Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə70/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

 169
Tədqiqatın aparılması.  Dərslikdə  “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı al-
tında verilmiş tapşırıqlarda əsərin məzmununun mənimsənilməsi, təhlili, müqayisə, 
ifadəli oxu və s. üzrə bacarıqların tətbiqi nəzərdə tutulmuşdur. 
Tədqiqat H.Arifin “Fəhlə  əli”  şeirinin oxusu ilə (bu, fərqli formalarda təşkil 
oluna bilər) başlanır. Oxu prosesində tanış olmayan sözlərin mənası aydınlaşdırılır, 
bədii təsvir və ifadə vasitələri müəyyənləşdirilir. 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək 
əsərin məzmununa aid suallar tərtib edir, onlara cavab hazırlayırlar. Bu prosesdə 
cavabların dəqiqləşdirilməsi, ümumiləşdirilməsi, məcazların rolunun aydınlaşdırıl-
ması diqqət mərkəzində saxlanılır. Təqdimatlar əsasında fikir mübadiləsi, müza-
kirənin aparılması  məzmunla bağlı  mənimsənilənlərin zənginləşməsinə  və tam, 
bütöv şəklə düşməsinə imkan yaradır, eləcə də əsərin ideyasının müəyyənləşdiril-
məsi işini asanlaşdırır. Bu, kiçik qruplarda reallaşdırılır. Bütün bunlar “Talvar” 
hekayəsinin H.Arifin “Fəhlə  əli”  şeiri ilə mövzu, janr, ideya və s. baxımından 
müqayisə edilməsinə imkan yaradır. Qruplar tədqiqatlarının nəticələrini müqayisə 
cədvəlində əks etdirirlər.  
 Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində  hər iki 
əsərlə bağlı söylənilən fikirlər yekunlaşdırılır.  Şagirdlərdə belə bir qənaət yaranır 
ki, hansı ədəbi növə aidliyindən asılı olmayaraq, əmək mövzusunda yazılmış əsər-
ləri birləşdirən cəhətlər çox olur. Bu, yazarlarımızın xalqımıza xas olan mənəvi 
dəyərlərə bağlılığından, halal əməyə, zəhmət adamına ehtiramından irəli gəlir. Bu 
əsərlər ədəbi növ, janr baxımından fərqlənsə də, məzmununa, bədii xüsusiyyətləri-
nə, ideyalarına görə bir-biri ilə yaxından səsləşir.  
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır. 
Dərsdə “Talvar” hekayəsindən kiçik parçanın ifadəli oxusu üzrə  iş aparılır. 
Əsərin ideya-məzmununu dərindən mənimsəyən şagirdlər seçilmiş parçanın oxusu 
üçün ifaçılıq vəzifəsini, səsin çalarlarını müəyyənləşdirirlər. Şərti işarələrdən istifa-
də olunmasına diqqət yetirilir. 
Bir neçə ifa dinlənilib müzakirə edilir. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 


 170
SİNİFDƏNXARİC OXU DƏRSİ 
 
Həyat həqiqətləri bədii ədəbiyyatda – 1 saat 
İsi Məlikzadənin “Talisman” hekayəsi üzrə 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2. 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış etməklə 
hekayənin qəhrəmanlarını səciyyələndirir. 
1.2.4.  
  Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1  
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi mü-
nasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş et-
dirir. 
 
Sinifdənxaric oxu dərsi  şagirdlərin “Milli özünəqayıdış dövründə  ədəbiyyat 
(1961–1990)” bölməsi üzrə müstəqil oxuduqları əsər – İ.Məlikzadənin “Talisman” 
hekayəsi əsasında keçilir.  
Hekayənin müstəqil oxusu dərsdən  əvvəl həyata keçirilir. Dərsə hazırlıq döv-
ründə  şagirdlər  İ.Məlikzadənin yaradıcılığı haqqında yığcam təqdimat hazırlayır, 
fənn kabinetində, yaxud sinif otağında əsərlərindən ibarət sərgi təşkil edirlər. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müvafiq qiymətləndirmə meyarlarına 
müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Dərsin  əvvəlində  İsi Məlikzadənin “Kişi 
sözü” (https://www.youtube.com/watch?v=UfqNZ0B7Fdc), “Gümüşgöl  əfsanəsi” 
(https://www.youtube. com/watch?v =I6dAPKRl-MI) əsərləri  əsasında çəkilmiş 
filmlərdən fraqmentlər nümayiş etdirilir, yığcam müsahibə aparılır. Bu, tədqiqat 
sualının müəyyənləşdirilməsi ilə yekunlaşır. 
Motivasiyanın digər variantı  sənətkarla bağlı  təşkil edilmiş guşəyə baxış  və 
şagirdlərin təqdimatlarının dinlənilməsi ola bilər. Təqdimatlar üzrə müzakirə 
tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır. 
Tədqiqat sualı:  “Talisman” hekayəsində xalqımıza xas olan hansı  mənəvi 
dəyərlər öz əksini tapıb?  
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması.  Kiçik qruplar onlara təqdim edilmiş  iş  vərəqləri 
əsasında araşdırma aparırlar. 


 171
I qrup 
– Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla Ağarəhim obrazını 
səciyyələndirin.  
– Maşının əzilməsinə görə pul almaqdan imtina etməyə Ağarəhimi nə vadar etdi? 
Fikrinizi əsaslandırın. 
– “Sonra oturacaqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrım-
saç qızın gülməli gəlinciyi idi. Ağarəhim gülümsədi. “Bu da mənim talismanım”, – 
dedi və hiss elədi ki, bayaq canını yandırıb-yaxan ağrıdan, göynərtidən əsər-əlamət 
qalmayıb” – Bu sözlər Ağarəhim obrazını necə səciyyələndirir? 
 
II qrup 
– Davranış və əməllərinə əsaslanmaqla Binnət obrazını səciyyələndirin. 
– Müəllifin və digər obrazların Binnətə münasibətini aydınlaşdırın. 
–  Əjdərin xarakterindəki başlıca cəhətlər hansılardır? Yazıçının ona münasibətini 
aydınlaşdırın. 
 
III qrup 
– Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla  Əfəndi obrazını 
səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın. 
–  Əfəndinin davranış  və  əməllərinə  əsaslanaraq xarakterindəki başlıca cəhətləri 
müəyyənləşdirin.  
– “Əfəndinin gözlərindən nur tökülürdü və  Ağarəhimin ürəyini işıqla, ümidlə 
dolduran da, deyəsən, elə bu nur idi” – Ağarəhimin bu düşüncələri onun 
haqqındakı təsəvvürünüzə nə əlavə etdi.  
 
IV qrup 
– Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla ana obrazını 
səciyyələndirin. 
– Ananın övladları barədə dedikləri onun haqqındakı təsəvvürünüzə nə əlavə etdi? 
– Ananın danışığı – nitqi üçün hansı cəhətləri daha səciyyəvi hesab edirsiniz? 
İstiqamətləndirici suallardan istifadə edən müəllim tədqiqat prosesində 
şagirdlərin daha səmərəli işləməsinə nail olur. 
Məlumat mübadiləsi və müzakirə mərhələsində təqdimatların fəal dinlənilmə-
si təmin olunur. Bu, müzakirənin səmərəli keçməsinə  əhəmiyyətli dərəcədə  təsir 
edir. Müzakirədə aşağıdakı suallardan da istifadə edilməsi məqsədəuyğundur: 
– Hekayədə xalqımıza xas olan hansı mənəvi dəyərlər əks olunub?  
– Əsərdə yazıçının başlıca niyyəti, sizcə, nədir? 
– Bu əsərin müasir oxucu üçün əhəmiyyətini nədə görürsünüz? 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə