  və suallarını ikihissəli gündəlikdə  əks 
etdirmələri vacibdir. Bu, məzmunun  əhatəli öyrənilməsinə, qaranlıq mətləblərin 
qalmasına imkan vermir. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən  şagirdlər 
yerinə yetirdikləri bütün işlərin nəticələri ilə bağlı fikir mübadiləsi aparır, 
nöqsanları aradan qaldırır, dəqiqləşdirmə  və ümumiləşdirməyə diqqət yetirirlər. 
İşin bu mərhələsində  də ikihissəli gündəliklər diqqət mərkəzində saxlanılır, məz-
munları arasındakı oxşarlıq və fərq aşkara çıxarılır, təqdimat üçün hazırlanır. Kiçik 
qruplarda bu istiqamətdə aparılan işin  əhəmiyyəti böyükdür; şagirdlər səhvlərini 
başa düşür, əməkdaşlıq şəraitində yeni bilik və bacarıqlara yiyələnirlər. Bu şəkildə 
aparılan işin nəticəsində hazırlanan təqdimat məzmunca zəngin olur, üstəlik, qrup 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə